Yağış sevgilimdir çünki onunla,
Özümü ən xoşbəxt biri sanıram.
Hər gün qol-qanadım qırılır, yenə,
Hər yağış yağanda qanadlanıram.
Yolunu həsrətlə hey gözləyirəm,
Sanki nazlı yarım gələcək geri.
Bilirəm,mən ölsəm kim unutsa da,
O göz yaşlarıyla yuyacaq yeri.
Tez-tez gəl, lənətə gəlmiş bu şəhrin,
Mavi səmasına yığ buludları.
Hər kəs unudubdur, Allah da belə,
Elçini unutma ,yağış,sən barı
Elçin Rəhimzadə