"Nədən İsrailin İrana hücumu təxirə salınıb?" - "The Times"

"ABŞ müdafiə naziri Lloyd Ostinin dəftərxanasında işləyən İran mənşəli Ariana Tabatabay kimdir və sənədlərin sızmasında onun əli varmı?.."

Pentaqondan sənədlərin sızması İsrailin İrana planlaşdırdığı zərbəni ləngidir. Bununla əlaqədar olaraq ABŞ-da araşdırma hələ də davam edir.

Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" nəşri kəşfiyyatda olan mənbəyə istinadən məlumat verib.

Nəşr yazır ki, İranyönümlü "Telegram-kanal"da dərc edilən, sonradan "X" platforması və Qərb KİV-lərində yayılan sənədlərdə İsrailin ballistik raketlər tətbiq edilməklə İrana hücuma hazırlığının təfərrüatları əks edulib. 

Sənədlərin sızması Tehrana hücum sxemlərini proqnozlaşdırmağa kömək edib. İndi mənbələrin məlumatına görə, bu sızma İsrailin hücum planlarını dəyişib və alternativ planın işlənib hazırlanması tələb edilir.

Məlumatlara görə, sənədlərdən sızan məlumatlar göstərir ki, İsrail, mümkündür ki, aprel ayında İranın hücumundan sonra olduğu kimi, İsfahan yaxınlığındakı hava hücumundan müdafiə radarının məhv edilməsi formasında hücum planlaşdırır.

Sənədlərdən biri ABŞ Müdafiə Nazirliyinin Amerikanın casus peykləri, habelə Milli Təhlükəsizlik Agentliyi tərəfindən toplanmış məlumat və təsvirlərin təhlilinə cavabdeh olan Dövlət Kəşfiyyatı Milli Agentliyinə (NGA) məxsusdur. 

"Tamamilə məfxi" qrifi altında olan 15-16 oktyabr tarixli sənədlərdə İsrailin İrana hücuma hazırlığı müfəssəl təsvir edilir. O cümlədən Hərbi-Hava Qüvvələrinin yerləşdirilməsi, habelə havada yanacaq doldurulması üzrə irimiqyaslı təlimlər keçirdiyi barədə məlumat verilir.

Sənədlərdə deyilir ki, İsrail "Golden Horizon" və ISO2 "Rocks" kimi uzaqmənzilli ballistik raketlərlə fəal surətdə işləyir. Oktyabrın 8-dən ən azı müvafiq olaraq 16 və 40 belə raketlərin yerdəyişməsi qeydə alınıb. 

Kəşfiyyatda olan mənbə nəşrə məlumat verib ki, istənilən halda İsrail SEPAH-ın hərbi obyektlərinə hücum etməyi planlaşdırır və ABŞ-ı əmin edib ki, bu cavab İranın nüvə infrastrukturu və ya onun neft sənayesinə toxunmayacaq.

Pentaqon çərşənbə axşamı sənədlərin sızmasının arxasında idarənin məmuru, İran mənşəli amerikalı qadın Ariana Tabatabayın dayandığı barədə ittihamları rədd edib. 

Pentaqon nümayəndəsi Patrik Rayder bəyan edib ki, Tabatabau təqdiqat fiquru deyil. Onun sözlərinə görə, Pentaqon tədqiqatın detalları ilə bağlı İsraillə təmasdadır.

Ariana Tabatabay ABŞ müdafiə naziri Lloyd Ostinin dəftərxanasında işləyir, onun ciddi məxfi məlumatlara çıxışı var və əvvəllər ABŞ prezidenti Co Baydenin İran işləri üzrə sabiq xüsusi elçisi Robert Melli ilə birgə işləyib, təxminən bir il öncə "İran İslam Respublikası ilə lazımsız əlaqələr" səbəbindən işdən çıxarılıb.

Share on Facebook