Çin istehsalı yorğana bürünüb yatdı, diri-diri yandı

Moskvada təqaüdçü "Ali Express"dən aldığı qızdırılan Çin yorğanının altında yanaraq ölüb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə elektron yorğanda qısaqapanma nəticəsində baş verib. Belə ki, 69 yaşlı Olqa elektrik yorğanını üstünə örtərək yatıb. Səhər saatlarında elektrik yorğanda qısaqapanma baş verib və yanğın başlayıb. Evdən çıxan tüstünü görən qonşular dərhal yanğınsöndürənlərə zəng edib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa zaman kəsiyində söndürə biliblər. Təcilli tibbi yardım işçiləri yanıq xəsarətləri alan yaşlı qadını evdən çölə çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”. Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”, - paylaşımda deyilir. Səfir Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərkən çəkilmiş fotolarını da paylaşıb. Şəhidlər Xiyabanında o həmçinin Azərbaycanın iki Milli Qəhrəmanı - Albert Aqarunovun və Vahid Əzizovun məzarına da baş çəkib.

Mərkəzi Bank qaloş alır - Tender

Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Ekonominfo.az xəbər verir ki, tender müsabiqəsinin qalibi olan fiziki şəxs Əkbərov Elvin Rəfail oğlu (VÖEN – 1804328512) Mərkəzi Banka geyimlər satacaq. Mərkəzi Bank əməkdaşları üçün alacağı 42 adda müxtəlif növ geyimlər üçün Elvin Əkbərova ümumilikdə 30 min 991 manat 62 qəpik ödəyəcək. Onu da qeyd edək ki, alınacaq mallar arasında 10 cüt qaloş da olacaq.

Bayram tətili başlayır: 1 həftə iş olmayacaq

Sabahdan - dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq. Sozcu.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

“Uşaqlarını atan qadın qarnıaçıq paltarda gəlməməlidir”

Uşaqlarını ataraq TV studiyasına gələn qadınla ekspert Elmir Əkbər arasında qalmaqal yaşanıb. Sozcu.az yenisabah.az-a istinadən xəbər verir ki, hadisə "Səni axtarıram" verilişində baş verib. Qarnı açıq geyimdə studiyaya gələn qadın psixoloqu özündən çıxarıb: "Kəndinizdə belə geyinirdin, Gülxanım?! Yaxşı ki, özü etiraf edir, bunu Xoşqədəm xanım, yaxud "Həci" geydirməyib. Bu geyim ədəbinə uyğundur? Yaxud kəndinizdə belə geyinirlər? Uşağını qoyub gəlmiş, bir uşağı da dünyasını dəyişmiş qadın övladının məsələsinin müzakirəsinə qarnıaçıq, transparan paltarda gəlməməlidir. Ayıb düşünürsənsə, bu geyimi niyə geyinirsən?!" Gülxanım isə ekspertin bu fikirləri ilə razılaşmayıb və onunla söz davasına çıxıb: "Mənim geyimimi burda müzakirə etməyin! Qohum-əqrəbam baxır, ayıbdır. Bir gün gəlib mənim başımı kəsəcəklər. Geyimimə nə olub ki?! Mənim geyimimi müzakirə etməyin! Bəsdir! Bayram bayaq mənə dedi ki, səni meymun kimi burada oynadırlar, onu düz dedi! Mən geyinmişəmsə, ekspertlər nə haqla geyimimə qarışırlar?! Sizin sözünüzlə də ayağa qalxıb özümü göstərməyəcəyəm. Bura geyim təqdim etmək yeri deyil, "Səni axtarıram" verilişidir".

Keçmiş əri tərəfindən öldürülən xanımın tabutunu qadınlar daşıdı

Türkiyə paytaxtı Ankarada keçmiş əri tərəfindən qətlə yetirilən Nursena Kozan adlı qadın son mənzilinə yola salınıb. Sozcu.az xəbər verir ki, mərhumun anası Gülay Tek və digər qadınlar cənazə namazından sonra onun tabutunu özləri daşıyıblar. “Kişi zorakılığının qurbanı oldu. Onu kişilər deyil, qadınlar daşıyacaqlar”, - məlumatda deyilir. Hətta qadınlardan bəziləri “Qadına şiddətə yox” və “Şiddət göstərən kişilər yox olsun” kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı Şafak Şirin (36 yaş) adlı şəxs təxminən bir il əvvəl boşandığı və dörd yaşlı qızının anası Nursena Kozanla (25 yaş) küçədə rastlaşıb. Aralarında mübahisə yaranıb və Şafak Şirin keçmiş həyat yoldaşının başına atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Yeni ildə 7 gün iş olmayacaq - Tarixlər

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Sozcu.az -ın xəbərinə görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Əməliyyat zamanı dava: Həkimlər bir-birinə alətlər atdı

Tatarıstanda Buqulma Mərkəzi Rayon Xəstəxanasında əməliyyat zamanı cərrahla şöbə müdiri arasında dava düşüb. BAKU.WS-in xəbərinə görə, bu barədə teleqram kanalı məlumat yayıb. Məlumata görə, Buqulma xəstəxanasında iki həkim - cərrah və şöbə müdiri arasında mübahisə bir neçə ildir ki, davam edir. İki il əvvəl mədəsi partlayan xəstə əməliyyat masasında uzanan zaman həkimlər birbaşa cərrahiyyə şöbəsində dava salıblar. Cərrahın dediyinə görə, o, xəstəni əməliyyat edərkən şöbə müdürü əməliyyat otağına girib tibb bacısının alətlərini götürüb və başqa cərrah çağırılmasını tələb edib. Həkim imtina edərək işini davam etdirib, daha sonra müdir onu vurub. Həkimlər bir-birinə alətlər atarkən xəstə əməliyyat masasında gözləyib. Üç ay əvvəl başqa bir xəstənin qeydiyyatı zamanı yaranan fikir ayrılıqlarına görə həkimlər yenidən xəstəxanada dava salıblar. Müdir ona arxadan hücum edib, cərrah isə onun üzünə iki dəfə zərbə endirib.

“Qanuni oğrular”ın rəhbəri İstanbulda YAXALANDI

Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib. İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda tutulub. Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq: “Onların nəfəsini kəsəcəyik...”

Türkiyədə möhtəşəm əməliyyat: idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib. İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb. Məlumata görə, boksçunumşn ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir. Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.

Kadırovun 15 yaşlı oğlu yaxın gələcəkdə belə görünəcək...-FOTO

Neyro-şəbəkədən Adam Kadırovun 2024-cü ildə necə görünəcəyi soruşulub və nəticə bütün gözləntiləri üstələyib. Bu haqda Ermənistanın "İravunk" saytı məlumat yaysa da, Moderator.az bu vacib(!) informasiyanı Azərbaycan ictimaiyyətinə də təqdim etdməyi məqsədəuyğun sayır.  Xatırladılır ki,  Adam Quranı təhqir edən şəxsi təpiklə vuraraq videokamera qarşısına keçən Çeçenistan lideri Ramzan Kadırovun 15 yaşlı oğludur. Bundan sonra ona bir dəstə medal verildi və atasının mühafizə xidmətinin rəisi təyin olundu.  Əlavə edək ki, noyabrın 14-də Adam Kadırovun sinəsinə 7-ci orden taxılıb -"İslam dininə xidmətə görə I dərəcəli orden...

Qəlbdə həqiqətə şübhə doğuran kimdir?

Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə siğortalanmamışdır: "(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər" (Həcc surəsi, ayə: 52). Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur. İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu.)milli.az)