İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”.

Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”, - paylaşımda deyilir.

Səfir Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərkən çəkilmiş fotolarını da paylaşıb. Şəhidlər Xiyabanında o həmçinin Azərbaycanın iki Milli Qəhrəmanı - Albert Aqarunovun və Vahid Əzizovun məzarına da baş çəkib.

Share on Facebook