Trampın ermənipərəst açıqlamasına Arif Hacılıdan sərt etiraz

ABŞ prezidentliyinə namizəd TRAMP deyib ki:

“120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və Artsaxdan məcburi köçkün düşəndə ​​Kamala Harris heç nə etməyib.”

Əslində Qarabağ erməniləri təqib edilməyib, əksinə burada yaşayan erməni əhalisinin vasitəçiliyi ilə Ermənistan, Rusiya tərəfindən 700 minədək Azərbaycan əhalisi dəhşətli şəkildə təqib edilib, yurdlarından qovulub, əmlakları talan edilib, evləri dağıdılıb, əsir götürülüb, öldürülüb.

Azərbaycanın 7 şəhəri, 10-dək qəsəbəsi, 400 dən çox kəndinin daşı daş üstündə qalmayıb, yox edilib, yer üzündən silinib.

Bu dövrdə ABŞ prezidenti olmuş TRAMP heç nə etməyib.

TRAMP deyir ki:

“Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam…”

Bəs təqib olunan bütpərəstləri, müsəlmanları, ümumiyyətlə dini inancsız olanları necə, onları qorumaq vacib deyilmi?

Demokratiyanın beşiyi, xarici siyasətində insan haqlarının və demokratik dəyərlərin qorunmasını dövlət siyasəti elan etmiş bir dövlətin başçısı olmuş və yenidən olmaq istəyən namizəd bu barədə nə düşünür?

Əziz həmvətənlərim, bəs siz bu barədə nə düşünürsüz?

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

00886725ebaf7485af0ab56137e90c00.jpg

Share on Facebook