Bir ayə, bir hədis, bir dua…

Bir ayə

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə, 183)

Bir hədis

“Əgər qullar Ramazanın fəzîlətlərini bilsə idilər, bütün ilin Ramazan olmasını arzu edərdilər…” (Heysəmi)

Bir dua

“Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə orucumu açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla”. (Əbu Davud)

Share on Facebook