Şəmkir stansiyasından(Şamxor st) keçən hər kəs bu tikiliyə şahid ola bilər. 1931-ci ildə Şəmkirin sonuncu qaçağı Ramazanoğlu Təhməz bu dəmiryolu vağzalında çalışan kirvəsi Kəsəmənli Orucun planladığı plan əsasında İran pasportu ilə qatarla Türkiyə getməli idi. Amma Ramazanoğlu Təhməzin xəbəri yox imiş ki, kirvəsi Kəsəmənli Oruc Sovet NKVD-sinin təlimatı ilə hərəkət edir. Gecə ilə doğulduğu Qaracaəmirli kəndindən gizli şəkildə bu stansiya gətirilən Qaçaq Təhməz bu gördüyünüz tikilidə gizlədilir. Qatar gəldiyi məqamda qatara mindirilən Təhməz qatarın vaqonunda özündən başqa heç kəsin olmadığını görüb duyuq düşür və hiss edir ki, xəyanətlə üzləşdi. Kirvəsi NKVD ilə əlibir olub, onun ələ keçməsinə yardımçı olub. O qatara mindiyi məqamda qatar əsgərlərlə əhatələnir, qaçaq kimi 10 ildən artıq qanlı döyüşlərdə iştirak etmiş əfsanəvi fədai tələdə idi. Atışmaya girir və öldürüləcəyini görüb, son gülləsi ilə özünü vurur. Bununlada Şəmkirdə qaçaq hərəkatının fəaliyyəti tamamilə susduruldu. Təhməzdən əvvəl Şəmkir qaçaqlarının başçıları Hacı Axund, Quruluqlu Əbdüləli, Ramazanoğlu Rüstəm öldürülmüş, sadəcə Samuxlu Qaçaq Məmmədqasım İrana keçə bilmişdi. Ceyhun Nəbi
Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə “Azərbaycan Milli Qəhrəmanı” adı rəsmiləşdirilib. Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi. 1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər. Onların ümumi sayı 42 nəfərdir. “Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanov olub. Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb. Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb. Sozcu.az Bizim.Media -ya istinadən həmin siyahını təqdim edir: 1. Məhərrəm Seyidov 2. Əlif Hacıyev 3. Valeh Müslümov 4. Mehdi Abbasov 5. Albert Aqarunov 6. Mikayıl Cəbrayılov 7. Vüqar Hüseynov 8. Səfəralı Məmmədov 9. Nofəl Quliyev 10. Yuri Kovalyov 11. Yusif Əliyev 12. İlham Əliyev Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib. Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır: 1. Bəxtiyar Allahverdiyev 2. İntiqam Atakişiyev 3. İbad Hüseynov 4. Vahid Quliyev 5. Şahin Tağıyev 6. Fəxrəddin Cəbrayılov 7. Ehtiram Əliyev 8. Fariz Qəhrəmanov 9. Mədət Quliyev 10. Mirzə Quliyev 11. Zabit Quliyev 12. Fariz Mədətov 13. Mövsüm Məmmədov 14. Sahil Məmmədov
Sabah 8 Martdır. Adətən, kişilər qadınlara hədiyyə alışını bir gün əvvəl edir. Bu məsələdə ən çətin məqam düzgün hədiiyə seçimidir. Qadınları tam məmnun etməyin nə qədər müşkül olduğunu yalnız güclü cins bilir. Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova 8 Martı artıq bir yük kimi qarşılanmamalı olduğunu deyib: "Bu bəylərin xanımlara 365 gündə bir dəfə olacaq diqqətidir. Doğrudur, xanımlar bütün xüsusi günlərdə kişilərdən diqqət gözləyir. Çünki xanım elə bir varlıqdır ki, bəşəriyyətə övlad gətirir, usanmadan, dayanmadan onların qulluğunda dayanır. Kişilər bilməsə də, yaranan xoş aura qadınlara diqqətə görədir. Odur ki, kişilər də qadınların nələrə düşkün olduğun bilir. Ancaq bu o demək deyil ki, kişilər bütün pulunu hədiyyəyə verməlidir. Bəzən elə bir söz deyərlər ki, hədiyyəni almış qədər xanım xoşbəxt ola bilər. Ən əsası isə dəyərdir. Bir-birimizə dəyər verək ki, aldığımız rəmzi hədiyyələri sonra sındırmayaq, onlara baxdıqca zövq alaq”.