“Nikosayağı”nın həyat yoldaşından ürəkdağlayan sözlər

Bu həyatda ən acı günləri yaşayırıq.  Sozcu.az xəbər verir ki, bu sözləri ağır qəza törədən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həyat yoldaşı İnstaqram hesabında yazıb.  “Tək Allah bilir ki, biz dost yox, Ruslanı bir qardaş kimi, əmi kimi ailəmizdən biri olaraq itirdik. Mən əminəm ki, iki qardaş belə vidalaşmaq istəməzdi. Allah sənə rəhmət eləsin, qardaşım. Ailənə və bizə səbir versin”, - deyə o qeyd edib. 

Çin super robot it yaradıb

"Xiaomi" öz robot itinin növbəti nəslini - "CyberDog 2"ni dünyaya təqdim etdi. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, sahibini şəxsən tanıya və hətta "ağıllı" evi idarə edə bilər. Robot yeriyir, pəncə üstə gəzir, skeytbord sürə bilir.. Ətraflı "CyberDog 2"nin çəkisi cəmi 9 kq-dır. Dörd mikrofon və çoxsaylı sensorlar başqa otaqdan səs əmrlərini eşitməyə imkan verir. Üz tanınması funksiyası da təmin edilir. Robotun qiyməti 12999 yuandır (təxminən 1770 ABŞ dolları).

Dinozavrların yaşıdı olan canlı tapıldı

Boulderdəki (ABŞ) Kolorado Universitetinin alimləri təxminən 73 milyon il əvvəl Yer kürəsinin sərt mühitində yaşamış kiçik bir məməlinin daşlaşmış qalıqlarını aşkar ediblər. Sozcu.az oxu.az-a istinadən bildirir ki, yeni növün hər bir dişi qum dənəsi ölçüsündə olub. Heyvan əslində siçan olmasa da, ona bənzəyib. Tüklü canlının çəkisi təxminən 11 qram olub. O, Alyaskanın şimalında yaşayıb.

"Telegram" təzə funksiyanı işə salır

Bu gündən etibarən "Telegram" messencerində hekayələrin pulsuz paylaşması funksiyası mərhələli şəkildə tətbiq olunmağa başlayacaq. Sozcu.az Trend-ə istinadən bildirir ki, bu barədə "Telegram" kanalında messencerin əsasını qoyan Pavel Durov deyib. "Telegram" yalnız ödənişli "Telegram Premium"a abunəsi olanlar üçün iyul ayında paylaşmaq imkanını işə saldı. Eyni zamanda, digər istifadəçilər abunə sahiblərinin hekayəsinə baxa və şərh verə bilər. "Bu gün bütün istifadəçilər üçün hekayələrin mərhələli şəkildə tətbiq edilməsi "Telegram" tarixində bu yeni mərhələnin başlanğıcını əks etdirir", - deyə P.Durov bildirib.

Günəşdə ardıcıl şiddətli partlayışlar baş verib

Günəşin səthində iki ardıcıl partlayışlar geomaqnit qasırğası yaradıb. Sozcu.az Trend-ə istinadən bildirir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) və Kosmik Agentliyi (NASA) məlumat yayıb. Məlumata görə, qeydə alınan partlayışlar ən ağır səviyyə kateqoriyasına daxil edilib. Partlayışlar Günəşdən iki böyük kütlənin ayrılmasına və nəticədə geomaqnit qasırğasının yaranmasına səbəb olub. Yerə çatan geomaqnit qasırğasının mənfi təsirləri bir sıra ölkələrdə hiss olunur. Bundan başqa, qasırğanın Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. NASA-nın açıqlamasına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükəli olan güclü enerji dalğaları yaradır.

Heç bir şey etmədən pul qazanır: Hər kəsin istədiyi iş

Kişi tibblə bağlı bir iş tapdığını və ona tam maaş verildiyini, lakin demək olar ki, heç nə etmədiyi ilə bağlı maraqlı bir hekayə paylaşıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, tibbi yardım üçün gecə kuryeri kimi işə düzəlib. Şirkət təcili işçi axtarıb və buna görə də namizədə daha yüksək maaş təklif edib. Gecələr onunla birlikdə ofisdə başqa bir işçi də olub. O, vaxtının çox hissəsini işindən çox smartfonuna ayırıb. "Darıxdığım üçün bəzi hesablamalar apardım. İki həftə ərzində təqribən 67 saat işdə oldum və bu saatların 7-sini iş vəzifələrimi yerinə yetirdim, qalan 60 saatını isə smartfonumda keçirdim" - o bildirib. Hekayənin müəllifinin sözlərinə görə, bu məkanda kuryerin işinə hələ də sifarişi qəbul edən, emal edən və kuryerə ötürən idarəçilər təsir edir. Ancaq gecələr demək olar ki, işləmirlər və buna görə də gecə kuryeri tapşırıqsız qalır. Buna baxmayaraq, maaş alır.

Klassik musiqi sədaları altında zibil yığımı - MARAQLI GÖRÜNTÜLƏR

Özbəkistanda zibili klassik musiqi sədaları altında yığmağa başlayıblar. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb əvvəllər yerli sakinlərin zibil maşınının siqnalının zəhlətökən səsindən şikayətlənmələri olub. Məsələ ilə bağlı ölkənin Ekologiya Nazirliyindən hələ ki, bu üsulun Daşkənd, Kaşkədərya və Buxara vilayətlərində test rejimində sınaqdan keçirildiyi bildirilib.

“WhatsApp”da naməlum nömrələrdən gələn zəngləri necə bloklamaq olar?

"WhatsApp" vasitəsilə müxtəlif fırıldaqçılıq halları yaşanır. O qədər ki, xaricdən gələn spam mesajlar və naməlum nömrələrdən gələn zənglər istifadəçiləri narahat edir. Sozcu.az Trend-ə istinadən bildirir ki, yaranan vəziyyət qarşısında istifadəçilərin ala biləcəyi yeganə tədbir naməlum nömrələri bloklamaqdır. Beləliklə, "WhatsApp"da kontaktlarda qeydiyyata alınmayan naməlum nömrələri necə bloklamaq olar? "WhatsApp"da naməlum naməlum nömrələrdən gələn zəngləri bloklamaq üçün: 1) "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin. 2) Növbəti ekranda "Məxfilik" xanasını seçin. 3) İndi məxfilik səhifəsindən "Zənglər" xanasını seçin. 4) Daha sonra naməlum nömrələrdən gələn zəngləri səssiz edin düyməsini seçin.

“Barbi”nin satışı bir milyard dolları keçdi

“Barbi” filmi dünya üzrə satışının 17-ci günündə bir milyard dollardan çox gəlir əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Varner Bros” kinostudiyası məlumat verib. Məlumata görə, film dünya üzrə 1,03 milyard dollar bilet satıb. Qeyd edək ki, filmin rejissoru Qreta Qerviq kino tarixində ən çox gəlir gətirən qadın rejissor kimi tarixə düşüb.

“Instagram”dan çoxdan gözlənilən yenilik - Çılpaq şəkilləri...

"İnstagram" istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" məlumat verib. İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq. Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz. "İnstagram"dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər. "Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər", - deyə "Meta"nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.

Xəyanətin ortağı və şahidi tikili

Şəmkir stansiyasından(Şamxor st) keçən hər kəs bu tikiliyə şahid ola bilər. 1931-ci ildə Şəmkirin sonuncu qaçağı Ramazanoğlu Təhməz bu dəmiryolu vağzalında çalışan kirvəsi Kəsəmənli Orucun planladığı plan əsasında İran pasportu ilə qatarla Türkiyə getməli idi. Amma Ramazanoğlu Təhməzin xəbəri yox imiş ki, kirvəsi Kəsəmənli Oruc Sovet NKVD-sinin təlimatı ilə hərəkət edir. Gecə ilə doğulduğu Qaracaəmirli kəndindən gizli şəkildə bu stansiya gətirilən Qaçaq Təhməz bu gördüyünüz tikilidə gizlədilir. Qatar gəldiyi məqamda qatara mindirilən Təhməz qatarın vaqonunda özündən başqa heç kəsin olmadığını görüb duyuq düşür və hiss edir ki, xəyanətlə üzləşdi. Kirvəsi NKVD ilə əlibir olub, onun ələ keçməsinə yardımçı olub. O qatara mindiyi məqamda qatar əsgərlərlə əhatələnir, qaçaq kimi 10 ildən artıq qanlı döyüşlərdə iştirak etmiş əfsanəvi fədai tələdə idi. Atışmaya girir və öldürüləcəyini görüb, son gülləsi ilə özünü vurur. Bununlada Şəmkirdə qaçaq hərəkatının fəaliyyəti tamamilə susduruldu. Təhməzdən əvvəl Şəmkir qaçaqlarının başçıları Hacı Axund, Quruluqlu Əbdüləli, Ramazanoğlu Rüstəm öldürülmüş, sadəcə Samuxlu Qaçaq Məmmədqasım İrana keçə bilmişdi. Ceyhun Nəbi 

3 bürcə xəbərdarlıq: Köhnə sevgiliniz...

İyulun 22-də başlayan və avqust ayı boyunca davam edəcək Venera retrosu bəzi bürclərə çətinliklər yaşadacaq. Kimisi eşqdə, kimisi isə karyerasında çətinliklərlə üzləşəcək. Hətta bəzi bürcün nümayəndələrinin keçmiş sevgililəri yenidən peyda olacaq. Sozcu.az avqust ayının ən şanssız bürclərini sizə təqdim edir. Buğa Buğa bürclərinin eşq həyatında problemlər yarana bilər. Onların unutduqları köhnə sevgililəri bir anda peyda ola, tərəfdaşları ilə münaqişəyə səbəb ola bilər. Veneranın geriləməsinin mənfi təsirlərinə baxmayaraq ortaya çıxa biləcək problemləri həll etmək üçün Buğa bürclərinin ünsiyyət yönümlü olması faydalıdır. Şir Şirlər bu dövrdə özünə inamla bağlı problemlər yaşaya bilər. Şirlər bu mərhələni rahat keçmək üçün qorxunu bir kənara qoymalıdırlar. Venera retrosu zamanı çətinliklərin öhdəsindən gəlmək üçün arxayın olmalıdırlar. Əqrəb Əqrəb bürcü, karyera hədəflərinə görə özlərini sorğuladıqları bir dövrə girəcəklər. Bu dövrdə Əqrəblər öz düşüncələrini və ideallarını yaxşı ayırd etməli və buna uyğun hərəkət etməlidirlər. Bu dönəm Əqrəblərin də başı köhnə sevgilisinə qarışa bilər. Diqqətli olmağınızda fayda var. /tribunainfo.az/