Sabah 8 Martdır. Adətən, kişilər qadınlara hədiyyə alışını bir gün əvvəl edir. Bu məsələdə ən çətin məqam düzgün hədiiyə seçimidir. Qadınları tam məmnun etməyin nə qədər müşkül olduğunu yalnız güclü cins bilir.
Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova 8 Martı artıq bir yük kimi qarşılanmamalı olduğunu deyib:
"Bu bəylərin xanımlara 365 gündə bir dəfə olacaq diqqətidir. Doğrudur, xanımlar bütün xüsusi günlərdə kişilərdən diqqət gözləyir. Çünki xanım elə bir varlıqdır ki, bəşəriyyətə övlad gətirir, usanmadan, dayanmadan onların qulluğunda dayanır.
Kişilər bilməsə də, yaranan xoş aura qadınlara diqqətə görədir. Odur ki, kişilər də qadınların nələrə düşkün olduğun bilir. Ancaq bu o demək deyil ki, kişilər bütün pulunu hədiyyəyə verməlidir.
Bəzən elə bir söz deyərlər ki, hədiyyəni almış qədər xanım xoşbəxt ola bilər. Ən əsası isə dəyərdir. Bir-birimizə dəyər verək ki, aldığımız rəmzi hədiyyələri sonra sındırmayaq, onlara baxdıqca zövq alaq”.