Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Sozcu.az xəbər verir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fitvasında əksini tapıb. “Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə keçirilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir”, - fitvada bildirilib.
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir. Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır. Sozcu.az bildirir ki, qoroskopa görə, bu yay Qoç, Xərçəng, Əkizlər, Tərəzi, Əqrəb və Balıqlar üçün uğurlu olacaq. Bu bürclərin sahibləri ayrılıqda müxtəlif sahələrdə uğurlar qazanacaqlar və özlərini xoşbəxt hiss edəcəklər. Qoçlar üçün bu yay yeni tətil planları gözlənilir. Əylənəcəklər və özlərini çox xoşbəxt hiss edəcəklər. İsti günlərdə Xərçənglər üçün məhəbbət qapıları açıq olacaq. Sevdiklərinə qovuşacaqlar. Ailə planları quran Xərçənglər üçün evlənmək fürsəti yaranacaq. Bir sözlər yayda Xərçənglər özlərini xoşbəxt hiss edəcəklər. Əkizlərin iş həyatında və karyerasında yüksəlişlər olacaq. Yeni təkliflər və yeni əməkdaşlıqlar üçün də şanslar olacaq. Bir sözlə, yeni həyat qurmaqları üçün imkanlar yaranacaq. Tərəzilər üçün də yeni iş imkanları yaranacaq. Həmçinin bu bürc altında doğulanların maddi durumları yaxşılaşacaq. Əllərinə gözləmədikləri yerdən pul gələcək. Əqrəblər üçün də yay möhtəşəm keçəcək. Həm işdə, həm sevgidə, həm də maddi baxımdan bəxtləri gətirəcək. Bu yay Əqrəb bürcü altında doğulanların əllərinə çoxlu pul gələcək. Paxıllıqlarını çəkən çox olsa da, dəstək olanlar da az olmayacaq. Balıq bürcü altında doğulanları yeni səyahətlər gözləyir. Qoçlar kimi Balıqlar da bu yayda çox əylənəcək və gözəl tətil keçirəcəklər. Lakin bu tətil günlərində Balıqlar səhhətlərinə bir qədər diqqət yetirsələr yaxşı olar. Ümumiyyətlə Balıqlar üçün bu yay sıxıntı olmayacaq. /Baku.ws
San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hüceyrələrə təsir edərək aşkar oluna biləcəyini müəyyən ediblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar deyirlər ki, onların maya hüceyrələrində kəşfi insan qocalmasını necə yavaşlatacağını anlamaq üçün yol aça bilər. "Bu, daha mürəkkəb orqanizmlərin uzunömürlülüyünü effektiv şəkildə təşviq etmək üçün sintetik gen sxemlərinin inkişafı üçün zəmin yarada bilər", - professor Nan Hao deyib. Yeni bir araşdırmada mütəxəssislər qocalmanı hüceyrə səviyyəsində necə yavaşlatmağı tapıblar. Komanda genləri yenidən başlamaq və ya dayandırmaq üçün yenidən birləşdirilə biləcəyini tapıb. Onlar maya hüceyrələrinin degenerasiyasını ləngidən, iki fərqli vəziyyət arasında keçid etmək üçün sxemləri proqramlaşdırıblar. Bu, hüceyrələrin ömrünü əhəmiyyətli dərəcədə artırmağa imkan verib, genetik və kimyəvi müdaxilələr vasitəsilə ömrün uzadılması üzrə yeni rekorda imza atılıb. Hüceyrələr dəyişdirilməyən nəzarət qrupundan orta hesabla 82 faiz daha uzun yaşayıb. "Bu, ilk dəfədir ki, sintetik biologiya və hesablama ilə idarə olunan mühəndislik prinsipləri qocalmanı yenidən proqramlaşdırmaq üçün istifadə olunur", - professor Hao deyib. Daha sonra komanda nəticələrin insan hüceyrələrinə, o cümlədən kök hüceyrələrə və neyronlara necə tətbiq oluna biləcəyini öyrənəcək.
Rumıniyadan Azərbaycana gəlmiş turist İslam dinini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli paylaşım edib. Hacı Surxay bildirib ki, turist müsəlman olduqdan sonra adını dəyişmək qərarına gəlib: “Rumınıyalı turistimiz bütün peyğəmbərlər, onların ailəsi ilə bağlı illərdir araşdırma aparıb sonda İslamı qəbul etmək qənaətinə gəlib. Bu gün İslamı qəbul etdi. Adını da dəyişdi, Təmir adını seçdi. Allah qardaşımıza ömür versin. Təbrik edirəm”. İslamı qəbul edən turist də öz hisslərini ifadə edib: “Məni qəbul etdiyiniz üçün çox sağ olun. Bu gün qardaşlarımızın yanından xoş təəssürat və imanla ayrılıram”.
Elm adamları axşam yeməyinin gec saatlarda yeyilməsinin təhlükəsi olmadığını açıqlayıblar. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər bu qənaətə gəlmək üçün 80 min britaniyalı haqqında məlumatları təhlil ediblər. Təcrübə zamanı iştirakçılar axşam yeməyini gec yedikdə daha enerjili olduqlarını bildiriblər. Alimlərin fikrincə, gec yeməyin mənfi nəticələri var. Məsələn, çəki artımı, yuxusuzluq, erkən qocalma və s. Amma bunlara gecə qidalanma konkret səbəb deyil. Eksperiment nəticəsində məlum olub ki, axşam yeməyini 21:30-da bitirmək olar, lakin əsas məsələ səhər yeməyinin gec yeyilməsidir. Mütəxəssislər bildiriblər ki, əslində səhər yeməyini bitirməyin normal vaxtı saat 11:30-dur. Bu, insanın daha gümrah və orqanizmin daha sağlam olması üçün əhəmiyyətlidir.
NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) "Kassini" zondonun əldə etdiyi məlumatların yeni təhlili Saturnun peyki Enseladın həyat üçün zəruri olduğunu bildiyimiz 6 əsas maddənin hamısına malik olduğunu təsdiqləyir. Sozcu.az teleqraf.com-a istinadən bildirir ki, nəticələr xarici Günəş sistemindəki digər oxşar peyklərin də yaşayış üçün yararlı ola biləcəklərini göstərir. Yeni tapıntılar təsdiqləyir ki, Enseladın yeraltı okeanında çoxlu fosfor var, bu, elm adamlarının Saturnun peyki üzərində hələ aşkar etmədiyi son kritik həyat inqrediyentidir. Kəşf Yerdən kənarda həyatın tapılması və ya olması perspektivini əhəmiyyətli dərəcədə artırır. Yerdəki bütün həyat altı vacib elementdən asılıdır: karbon, hidrogen, azot, oksigen, kükürd və fosfor. Fosfor bu günə qədər tədqiqatçıların Yerdən kənarda heç vaxt tapmadığı yeganə element idi. Saturnun altıncı ən böyük peykindən götürülən nümunələr altı elementin hamısının mövcud olduğunu təsdiqləyir. Nümunələr Saturnun halqalarından birindən götürülüb. NASA-nın "Kassini" missiyası 2017-ci ildə sona çatmazdan əvvəl həmin halqadan nümunələr toplayıb, amma ilkin tədqiqatda çox az və ya heç bir fosfor aşkar edilməmişdi. Yeni araşdırma isə Enseladda fosforun bol olduğunu və konsentrasiyaların Yerdəki okeanlardan azı 100 dəfə yüksək olduğunu göstərir. Tapıntılar göstərir ki, Enselad yaşayış üçün əlverişli ola bilər. Bura eyni xüsusiyyətlərə malik Pluton və Neptunun peyki Triton da daxildir. Planetoloq Frank Postberq deyir ki, bu cür mühitlərin gün işığı ala bilməyəcək qədər Günəşdən uzaqda olmasına baxmayaraq, həyatı dəstəkləyə bilər. Həyat üçün əsas istilik dərin okeanlarda bol olan hidrotermal ventilyasiyalardan gəlməsi də mümkündür.
"Sizi dünyaya göndərən, maddi olan vücudunuzun bütün arzularını, ehtiyaclarını təmin edən, ucsuz-bucaqsız kainatda ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (c.c.) sizin “əbədiyyət” kimi ən böyük diləyinizi gözünüzdə qoymayacaq və bir gün əbədi aləmin qapılarını üzünüzə açacaqdır..." Kainatdakı ümumi hikmət... Kainatda hər şeyin hikmətlə əhatə olunduğunu müşahidə edirik. Belə ki, hər şey faydalı olsun deyə və bir qayə üçün yaradılmışdır. Materialistlər məqsəd, səmərə və nəticəni, yəni hikməti inkar edərək Cənabi-Haqqın icraatının məqul (ağlabatan) olmadığını irəli sürürlər. Halbuki O, nəyəsə görə nəyisə eləməyə məcbur deyildir... Quranda da buyrulur: “Aləmlərin Rəbbi Allah istəmədikcə siz bir şey istəyə bilməzsiniz”[1]. Üstəlik, insan Onun dilədiyindən başqa bir şeyi də diləyə bilməz. Çünki O, mütləq hakimdir. Eyni zamanda hər şeyi bir hikmətlə yaratmışdır. İnsan bir anlıq özünə nəzər salsa, vücudunu meydana gətirən ünsürləri ayrı-ayrılıqda gözdən keçirsə, bir sıra hikmət və faydaların təbəssüm etdiyini, bircə atomun da, bircə zərrənin də lüzumsuz və əbəs yerə yaradılmadığını görər... Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir. Bəli, makro aləmdən normo aləmə, oradan da mikro aləmədək bütün kainatda ümumi hikmət və məsləhət (faydalılıq, səmərəlilik) müşahidə edilir. İnsan yaradılış etibarilə bu üç aləmdə ən möhtərəm, ən seçilmiş varlıq olmağa layiqdir. Hələ təkcə maddi və fiziki (vücud) baxımından saysız-hesabsız hikmətlərlə sərəfraz olan insanın üç-beş günlük ömür yaşadıqdan sonra ölümlə yoxluğa məhkum edilməsi, yəni ikinci dirilişdən məhrum olması heç də ağlabatan görünmür... Bəşər övladının maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani bir dünyanın onun xəyal və əbədiyyət arzusu kimi kainata sığmayan istedad və qabiliyyətlərinə cavab verməsi qeyri-mümkündür. İnsanın heç bir duyğusu boş və əbəs yerə yaradılmamışdır. Demək ki, bu dünyada əbədi həyat arzusuna çata bilməyən insan övladı ona müəyyən bir hikmətlə verilən sonsuzluq duyğularının başqa bir aləmdə gerçəkləşdiyinə şahid olacaq... “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman etdiniz? Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir”[2]. Yəni; Siz elə zənn edirsiniz ki, əbəs yerə yaradılmısınız və Allahın hüzuruna qaytarılmayacaqsınız? Uca Allah belə ədalətsizlikdən xali və pakdır. Sizi dünyaya göndərən, maddi olan vücudunuzun bütün arzularını, ehtiyaclarını təmin edən, ucsuz-bucaqsız kainatda ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (c.c.) sizin “əbədiyyət” kimi ən böyük diləyinizi gözünüzdə qoymayacaq və bir gün əbədi aləmin qapılarını üzünüzə açacaqdır. Bir gün Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturmuşdu. Bu vaxt məscidə bir dəstə əsir gətirdilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir qadının təşviş içində nəsə axtardığını gördü. Qadın rastına çıxan hər uşağı bağrına basır, qoxulayır, sonra buraxırdı. Nəhayət, öz körpəsini tapdı, sinəsinə sıxdı, öpüb qoxuladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mənzərə qarşısında doluxsundu və hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərib: – O qadını görürsünüz? – deyə soruşdu. Səhabələr cavab verdilər: – Bəli, ya Rəsulullah! Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yenə üzünü onlara tutub: – O qadın qucağındakı körpəsini Cəhənnəmə atarmı? – sual verdi. Səhabələr: – Xeyr, ya Rəsulullah! – dedilər. İki Cahan Sərvəri bu hikmət dolu sözləri dedi: – Allah o qadından daha şəfqətlidir, qullarını Cəhənnəmə atmaz[3]. Bu hədislə izah etmək istəyirəm ki, bu qədər şəfqətli olan Allahın ədalət, rəhmaniyyət, rəhimiyyət, şəfqət və mərhəməti qulunu bir daha dirilməmək üzrə yoxluğun qaranlıq qoynuna atmağa imkan verərmi? Bəli, yoxluqla müqayisədə əbədi Cəhənnəm belə, insanın ruhunda Cənnət qədər dəyərlidir. Yoxluq Cəhənnəmdən də betər olub insanın əbədiyyət istəyən ruhuna iztirab çəkdirən dəhşətli bir əzabdır... Dünyadakı maddi nemətlər üçün mizan və ölçü yaradılmışdır. Ancaq ağıl, ruh, hiss, beyin və bunların nəticələri üçün hər hansı bir ölçü qoyulmamışdır. Ağılın səmərəsinə, fikirlərə, düşüncələrə aid ölçü vahidi yoxdur. Ancaq yediyimiz, içdiyimiz qidaların ölçü vahidi və müəyyən qiyməti vardır. Bunlar həm ölkədə və ya xaricdə valyuta məzənnəsinə görə müəyyən bir dəyər ifadə edir. İdxalat və ixracat bu əsasda həyata keçirilir. Kiçik bir torpaq parçasını da qiymətləndirmək mümkündür... Lakin dərin ağılı, güclü müqayisə qabiliyyətini və iti zəkanı qiymətləndirmək üçün əlimizdə bir ölçü vahidi yoxdur. Məsələn, Şekspir və Hüqo kimi böyük şəxsiyyətlər əqli fəaliyyətlərinin səmərəsini bu dünyada görə bilməmişlər. Bu, məsələnin səthi tərəfidir... Digər tərəfdən, məsələyə ciddi planda yanaşıb bir peyğəmbərin fətanətini[4] düşünək. Məsələn, Peyğəmbərimizin ağlının, nəhayətsiz qəlbinin və hislərinin səmərələrini təsəvvür edək. Bir də bütün peyğəmbərlərin qəlbi duyğularını bir yerə toplayaq və nəzərə alaq ki, bunlar üçün heç bir mizan və tərəzi yaradılmamışdır, o zaman bu nəticə hasil olacaq: qəlbə aid bu mənəvi duyğular üçün də bir mizan və tərəzi yaradılacaq. Əgər bu mizan bu fani dünyada yoxdursa, demək, mütləq başqa bir aləmdə olacaq. “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”[5]. Ayədən də göründüyü kimi, bu dünyada, insanın lədüniyyatını[6] ölçəcək bir mizan, bir tərəzi yoxdur. İnsan mənən kamilləşdikcə tərəqqi edən bir duyğunun səmərəsini ölçə bilmirik. İnsanın sirr, xafi kimi duyğularının, eyni zamanda ona dünyadan və dünyadakı hər şeydən üz çevirtdirən və onu Allahdan başqa heç kimə və heç nəyə əl açdırmayan bu ülvi hislərin ölçü vahidi yoxdur. Hətta qəlbi bu duyğularla dolub-daşan insanlar belə çox vaxt onların mahiyyətini bilmirlər. Elə isə bütün bu ülvi duyğuları da ölçmək üçün axirət adlanan bir günün olması və gəlməsi bir zərurətdir. Çünki yer üzündə insanın maddi varlığı, orqanları üçün bir ölçü yaradılmışdır. Ancaq onun maddi vücudundan daha parlaq, daha ülvi olan lədüniyyatı üçün heç bir mizan və ölçü gözə dəymir. Bu ölçü dünya həyatında yoxdursa, demək, axirətdə yaradılacaqdır... “And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə pıçıldadığını bilirik, (çünki) Biz ona şah damarından daha yaxınıq”[7]. Yəni: İnsanı Biz yaratdıq, içində nə cür vəsvəsələrin var-gəl etdiyini bilirik. Əks aspektdən: “İnsanı Biz yaratdıq və qəlbində necə ülvi duyğuların olduğunu da bilirik.” (Davamı var) Mənbələr: 1] “İnsan” surəsi, 76/30. [2] “Muminun” surəsi, 23/115,116. [3] Buxari, “Ədəb”, 18. Müslim, “Tövbə”, 22. [4] Fətanət – Peyğəmbərin üstün ağlı. [5] “Ənbiya” surəsi, 21/47. [6] Lədüniyyat – Allahu-Təalanın insanın qəlbinə ilham etdiyi ülvi hislər, feyzlər. [7] “Kaf” surəsi, 50/16. Meneviyyat.az
Yumurta tək başına və digər qidalarla birlikdə səhər yeməyi üçün tez-tez istifadə olunur. Lakin onların nə qədər sağlam olması və nə qədər tez-tez yeyə biləcəyiniz haqqında mübahisələr zaman-zaman gündəmə gəlir. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, həkimlər yumurtanın faydaları və ya zərərləri əsasən onların hazırlanma üsulu ilə müəyyən edildiyini bildirib. Hamı bilir ki, yumurta qiymətli, asanlıqla həzm olunan zülallar, mikroelementlər və vitaminlərlə, o cümlədən A vitamini, B12, selenium, xolin və lutein zeaksantinlə zəngindir. Eyni zamanda, həkimlər xəbərdarlıq edirlər ki, onların hazırlanmasının məşhur yollarından biri bütün faydaları boş yerə gətirə bilər. Eyni zamanda, dietoloq Lindsey Veqler yumurtaları yumşaq sarısına qədər qaynadıb istehlak etməklə maksimum fayda əldə edə biləcəyinizi qeyd edib. Eyni zamanda o, yumurtaları tavada kərə yağı ilə qızartmağı ən zərərli yol hesab edir ki, bu da sağlamlıq üçün təhlükə yaradır. Mütəxəssis izah edib ki, qızartma zamanı bir çox qiymətli maddələr məhv olur, kanserogenlər əmələ gəlir. Həm də xatırlamağa dəyər ki, yüksək temperaturda yemək yağları oksidləşdirir və müntəzəm olaraq istehlak edildikdə, bu cür qablar bədəndə iltihaba səbəb ola bilər. Bundan əlavə, həkimlər omletə yağ əlavə edərək, bağırsaqlara və qaraciyərə yük yaradırsınız və pəhrizdə belə doymuş yağların çox olması ürək xəstəlikləri ilə sıx bağlı olduğunu deyib.
Belçikada yaşayan ukraynalı qaçqın lotereyada 500 000 avro qazanıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, Brüsseldə yaşayan ukraynalının 24 yaşı var. O bildirib ki, aldığı pula dostlarına ziyafət verəcək. Pulun qalan hissəsini isə vətəninin bərpası üçün göndərəcək.
Onlar çox diqqətli olmalıdırlar, çünki hər hansı bir söz və ya hərəkət onlara qarşı istifadə edilə bilər. Sozcu.az lent.az-a istinadən bildirir ki, astroloqlar Bürcün iki əlamətini açıqlayıblar, onların həyatında düşmənlər aktivləşir və yeniləri də əlavə edilə bilər. Əkizlər Ən pis düşmən qoyun dərisindəki dostdur. Ətrafınıza daha yaxından baxın, çünki sevdikləriniz arasında sizə heç yaxşılıq arzu etməyən biri var. Çox güman ki, bu adam sizə qarşı çox qısqancdır, ona görə də təkərləriniz altına bir odun qoymağa çalışır. Əlbəttə ki, bunu başa düşdükdən sonra narahat olacaqsınız, çünki ona güvənirdiniz. Ancaq bunu nə qədər tez etsəniz, sizin üçün bir o qədər yaxşı olar. Problemləriniz olan zəhərli insanlardan qurtulun. Sonra həyat sizin üçün asanlaşacaq. Balıq Balıqlar başqalarından faydalanmağa öyrəşmiş bir bürcdür. Yəqin ki, ətrafınız artıq sizin nəyə qadir olduğunuzu anlayıb. Bu münasibət heç kimin xoşuna gəlməyəcək, ona görə də sizə eyni şəkildə cavab verə bilərlər. Bu, mütləq bir növ geniş miqyaslı quraşdırma olmayacaq, ancaq bunu həyatınızın qalan hissəsi üçün xatırlayacaqsınız. Bunu təcrübə kimi qəbul edin və səhvlər üzərində işləyin ki, onları bir daha təkrarlamayasınız. Bundan əlavə, səhv etdiyinizi başa düşsəniz, bağışlanma diləməkdən çəkinməyin. Və daha çox yaxşılıq et, onlar bumeranq kimi sənə qayıdacaqlar.
Yay gəlib və ağcaqanadlar insanları narahat edir, öldürməklə də axırına çıxmaq olmur. Lakin çarə var. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu həşəratları qovmağın çox sadə yolu var. Bir limonu 2 bərabər hissəyə bölüb üzərinə bir neçə qərənfil toxumu taxırıq. Bu iy ağcaqanadları qovur. Həşəratlar bu iydən qaçdığı üçün gecə hətta açıq pəncərə ilə yatmaq mümkündür.
Adətən yemək yeyərkən yeməyin dadına və ətrinə, görünüşünə fikir veririk, amma yeməyi müşayiət edən səsləri düşünmürük. Lakin bu yalnışdır. Çünki musiqi yeməyin ətrini artıra bilər, sanki ədviyyat rolunu oynaya bilər və hətta dad seçimlərimizə təsir edə bilər. Bura yeməyin yanında səslənən, eşidilən bütün səslər daxildir. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, Çin və Danimarkadan olan mütəxəssislərinin araşdırmalarına görə, ağır musiqi həvəskarlarını daha az sağlam qidalar və fast food cəlb edirdi. Alimlər belə qənaətə gəliblər ki, səs-küylü musiqi, xüsusən də ağır metal üslubu - qərar qəbuletmə prosesini tənzimləmək üçün beynimizə müdaxilə edir. Sakit halda yemək mədənin işinə yaxşı təsir edir. Orta əsrlərdə ziyafətlərdə musiqiçilərin iştirakı məcburi idi. XVI əsrdə artıq Tafelmuzik (stol musiqisi) kimi bir istiqamət yarandı. Aristokratların evlərində təntənəli nahar və şam yeməkləri zamanı instrumental parçalar fa edilirdi ki, süfrə arxasında söhbətə mane olmasın. Müasir dövrdə psixoloq, Oksford Universitetinin professoru Çarlz Spens uzun illər bu sahədə tədqiqatlar aparmış, daha sonra "Qastrofizika" elminin əsasını qoymuşdu. Çarlz Spensin sözlərinə görə, hər hansı fon səsləri və səs-küy qidaya təsir edir. Ona görə mətbəxdə texnika, televizor, radio və hətta paltaryuyanın barabanın səsi qidanın keyfiyyətinə, dadına təsir göstərir. Piano musiqisi meyvələrin, giləmeyvə və sitrus meyvələrinin təbii dadını artırır. Üstəlik, səs nə qədər yüksək olsa, effekt bir o qədər yaxşı ifadə edilir. Mətbəxdə paltaryuyan maşının olması arzuolunan deyil. O işləyərkən, yemək yemək də sağlamlığa zərərlidir.