Keçmiş əri tərəfindən öldürülən xanımın tabutunu qadınlar daşıdı

Türkiyə paytaxtı Ankarada keçmiş əri tərəfindən qətlə yetirilən Nursena Kozan adlı qadın son mənzilinə yola salınıb.

Sozcu.az xəbər verir ki, mərhumun anası Gülay Tek və digər qadınlar cənazə namazından sonra onun tabutunu özləri daşıyıblar.

“Kişi zorakılığının qurbanı oldu. Onu kişilər deyil, qadınlar daşıyacaqlar”, - məlumatda deyilir.

Hətta qadınlardan bəziləri “Qadına şiddətə yox” və “Şiddət göstərən kişilər yox olsun” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı Şafak Şirin (36 yaş) adlı şəxs təxminən bir il əvvəl boşandığı və dörd yaşlı qızının anası Nursena Kozanla (25 yaş) küçədə rastlaşıb. Aralarında mübahisə yaranıb və Şafak Şirin keçmiş həyat yoldaşının başına atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Share on Facebook