Gələn şənbə və bazar tam iş günüdür

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildiyindən təqvim yenilənib.

Sozcu.az xəbər verir ki, ardıcıllığı təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

28 və 29 dekabr tarixlərində istirahət günləri olmasına baxmayaraq, tam iş günü olacaq.

Yeni ildə ardıcıl 7 gün iş olmayacaq: 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq. 

Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edir.

Share on Facebook