"İnstagram" istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" məlumat verib. İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq. Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz. "İnstagram"dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər. "Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər", - deyə "Meta"nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.
Şəmkir stansiyasından(Şamxor st) keçən hər kəs bu tikiliyə şahid ola bilər. 1931-ci ildə Şəmkirin sonuncu qaçağı Ramazanoğlu Təhməz bu dəmiryolu vağzalında çalışan kirvəsi Kəsəmənli Orucun planladığı plan əsasında İran pasportu ilə qatarla Türkiyə getməli idi. Amma Ramazanoğlu Təhməzin xəbəri yox imiş ki, kirvəsi Kəsəmənli Oruc Sovet NKVD-sinin təlimatı ilə hərəkət edir. Gecə ilə doğulduğu Qaracaəmirli kəndindən gizli şəkildə bu stansiya gətirilən Qaçaq Təhməz bu gördüyünüz tikilidə gizlədilir. Qatar gəldiyi məqamda qatara mindirilən Təhməz qatarın vaqonunda özündən başqa heç kəsin olmadığını görüb duyuq düşür və hiss edir ki, xəyanətlə üzləşdi. Kirvəsi NKVD ilə əlibir olub, onun ələ keçməsinə yardımçı olub. O qatara mindiyi məqamda qatar əsgərlərlə əhatələnir, qaçaq kimi 10 ildən artıq qanlı döyüşlərdə iştirak etmiş əfsanəvi fədai tələdə idi. Atışmaya girir və öldürüləcəyini görüb, son gülləsi ilə özünü vurur. Bununlada Şəmkirdə qaçaq hərəkatının fəaliyyəti tamamilə susduruldu. Təhməzdən əvvəl Şəmkir qaçaqlarının başçıları Hacı Axund, Quruluqlu Əbdüləli, Ramazanoğlu Rüstəm öldürülmüş, sadəcə Samuxlu Qaçaq Məmmədqasım İrana keçə bilmişdi. Ceyhun Nəbi
İyulun 22-də başlayan və avqust ayı boyunca davam edəcək Venera retrosu bəzi bürclərə çətinliklər yaşadacaq. Kimisi eşqdə, kimisi isə karyerasında çətinliklərlə üzləşəcək. Hətta bəzi bürcün nümayəndələrinin keçmiş sevgililəri yenidən peyda olacaq. Sozcu.az avqust ayının ən şanssız bürclərini sizə təqdim edir. Buğa Buğa bürclərinin eşq həyatında problemlər yarana bilər. Onların unutduqları köhnə sevgililəri bir anda peyda ola, tərəfdaşları ilə münaqişəyə səbəb ola bilər. Veneranın geriləməsinin mənfi təsirlərinə baxmayaraq ortaya çıxa biləcək problemləri həll etmək üçün Buğa bürclərinin ünsiyyət yönümlü olması faydalıdır. Şir Şirlər bu dövrdə özünə inamla bağlı problemlər yaşaya bilər. Şirlər bu mərhələni rahat keçmək üçün qorxunu bir kənara qoymalıdırlar. Venera retrosu zamanı çətinliklərin öhdəsindən gəlmək üçün arxayın olmalıdırlar. Əqrəb Əqrəb bürcü, karyera hədəflərinə görə özlərini sorğuladıqları bir dövrə girəcəklər. Bu dövrdə Əqrəblər öz düşüncələrini və ideallarını yaxşı ayırd etməli və buna uyğun hərəkət etməlidirlər. Bu dönəm Əqrəblərin də başı köhnə sevgilisinə qarışa bilər. Diqqətli olmağınızda fayda var. /tribunainfo.az/
Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulması sürücülərin yanacaqla bağlı bir sıra addımlar atmasına səbəb olub. Belə ki, yeni avtomobillər daha çox "Aİ-95" və "Aİ-98" markalı benzinlərin istifadəsini tələb edir. Bu isə aşağı büdcəli vətəndaşlar üçün uyğun deyil. Bəzən çıxış yolu kimi isə yanacaq çəninin 80-90 %-i "Aİ-92", qalan 10-20 %-i isə "Aİ-95" yaxud "Aİ-98" markalı benzinlərin qarışığının tökülməsi təklif edilir. Məhz bu təkliflər cəmiyyətdə bəzi müzakirələrə səbəb olur. Belə ki, bəzi insanlar belə qarışıqların effektiv olmadığını qeyd edirlər. Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Report"a bildirib ki, belə qarışıqlardan istifadə nəqliyyat vasitəsinə çox ziyan vurur: “Artıq son zamanlar "Aİ-92" və "Aİ-95" yaxud "Aİ-92" və "Aİ-98" markalı benzinlərin qarışdırılmasının necə ola biləcəyi ilə bağlı müzakirələr artıb. Onu deyim ki, belə qatışıqları yanacaq çəninə tökmək olar, amma bu avtomobilə mənfi təsir edəcək. Artıq avtomobil istehsalçıları və rəsmi diler mərkəzləri də qətiyyətlə bunu etməyi məsləhət görmürlər. Əgər "Aİ-95" markalı benzinlə işləyən avtomobilə daha zəif benzin tökülsə sürücü bilməlidir ki, o gec-tez nasazlıqla üzləşəcək. Bu gün ölkəmizə idxal edilən və istehsal ili 10 ili ötməyən avtomobillərin əksəriyyəti "Aİ-95" markalı benzinlə çalışır. Ölkəmizə idxal edilən istehsal ili 10 ildən az olan Avropa spesifikasiyalı avtomobillərə birmənalı olaraq yanacaq kimi "Aİ-95" markalı benzin istifadə edilməlidir". Ekspert hesab edir ki, "Aİ-92" və "Aİ-95" markalı avtomobillər qarışır, amma bu tam qarışma demək deyil: “Aİ-92" markalı benzinin zərrəciyi "Aİ-95"in zərrəciyi ilə qarışırmı, əlbəttə yox?! Əgər biz bu benzinləri bir yanacaq çəninə töksək istənilən halda "Aİ-92"markalı benzin qabın dibinə çökəcək. Bu isə ilk növbədə "Aİ-92"nin daha sonra isə "Aİ-95"in istifadəsinə imkan yaradacaq”. Ölkəyə sürtkü yağları və qatqıların idxalı və satışı ilə məşğul olan Arif Məmmədov müasir avtomobillərin yanacaq sisteminə daha çox benzinin tərkibindəki kükürdün ziyan vurduğunu bildirir: “Hesab olunur ki, "Aİ-92" və "Aİ-98" və ya "Aİ-92" və "Aİ-95" markalı benzinlər müəyyən qədər qarışır. Xüsusən də bazası eyni olan yanacaqlarda qarışma daha çox olur. Bu isə yanmanın normallaşmasına səbəb olur. Amma biz burada oktandan çox benzinin çirklilik dərəcəsinə fikir verməliyik. "Aİ-92" markalı benzinin tərkibindəki kükürd və digər yad maddələrə görə digərlərinə nisbətən çirklidir. Son model avtomobillər, xüsusən də buraxılış ili 2015-ci ildən bu tərəfə olan avtomobillərin 90 %-də birbaşa təzyiqli forsunkalar, təzyiqli nasoslar istifadə olunub. Buna GDI (Gasoline direct injection – Benzinin birbaşa vurulması) sistemi deyirlər. Əvvəlki ənənəvi sistemlərdən fərqli olaraq bu sistemlərdə püskürmə və təzyiq daha çox olur. Ona görə, onlar "Aİ-95" yaxud "Aİ-98" markalı yanacaq istəyir. Çünki püskürmə zamanı artıq qalan yanacaq porşenin başından yağın tərkibinə keçir. Əgər biz "Aİ-95" markalı benzinlə işləməli olan avtomobilə "Aİ-92" markalı benzin töksək ilk olaraq yalnız avtomobilin səsində bir qədər fərq hiss edəcəyik. Sürücü düşünür ki, mühərrik dağılmır, hər şey normaldır. Amma əksinə dağılma tədricən baş verir. Çünki yanacaq yanmır və yağın tərkibinə keçir və hər dəfə resursundan azalda-azalda gedir”. Ekspert sürücülərə benzinləri qarışdırmaqdansa əlavə normallaşdırıcı qatqılardan istifadəni tövsiyə edir: “Müasir yağlar xüsusən də Yaponiya istehsalı avtomobillər üçün olan “ilsac”, Asiya istehsalı avtomobillər üçün “A5,B5”, BMW-nin “Longlife”, "Mercedes-Benz"in “229.71” tipli yağları kükürdü az olan keyfiyyətli və müasir yanacaq tələb edir. Qısa deyim ki, keyfiyyətsiz yanacaq yağın belə keyfiyyətini öldürür. Sürücülər üçün ən yaxşı qənaətcil variant benzinləri bir-birlərinə qarışdırmaq deyil, onları neytrallaşdırmaqdır. Məsələn, "Aİ-92" markalı benzini stabilizator tipli qatqılarla neytrallaşdırmaq olar. Məhz onların qablarının üzərində yazılır ki, bu benzini neytrallaşdırır, kükürdü azaldır, yanmanı tamlaşdırır. Amma beniznləri qatışdıranda isə heç nə almaq mümkün olmur”.
"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi tarixi hadisəni qeyd edir - eyni gündə böyük ekranlarda nümayiş olunan "Barbi" və "Oppenheymer" filmləri. Bu kinohadisə ilin ən səs-küylü fenomeninə çevrildi. Tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar. Onlar "CinemaPlus" kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər. Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı "Barbi" dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. "Oppenheymer" ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə etdi. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki "Barbi" dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. "Oppenheymer" isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir. Real hadisələr əsasında çəkilən "Oppenheymer" bioqrafik filmi. Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir. Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada "nüvə bombasının atası" adlandırılmağa başladılar. Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar. Filmin büdcəsi 100 milyon dollardır. "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis "Mattel" şitkətinin Barbi oyuncaqları seriyası əsasında "Barbi" komediya filmi. Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib. Barbi gözəllik standartlarına uyğun olmadığı üçün "Barbieland"-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir. Filmin büdcəsi 145 milyon dollardır. "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis. "CinemaPlus" kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.
Vatsap növbəti funksiyasını təqdim edib. Sozcu.az axar.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Artıq istifadəçilər həmsöhbətlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər. Bunun üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini sıxıb saxlamaq lazımdır. Göndərilən görüntülər dairəvi şəkildə olacaq. Sözügedən funksiya yaxın zamanda tam istifadəyə veriləcək.
Amerikalı tədqiqatçılar ömrü təxminən dörddə bir əsr uzada biləcək yaxşı vərdişlərdən danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Amerika Qidalanma Cəmiyyətinin illik toplantısı olan NUTRITION 2023-də təqdim olunan Million Veteran Proqramının araşdırmasına görə, elm adamları ömrü uzatmaq üçün ən təsirli səkkiz vərdişin adını açıqlayıblar. Tədqiqatda 40-99 yaş arası təxminən 720 min müharibə veteranı iştirak edib. Mütəxəssislər iştirakçıların hər birinin həyat tərzini öyrənib və hansı vərdişlərin ömür uzunluğuna müsbət təsir etdiyini müəyyən ediblər. Onların məlumatına görə, bu səkkiz vərdişin həyata keçirilməsi artıq 40 yaşı olanların ömrünü 24, 50-dən yuxarı olanların ömrünü 21, 60-dan yuxarı olanların isə 18 il uzadacaq. Deməli, ömrü uzatmağın ən təsirli yolu fiziki məşqdir. Tədqiqatın aparıcı müəllifi Xuan Mai Nguyenin sözlərinə görə, müntəzəm və çox idman edən insanlar məşq etməyənlərə nisbətən ömrünü 46 faiz artırır. Gözlənilən ömür uzunluğuna görə siyahıda ikinci yerdə opioidlərdən - həm həkim tərəfindən təyin olunan güclü ağrıkəsicilərdən, həm də qeyri-qanuni dərmanlardan asılılığı olmayan tədqiqat iştirakçıları olub. Bir araşdırmaya görə, müntəzəm opioid istifadəsi ömür müddətini 34 faiz azaldır. Hazırda, sözdə opioid böhranı ABŞ-ın ictimai səhiyyəsində təcili vəziyyətdir. Siqareti tərgitmək də ömrün uzamasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, siqaret çəkməyənlər siqaret çəkənlərdən orta hesabla 29 faiz daha uzun yaşayırlar. Onlar əlavə ediblər ki, hər yaşda pis vərdişdən əl çəkmək sağlamlıq üçün böyük faydalar gətirir. (publika)
Astroloqlar milyarderlərin doğum tarixinin təhlili əsasında maliyyə məsələsində kimin şanslı ola biləcəyi qənaətinə gəliblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, siyahıda bürclərin dörd nümayəndəsi var. "Forbes" jurnalına görə dünyanın ən varlı adamlarının siyahısını təhlil etsəniz, ən zəngin bürcün Şir bürcü olduğu ortaya çıxır. Onun nümayəndələri "qızıl yüzlük"ün kapitalının 14 faizini təşkil edir. Artıq uzun illərdir ki, Qoç və Dolça təsirli maliyyə nəticələri göstərir (hər biri 8 faiz), Balıqlar da zənginlər siyahısında görünür. Qız bürcü Qız bürcü ən zəngin bürclərdən biri hesab olunur. Dollar milyarderləri arasında təxminən 12 faiz bu bürc altında doğulanlara aiddir. Onlar öz zəhməti, ünsiyyətcilliyi və cazibədarlığı ilə var-dövlətə nail ola biliblər. Qoç və Dolça Qoç və Dolça planetin ən varlı adamları sıralamasında daha da irəli gedir, 8 faiz paya sahibdirlər. Xüsusilə, Dolçalar geniş dünyagörüşü və dostluqları sayəsində asanlıqla böyük bir sərvət qazana bilərlər. Azadlığa o qədər sevgiləri var ki, onlar çox vaxt ailə bağları ilə bağlanmırlar, buna görə də heç bir şey qazancdan yayındıra bilməz. Qoç öz əzmkarlığı ilə tanınır. Çalışqanlıqlarının köməyi ilə hər şeyə özləri nail ola bilərlər. Balıq Balıqlar da tez-tez zənginlərin siyahısında görünür. Astroloqların fikrincə, bu bürc israrlı və inadkardır. Belə insanlar asanlıqla böyük bir sərvət qazana bilərlər və bu, yalnız ixtiraçılıq tələb edir.
"Kaspersky" şirkətinin mütəxəssisləri Android smartfonların istifadəçilərindən pul vəsaitlərinin oğurlanmasına hədəflənmiş yeni dələduzluq sxemi barədə məlumat veriblər. Yeni dələduzluq sxeminin əsas hədəf kütləsi yaşlı istifadəçilər, uşaqlar və Android smartfonlardan az istifadə təcrübəsinə malik şəxslərdir. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzindən Milli.Az-a bildirilib. Verilmiş məlumata əsasən, dələduzların əsas məqsədləri istifadəçiləri öz cihazlarına uzaqdan idarə funksiyalı tətbiqi quraşdırmağa məcbur etməkdir. Bu cür tətbiq vasitəsilə dələduzlar öz qurbanlarının mobil bank tətbiqlərinə daxil olmaq üçün nəzərdə tutulmuş hesabları ələ keçirirlər və tez bir zamanda onların pul vəsaitlərini özlərinə köçürürlər. Bunun üçün dələduzlar bank əməkdaşı kimi özlərini təqdim edirlər və istifadəçiləri öz smartfonlarına dəstək xidməti tətbiqini quraşdırmağa sövq edirlər. Bu istiqamətdə dələduzlar istifadəçilərə messencer vasitəsilə APK fayl göndərirlər. Tətbiqin quraşdırılmasından və smartfon üzərində idarənin təqdim olunmasına istiqamətlənmiş kiçik təlimatın yerinə yetirilməsindən sonra istifadəçi öz pul vəsaitlərini itirmiş olur. Bununla belə quraşdırılan tətbiqin interfeysi müvafiq bankın interfeysinə çox bənzəyir. Dələduzlar uzaqdan idarə üçün olan legitim tətbiqləri kopyalayırlar və onları təkmilləşdirərək insanları aldadırlar.
"Hər bir şəxsin səviyyəsinə (qavrama qabiliyyətinə) uyğun cümlələrdən istifadə edirdi..." Hz. Muhəmmədin ﷺ danışığındakı 22 nüans... 1. Gözəl və təsirli danışırdı. 2. Şirin dilli, gülər üzlü idi. 3. Səbirli və təvazökar (sadə) idi. 4. Təhsildə və dəvətdə sərtliyin əleyhinə idi. 5. Elimdə ciddi və səmimi olunmağını istəyirdi. 6. İzah etmək istədiyi bir mövzuya sual verərək başlayırdı. 7. Hadisələri hekayələşdirir, nümunələr verir, bənzətmələr edirdi. 8. Şəkillər çəkərək izah etdiklərini zehinlərdə canlandırırdı. 9. Təhsildə asandan çətinə doğru bir metoddan istifadə edirdi. 10.Verilən suallara bezmədən cavab verirdi. 11. Sual verən şəxsin ehtiyacına görə həll yolları təklif edirdi. 12. Bəyəndiyi sualı tərifləyirdi. 13. Hər bir şəxsin səviyyəsinə (qavrama qabiliyyətinə) uyğun cümlələrdən istifadə edirdi. 14. Qarşısında duran adamın üzünə baxaraq danışırdı. 15. İzah edərkən “bədən dilindən” (jest və mimikalardan) istifadə edirdi. 16. Sözlərini bəzən and içərək gücləndirirdi. 17. Müjdələyirdi, nifrət etdirmək istəmirdi. 18. Haqqında məlumatı olmadığı mövzuda danışmırdı. 19. Söyləyəcəyi şeyi şərait münasib olduğu zaman söyləyirdi. 20. Çıxışına (söhbətinə) qısa və mənalı bir giriş ilə başlayırdı. 21. Söhbətlərində səbəb-nəticə əlaqəsi (söhbətin başı ilə sonu bir-birinə bağlı olurdu) qurardı. 22. İnsanları düşünməyə təşviq edir, onları gözəl əxlaqa çağırırdı... İslamevi.az
Avtomobil mütəxəssisləri elektromobilin almaq istəyənlərin qarşılaşa biləcəyi beş problemi açıqlayıblar. Sozcu.az lent.az-a istinadən həmin problemləri təqdim edir: 1. Batareya çox tez tükənir Bəzən bu, sürücünün gözlədiyindən daha tez baş verir. Məsələn, dəyişən hava şəraitinə görə... Bu problem yaranarsa, enerji istehlakını azaltmaq üçün sürəti azaltmaq, sabit saxlamaq, həmçinin qəfil sürətlənmələr etməmək lazımdır. Bundan əlavə, enerjiyə qənaət rejimini yandırmaq və onun əlavə istehlakçılarını söndürmək tövsiyə olunur. Bunlara media sistemi, kondisioner, soba, qızdırılan oturacaqlar və sükan daxildir. 2. Elektriklə işləyən avtomobillə yolda qalmaq Elektrikli avtomobilin akkumulyatorunun doldurulması 10%-ə düşəndə avtomobil kritik yük səviyyəsi barədə sürücünü xəbərdar edir və tam boşalmadan sürət həddini məhdudlaşdıraraq qənaət rejiminə keçir. Batareyanın doldurulması tamamilə tükəndikdə, elektrik avtomobil dərhal dayanmır. O təxminən 5-8 km daha çox qət edir. Batareyanı mövcud xarici mənbələrdən, məsələn, standart 220V prizlərdən doldurmağın mümkün olub olmadığını yoxlamaq lazımdır. Bunun üçün elektromobilin baqajında saxlanıla bilən xüsusi kabeldən istifadə etmək lazımdır. 3. Elektriklə işləyən avtomobil doldurulmur Əgər doldurmaqda problem yaşayırsınızsa, düzgün kabeldən, rozetkadan və ya doldurma stansiyasından istifadə etdiyinizə əmin olun. Ehtiyat kabeldən istifadə edə və ya maşını başqa stansiyadan doldura bilərsiniz. Elektrikli avtomobil hələ də doldurulmursa, problem batareyada gizlənə bilər. Bu halda mütəxəssislərə müraciət etməlisiniz. 4. Qar və ya palçığa ilişmiş elektrik avtomobili Belə bir vəziyyətdə, adi hərəkət kursuna riayət etmək tövsiyə olunur. Məsələn, bərk əşyalar yerləşdirmək və ya xəndəklər qazmaq. Ancaq yığılmanın köməyi ilə elektrik avtomobilində hərəkət etməyə cəhd edə bilməzsiniz. Avtomobil elektrik mühərrikinin normal və tərs iş rejimləri arasında tez keçə bilməz. Maşının dibinə yerə toxunmamaq vacibdir. Çünki bu, batareyaları zədələyə bilər. Buna görə də, kabeli avtomobilə bağlamaq və onu çəkməyə çalışmaq tövsiyə edilmir. Bu üsul yeganə elektrik avtomobili çıxarmaqdırsa, o zaman bunu mümkün qədər yavaş və diqqətlə etməlisiniz. 5. Elektriklə işləyən avtomobillərin altının su olması Magistral yollarda yağan leysan və dərin gölməçələr elektromobillərin yeni sahibləri üçün ciddi təhlükə kimi görünə bilər. Amma əslində, əlverişsiz havada elektromobilə minmək elə də ciddi risklər daşımır. Yüksək gərginlikli şəbəkənin ağır elementlərinin elektriklə işləyən avtomobillərin dibində olmasına baxmayaraq, onlar yaxşı qorunur. Həm batareya qutusu, həm də bütün kabel çıxışları möhürlənib.
Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. M (R1-R2) sinif alışmalar üstünlük təşkil edərək, maksimum sinifli alışma (M 6.97) 12 iyul tarixində qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 5 ləkə qrupu və 96 ləkə müşahidə olunur. Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya qeydə alınmışdır. Hesabat dövrü ərzində qismən və birbaşa Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində Tac dəliyi müşahidə olunmur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 933 pfu) olmuş, 10 MeV-dən çox enerji yüklü proton seli isə 15 iyuldan artmağa başlamış, 16 iyulda S1 səviyyəli radiasiya qasırğası qeydə alınmışdır. Bu barədə N.TUSİ adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin maksimum sürəti 489 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 18 nT, radial istiqamətdə isə -12 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti 461.6 km/san, planetlərarası maqnit sahəsinin qiyməti 10.51 nT, radial istiqamətdə isə 0.42 nT təşkil edir. 16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir. Proqnoz günlərində (17-23 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif isə 25% təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin Tac Kütlə Atılmalarının təsiri ilə yenidən yüksələcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin 3363 oblastının təsiri ilə S1 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir. Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var. 16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş vermiş, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlmişdir. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.