Mamontların nəsli niyə tükənib? - Araşdırma

Tədqiqatçıların apardığı araşdırma zamanı mamontların təxminən 4 min il əvvəl "qeyri-genetik" səbəblərdən nəsli kəsildiyi məlum olub.

Sozcu.az lent.az-a istinadən xəbər verir ki, bir sıra alim latınca adı "mammuthus primigenius" olan mamontların nəslinin kəsilməsinin səbəblərini araşdırıb.

Araşdırma zamanı məlum olub ki, təxminən 10 min il əvvəl Vrangel adasında qapalı qalan və 4 min il əvvəl nəsli kəsilən mamontların nəslinin kəsilməsinin səbəbi heç də hər kəsin düşündüyü kimi qohumluq əlaqələri olmayıb.

21 mamontun genlərini kompüter vasitəsilə araşdıran tədqiqatçılar mamontların "qohumluq yolu ilə çoxaldığını" müəyyən ediblər.

Tədqiqatçılardan biri Love Dalen, "Biz indi onların genetik səbəblərə görə nəslinin kəsilməsi fikrini rədd edə bilərik", - deyə açıqlama verib.

O həmçinin deyib ki, tapıntılar mamontların təsadüfi bir hadisə nəticəsində yox olduqlarını göstərir. Əgər bu hadisə baş verməsəydi, mamontlar hələ də yaşayacaqdılar. Bu hadisənin nə olduğu barədə isə alimlərin hələ ki, dəqiq bir fikri yoxdur.

Share on Facebook