"Qiyamət günü gəldikdə namaz möminin yoluna nur saçacaq..." Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8). Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur: "De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163). Namaz müəyyən edilmiş vaxtlarda gündəlik yerinə yetirilən, hətta təhlükəli vəziyyətdə belə tərk edilməyən vacib əməldir. Uca Allah buyurur: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (əl-Bəqərə, 238-239). Namaz bəndə ilə Rəbbi arasında olan bir əhddir. Peyğəmbər demişdir: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəmməd! Həqiqətən, Uca Allah buyurur: “Mən sənin ümmətinə beş namazı fərz buyurdum. Kim bu (namazların) dəstəmazına, vaxtlarına, rukusuna, səcdəsinə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərgahımda onun üçün bir əhd yoxdur. İstəsəm, ona əzab verərəm, istəsəm də ona rəhm edərəm”. (ət-Tayəlisi, 574). Namaz öz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Onun əlaməti üzdə görünür və əzalara təsir edir. Peyğəmbər demişdir: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulillah” tərəzini doldurur. “Subhənallah” və “əlhəmdulillah” göylərlə yer arasını doldurur. Namaz bir nurdur. Sədəqə bir dəlildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhinə olan bir hüccətdir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəfsini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”. (Muslim, 223). Qiyamət günü gəldikdə isə namaz möminin yoluna nur saçacaq. Uca Allah buyurur: “O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– deyiləcək. Bu, böyük uğurdur” (“əl-Hədid” surəsi, 12). Namaz günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Uca Allah buyurur: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114). Peyğəmbər demişdir: “Deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun bədənində olan çirkabdan bir şey qalardımı?” Səhabələr: “Onun bədənindəki çirkabdan heç nə qalmazdı”- deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!” (əl-Buxari, 528). Həmçinin demişdir: “Həqiqətən, bəndə namaza durduqda onun bütün günahları gətirilərək başının və hər iki çiyinlərinin üzərinə qoyulur. O, hər dəfə ruku və səcdə etdikdə günahları tökülür”.(İbn Hibban, 1734).Zikr.az
“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159). Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar” (Ali İmran, 105-107). İbn Abbas demişdir: “Toplum şəklində Peyğəmbərin yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır.” Uca Allah həmçinin buyurur: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159). Bu ayələr dində parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. Əvvəlki ümmətlərin həlak olmalarının başlıca səbəbi onların təfriqəyə varması, xüsusən də nazil olunmuş kitablar barəsində ixtilaf etmələri olmuşdur. Hüzeyfə ibn Yəmən xəlifə Osman ibn Əfvana demişdir: “Bu ümmətin dadına çat ki, öncəki ümmətlər kimi kitabları barəsində ixtilaf etməsinlər.” O da görəndə ki, Şam və İraq əhli Quranın hərfləri barəsində Peyğəmbərin qadağan etdiyi ixtilafı edirlər, bunu deməyə vadar olmuşdu. Bundan da iki fayda meydana çıxmış olur: Birincisi: Bu cür məsələlərdə ixtilaf etməyin haram olması. İkincisi: Əvvəlkilərdən ibrət götürmək və onlara bənzəməmək. Uca Allah buyurur: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər” (əl-Bəqərə, 176). O həmçinin buyurur: “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər” (Ali İmran, 19). Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim sizlərə əmr etmədiklərimi etməyin. Şübhəsiz ki, sizlərdən əvvəlkilər çox sual verdikləri, peyğəmbərlərinə müxalif olduqları üçün həlak oldular. Sizə qadağan etdiyim şeylərdən çəkinin, əmr etdiyim şeyləri isə bacardığınız qədər yerinə yetirin.” (Səhih əl-Buxari, 7288). Bu hədisdə Peyğəmbər qövmünə, demədiyi şeylərdən çəkinməyi əmr etmiş, əvvəlki ümmətlərin həlak olma səbəbini aydınlaşdıraraq bunun çox sual vermək və peyğəmbərlərə müxalif olmaları olduğunu bildirmişdir. Uca Allah buyurur: “Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa” (Hud, 118-119). İxtilaf və parçalanmaqdan yaxa qurtarmağın yolu... Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır. O kitab ki, ona heç bir batil toxuna bilməz və o, hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur. Həmçinin Peyğəmbərin yolunu tutub getməkdir. O peyğəmbər ki, özündən danışmır və onun bütün danışdıqları bir vəhydir. Quran və Peyğəmbərin səhih hədisləri İslamın yeganə və əvəzolunmaz iki qaynağıdır. Bundan başqa bütün yollar zəlalətə aparır. Peyğəmbərin yoluna sarılmaq möminlərin yolu və Rəbbimizin razılığına nail olmağın yoludur. Məhz bu yolla Uca Allah bu ümməti bidətçilərin batil əməllərindən qoruyur. İslamın ilk dönəmlərində məhz bu yolun sayəsində insanlar islah olunmuşdular. Bunsuz həmin vəziyyətə qayıtmaq qeyri-mümkündür. Böyük İslam alimi İmam Malik demişdir: “Ümmətin əvvəli nəyin sayəsində düzəlmişdirsə, sonu da onunla düzələcək.” Ümmətin əvvəli Qurana və Peyğəmbərin yoluna tabe olmaqla düzəlmişdir. Odur ki, hər bir müsəlman Peyğəmbərin və onun səhabələrinin izlədiyi yola yönəlməlidir. Uca Allah buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Ənam, 153). Uca Allahdan ümmətimizi Allahın kitabına, Peyğəmbərinin və onun səhabələrinin yoluna tabe olmağa müvəffəq etməsini diləyirik...Zikr.az
Bütün insanlar hədiyyə almağı sevirlər, amma başqalarından daha çox bəyəndiyimiz hədiyyələr var. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, insanlara düzgün hədiyyələr etmək istəyirsinizsə, müxtəlif Bürclərə hansı hədiyyələri vermək daha yaxşı olduğuna dair astroloqların rəyinə diqqət yetirin. Qoç Qoç üçün hədiyyənin özü deyil, onun təqdim olunma tərzi önəmlidir. Astroloqlar bu bürcün adamlarına qeyri-adi şəkildə və gözlənilmədən hədiyyələr verməyi məsləhət görürlər. Bu prosesə çox diqqətlə və ehtiyatla yanaşın. Buğa Maliyyə hədiyyəsi Buğa məqbul və layiqli hesab edəcəklər. Buğalara pul, qızıl və ya səhm verilə bilər. Buğalar da şirin sevərlərdir, ona görə də onlara şokolad və ya qeyri-adi şirin şey verə bilərsiniz. Onlar mütləq bəyənəcəklər. Əkizlər Əkizlərə yeni biliklər verə biləcək bir şey verilməlidir. Əkizlər bürcü oxumağı sevirsə, mütləq onlara kitab hədiyyə edin. Stolüstü oyunları oynamağı sevənlər üçün bir oyun verə bilərsiniz. Əsas odur ki, hədiyyə onları ovsunlayır və inkişafa, asudə vaxtını faydalı keçirməyə kömək edir. Xərçəng Xərçənglər yaradıcı insanlardır, ona görə də sadə bir hədiyyə mütləq qiymətləndirilməyəcək. Onlar ev üçün qeyri-adi bəzək, paltar, kitab, sevimli rəssamın imzası olan diski bəyənəcəklər. Hədiyyənizin bəyənilməsini istəyirsinizsə, Xərçəng təəccüblənməli olacaq. Şir Şirlər üçün hədiyyənin alınma faktı deyil, onun necə qablaşdırıldığı çox önəmlidir və sadəcə diqqət də xüsusi rol oynayır. Şirin xəyal etdiyi şeyi versəniz, ancaq onu darıxdırıcı və heç bir sürpriz etmədən etsəniz, Şir bürcü heyrətlənməyəcək. Ancaq heç olmasa qablaşdırma üzərində işləsəniz, lazım olduğu kimi gedə bilər. Qız bürcü Qız bürcü üçün hədiyyənin praktikliyi çox önəmlidir. Onlar hər gün həqiqətən istifadə edə biləcəklərini qiymətləndirəcəklər. Qablaşdırmanın onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, hədiyyə istifadə edilə bilər və rəfə qoyulmasın və əbədi olaraq unudulmasın. Qızlar zibil yığınlarını sevmirlər. Tərəzi Tərəzi bürcünə görə hədiyyə incə olmalıdır. Qeyri-adi və ya bahalı ətirlər, gözəl paltarlar ola bilər. Rahatlıq və gözəlliyi qiymətləndirirlər. Beləliklə, bir yastıq, orijinal xalça, tərlik ola bilər. Əqrəb Bu Bürcün nümayəndələri böyük estetikalardır. Həm də hər bir hədiyyədə onlar üçün məna vacibdir. Əqrəbin sancmasına çox da həvəsli deyilsinizsə, onun üçün gözəl bir şey seçin. Bu, qeyri-adi bir yemək (yeməyi sevirsə) və ya aksesuar ola bilər. Oxatan Oxatanlar qablaşdırmanın parlaqlığı və yaraşıqlığı və hədiyyənin statusu ilə heyran qalacaqlar. Bu güclü və orijinal bir şey olmalıdır. Hədiyyəyə çox pul xərcləməyə bilərsiniz, amma ucuzlaşdırmamaq daha yaxşıdır, çünki Oxatan bunu bəyənməyə bilər. Oğlaq Oğlaq bürcünə xoş sürpriz etməyin, ən asan yolu hobbi ilə əlaqəli bir hədiyyədir. İstedadları inkişaf etdirmək üçün istehlak materialları və ya başqa bir şey ola bilər. Məsələn, Oğlaq tikməyi sevirsə, tikmə üçün naxışlı bir şəkil verə bilərsiniz. O, video oyunları oynamağı sevirsə, yeni bir coystik ("oyun çubuğu") verə bilərsiniz. Dolça Dolçalar ən son texnologiyadan və ya qeyri-adi qadcetdan məmnun qalacaqlar. Bunlar hədiyyəni qiymətləndirəcək yaradıcı şəxslərdir. Onların inkişafına kömək edəcək. Ən əsası onlara hədiyyə sertifikatları verməməkdir. Balıq Balıqlara çox gözəl bir şey verilməsi lazımdır. Öz əllərinizlə etdiklərinizi də qiymətləndirəcəklər. Əgər ruh bir hədiyyəyə yatırılıbsa, bu insanlara verə biləcəyiniz ən yaxşı şey olacaq. Onlar mütləq sizə təşəkkür edəcək və sevginizi hiss edəcəklər.
Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq. 22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.
Instagram platformasının tərtibatçıları iyun ayında Twitter-ə bənzər mətn əsaslı tətbiqi işə salmağı planlaşdırırlar. Sozcu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata əsasən, tətbiq hazırda tərtibatçılar tərəfindən sınaqdan keçirilir. Agentlik marketinq müəllimi Liya Habermana istinadən aydınlaşdırır ki, yeni tətbiq Instagram-ın bir hissəsi olmayacaq, lakin tətbiqlərdəki hesablar əlaqələndirilə bilər. Instagram nümayəndələri agentliyin bu məsələni şərh etməsi sorğusuna cavab verməyiblər.
Sevgi münasibətlərindəki yaş fərqi hər zaman müzakirə yaradıb. İstər qadın kişidən böyük olsun, istərsə də kişi qadından. Bunun bir fərqi olmur. Sozcu.az olay-a istinadən xəbər verir ki, hər zaman bu məsələ mübahisəyə səbəb ola bilir. "Cougar life"ın yazarı, psixoloq Sarah Hillin fikrincə, bu münasibətlərin çox vaxt su-istifadə hallarına yol verdiyi düşünülür. Yəni yaşlı tərəf gənc sevgilisini cinsi münasibətlərinə görə, digər tərəfin isə yaşlı olanı maddi durumu üçün istifadə etdiyi qənaətinə gəlinir. Bu ümumi düşüncənin əksinə çox ekspert yaş fərqinin münasibətlərdə su-istifadə edici hallara yol vermədiyini düşünür. Onların fikrincə, bu nüans iki nəfər arasındakı bağı digərlərindən fərqləndirmir. Məsələ burasındadır ki, bu münasibətlər güc balansını pozur. Yəni Hillin dediyi kimi, bəzən bu münasibətlərdə sui-istifadə hallarını görsək də, hər zaman belə olmur. Əslində isə araşdırmalar bu tipli münasibətlərin çoxunda yaş fərqinin araya girmədiyini, tərəflər arasında təbii bir bağ yarandığını irəli sürür. Yenə Hillin fikrincə, yaş fərqi olan "flört"lərin riski var. Yəni bu münasibətlərin problem yaratmayacağına zəmanət vermək olmaz. Bəzi ekspertlər yaş fərqinin münasibətlərdə problem təşkil etdiyini üzə çıxaran araşdırmalar edir. ABŞ-ın məşhur universitetlərindən birində edilən tədqiqatlara görə evli cütlüklər arasındakı yaş fərqi boşanma ehtimalını artırır. Aralarında 20 yaş fərqi olan cütlüklərin 95 faizi, 10 yaş fərqi olanların 39 faizi, 5 yaş fərqli olanların isə 18 faizi boşanır. Aralarında 1 yaş fərqi olan cütlüklərin isə yalnız 3 faizi evliliklərini bitirir. İki illik evliliklərin 43 faizi, 10 illiklərin və daha çox olanların isə 94 faizində boşanma halları müşahidə olunur.
"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu kanal funksiyanı gətirir. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, kanallar sayəsində istifadəçilər geniş auditoriyaya məlumat yaymaq imkanı əldə edəcəklər. Bu xüsusiyyət bizneslər özəl təşkilatlar üçün çox faydalı ola bilər. "WhatsApp" kanal üzvlərinin sayının müəyyən edilmədiyini bildirib. Bu funksiya sayəsində istifadəçilər xəbərləri, hadisələri və digər məlumatları geniş auditoriyaya çatdıra biləcəklər. Həmçinin, kanal üzvləri göndərənin telefon nömrəsini görməyəcək, ona görə də göndərənin məxfiliyi qorunacaq.
Romantik münasibətlərdə hər kəs fərqli davranır: kimsə praqmatizmdən əl çəkmir, kimsə isə baş-başa sevgi hovuzuna dalır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, astroloqlar güclü hisslərdən başlarını tamamilə itirəcək üç Bürc işarəsini açıqlayıblar. Bu bürclərdən biri Buğadır. Sevgidə, bürcün nümayəndələri vəsvəsə olurlar və hətta tiranlara və abyuzerlərə (abyuxerlər sevdikləri ilə nalayiq rəftar edən, çox vaxt onlara mənəvi və fiziki təzyiq göstərən kişilərdir-red) çevrilə bilərlər. Onlar hər yerdə xəyanət və satqınlıq görürlər. Yalnız aşiq olan eyni Buğa, eşqdə Buğa ilə harmonik bir yerdə yaşaya bilər və dəli olmaz. Əkizlər aşiq olduqları zaman təkcə ağıllarını deyil, özlərini də itirə bilərlər. Bir tərəfdaşda əriyir, şəxsi sərhədləri silir və hətta nəfəs almağı unudurlar. Xoşbəxtlikdən Əkizlərin sevgisi uzun sürmür, əks halda onların həyatı və sağlamlığı üçün təhlükəli olardı. Sevgili olan Xərçənglər çox qəribə insanlara çevrilirlər. Adi bir insan davranışının bəzi məqamlarından belə qorxa bilər. Xərçənglər həmişə sevdikləri obyektin yanında olmaq istəyirlər - işdə, evdə, duşda, tualetdə, fiziki olaraq orada ola bilməyəndə zənglər və mesajlar onları narahat edəcək. Çəhrayı rəngli eynəklər olmadan buna stalking deyilir.
Qoç - aktiv və nikbin olun. Problemlər yaranarsa, onları dərhal çözməyə çalışın. Enerjiniz və səyləriniz, niyyət və məramınız nə qədər güclü olarsa, bir o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Kollektitv tədbir, təqdimat, çıxış üçün yaxşı gündür. Fiziki işdə və aktiv çalışmaqda fayda var. Yaşam arealınızı qaydayas alın. Qısa müddətdə çox iş görməyə cəhd göstərin. İnşaat və dizayn sahələrində kreativ həllər tapmaq olar. Maliyyə və pulla bağlı məsələlərdə ehtiyatlı olun. Şəxsi münasibətlər müstəvisində təşəbbüskar olun. Sərt və aqressiv davranmayın. Buğa - məqsədə çatmağa az qalıb. Yeni planların reallaşdırılması üçün məkan hazırlamaq və ya ideyanı gerçəkləşdirmək üçün aktiv çalışın. Fəqət, həddən ziyadə səy göstərməyin. Əks təqdirdə irəliləyiş əvəzinə geriləməyə nail olaraq səhhətinizdə problemlərə rəvac verə bilərsiniz. Diqqətli olun, yaxın ətrafınızdakı insanların dəstəyini almağa çalışın. Sürətli nəticəyə hesablanmış yeni işə başlayın. Maraqlarınızdan birini gerçəkləşdirmək üçün gərəkli material ala bilərsiniz. Olayların məcrası ümumən pis deyil. Kiçik problemlərə fikir verməyin. Axşam saatlarında yetərincə istirahət edin. Əkizlər - çoxsaylı təmaslar, xəbərlər və danışıqlar günüdür. Sabahkı günə əminliyinizin asılı olduğu işləri təxirə salmayın. Diqqətli olun. Gərgin fon münaqişələr üçün əlverişli və münbit zəmin hazırlayır. Rəqiblər və bədxahlar aktivləşiblər. Dava üçün səbəb heç nədən yarana bilər. İnformasiya axınını genişləndirin. Danışmaq, görüşmək, zəng etmək və ya yazışmağın vacib olduğu insanı müəyyənləşdirin. Müzakirələr və ünsiyyət hətta sizin üçün gözlənilməz mövzunun başlanğıcı ola bilər. Xərçəng - şablon və klişelərdən imtina edin, yeni və orijinal variantlar seçin. Başqasının fikirlərindən əvvəlcədə xəbər tutmaq mümkün deyil, belə mənasız arzulardan əl çəkin. Təmkinli, fəndgir, hətta hiyləgər olun. Nə isə gərək olarsa, açıq danışın. Standart olmayan qərarlar qəfil uğur gətirə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə təşəbbüskar olun. Ən maraqlı hadisələr olayların ciddiləşdiyi müstəvidə baş verəcək. Dərhal döyüşə atılmayın. Təmkinli olun, marağı cəlb etməyə çalışın, nə istədiyiniz aydın deyil. Belə olarsa, məqsədə aparan yol xeyli qısalar. Şir - ciddi və böyük miqyaslı iş görmək istəyi yarana bilər. Kollektiv də buna sevinəcək, enerjinizi gərəkli məcraya yönəltməyə çalışacaqlar. Təhsil, təkamül, səfər və biliklərin əldə olunmasında xeyir var. Mürəkkəb məsələni həll edin, yük kimi asılmış problemi çözün. Avantüralarla fırıldaqlara uymayın. Güc və ideyalarınız çox olsa da, nəticədə nə əldə etmək istədiyiniz barədə düşünün. Tələsməyin, planları bir neçə günə bölün. Qız - cəsarətli, aktiv, əzmli olun. Situsiyanın təbii axarına düşəcəyi anı gözləməyin. Sizə lazım olan məsələlərə təkan verin, onları sürətləndirin. Danışıqlar, toplantılar, görüşlərə qatılın. Bilik və bacarığınızı nümayiş etdirin. Məşğul olduğunuz yeni iş barədə danışın. Faydalı tanışlıq olacaq. Lakin o, romantik yox, işgüzar ruhdadır. Bəzi mühüm işləri başa vurun ki, yeni layihə və maraqlar üçün məkan olsun. Fiziki işdə xeyir var. Evdə ciddi işlə məşğul olun. Tərəzi - alınan informasiya və bu məlumatlardan istifadənin intensivliyi ilə yanaşı, faydaları barədə düşünün. Əlaqələr, təmaslar və sərfəli tərəfdaşlıq günün aktual mövzularıdır. Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi həyacanlandıra bilər. O adama yardım edin, dəstək verin. Hadisələrin qismən nəzarətiniz altında olduğunu hiss etsəniz, aktiv və təşəbbüskar olun. Tərəfdaşlarınızın davranışınıza olan reaksiyasına fikir verin. Valideynlərlə ünsiyyət üçün vaxt tapın. Əqrəb - maraqlar və qarşınızda duran məqsədlər bu, ya da digər halda tərəfdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizi maraqlandıran məsələləri anlamağa çalışırlar. Hamı tələsir və insanları yalnız şəxsi məsələləri, problemləri maraqlandırır. Problemlərin həlli daha geniş miqyasda fayda verə bilər. Yeni perspektivlər yaranır. Fərqli situasiyalarda təmasların energetika səviyyəsi yüksəkdir. Səhər saatlarından etibarən aktiv olun. Məhsuldar, maraqlı gündür. Toplantılara qatılsanız, fəal mövqeyinizi nümayiş etdirin. Axşam saatlarında dostlarla görüş maraqlı ola bilər. Oxatan - xəbər və hadisələrin pressinqinə rəğmən, ruhdan düşməyin, bədbin olmayın. Məhsul yığmağın zamanıdır. Başladığınız işdən həzz almağa çalışın. Münasibətlər bərpa olunur, gələcək perspektivlərin formalaşması ilə bağlı müzakirələrdə ilkin razılaşma əldə olunur. Dostlar və iş yoldaşları yeni təəssüratların mənbəyi olacaqlar. Prioritetlərin dəyişməsi, məqsədlərin yenilənməsi istisna deyil. Yaşanacaq hadisələr bundan sonra uzun müddətdə işlərin gedişatı ilə şəxsi maraqları bəlirləyəcək. Yeni orientirlər seçin, anlaşma və müqavilələr imzalayın. Yaxın gələcəkdəki işlərlə bağlı əməkdaşlığa başlamaq olar. Oğlaq - narahat və gərgin gündür. Emosiyalar həddən ziyadədir. Yaxın ətrafınızdakı insanlar probelmlərin tez-tələsik həll yollarını arayırlar. Onlar maraqların toqquşduğu məqamlarda hövsələsiz və səbrsiz olacaqlar. Vaxtınızı və enerjinizi boş söhbətlər, müzakirələr, münasibətlərin aydınlaşdırılmasına sərf etməyin. Yaradıcı olun, problemlərin orijinal həll yollarını arayın. Günün ikinci yarısında perspektivləriniz üçün məhsuldar çalışın. Əldə etdiyiniz müvəffəqiyyəti gerçək uğura döndərin, detalları tələsmədən hazırlayaraq başa vurun. Axşam saatlarında evdə qayda yaradın. Yaxın ətrafınızdakı insanlara yardımlarınız xüsusilə effektiv ola bilər. Ailə üzvlərinizdən birinin qarşısında yeni perspektivlər yaranır. Dolça - uğur sizin tərəfinizdədir. Məqsəd və hədəflərinizi aydınlaşdırın, daha konkret edin. İşdə rəhbərliklə mübahisə etməyin. Belə mübahisənin ciddi fəsadları ola bilər. Valideynləriniz sizinlə daha çox maraqlanmağa başlasalar, diqqətli davranın. Günün ikinci yarısında aktiv, amma soyuqqanlı davranın. Qısa müddətə reallaşdıra biləcəyiniz məqsədləri müəyyənləşdirin. İşə elə indi başlayın və yaxın ətrafınızdakı insanlardan bəzilərini də yeni layihəyə cəlb edin. Amma onlara təzyiq etməyin. İfrat tələbkarlıq, eqoizm, öz fikrinizi ən doğru mövqe saymaq yanlış davranışdır. Fiziki işdə fayda var. Axşam saatlarında yetərincə istirahət edin. Balıqlar - diqqətinizi bütünlüklə işə yönəltsəniz, çox məhsuldar gün ola bilər. Təhsil, tədris və ya digər müstəqil fəaliyyətlə məşğul olun. Qaçaqaç, vurnuxma və intriqalardan kənar olun. Birgə işdə də yaxşı nəticələr əldə etmək olar. Uzun söhbətlərə baş qoşmayın, bir işlə məşğul olun, bir məqsədə can atın. Axşam saatları səfər, görüş, müzakirələr, qonaq qəbulu üçün əlverişlidir. Son vaxtlar yarımçıq qalan işlərdən bəzilərini başa vurmaq olar. Maliyyə perspektivlərinizi yaxşılaşdırmaq üçün yaranan imkanlardan istifadə edin. Maraqlı ideyalar peyda olarsa, onlardan birini mütləq reallaşdırın. Hədiyyə, mükafat, uğurlu alış-veriş istisna deyil.
Dünyanın öz növü üzrə ən yaşlısı hesab edilən 19 yaşlı Keniya aslanı Lunkito yerli Masai qəbiləsindən olan nizə tutan döyüşçülərin hücumuna məruz qaldıqdan sonra ölüb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, heyvanı öldürmək üçün onların öz səbəbləri olub. Belə ki, şir Olkelunyet kəndində mal-qara oğurlamaq istəyərkən tutulub. O, qocaldığı üçün daha asan ov axtarışında olub. Qeyd edək ki, Afrika şirlərinin vəhşi təbiətdəki ömrü nadir hallarda 18 ildən çox olur. Keniya Vəhşi Təbiət Xidmətinin məlumtına görə, Lunkito "böyük pişiklər" arasında rekordçu olub.
Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. Həkimin sözlərinə görə, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil: “Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”. Hamiləliyin mütləq planlı olduğu halda doğulan uşaqların da arzuolunan olduğunu bildirən Bilqeyis Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadları olduğunu bildirib: “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib: “Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.apa
Mütəxəssislərin fikrincə, paxıllıq insana xas olan cəhətlərdən biridir. İnsan paxıl doğulmur, bu hiss sonradan yaranır. Astroloqlar bürclərin nəyi qısqandığını və necə paxıllıq hisslərini biruzə verdikləri ilə bağlı araşdırma aparıblar. Sozcu.az həmin proqnozu təqdim edir: Qoç bürcü - Həmişə ikili münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Sizi rəqib görsə, hirsli və əsəbi olur. Qoçlar dürüst olduğu üçün hər şeyi sevdikləri ilə paylaşmaqdan zövq alırlar. Buğa bürcü - Onların qısqanclıq hissi o an hiss olunur. Əldə etmək istədikləri hər şeyə qarşı aqressiv və paxıllıq duyurlar. Bəzən bu o həddə çatır ki, onların yaxınlarını da narahat edir. Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır. Xərçəng bürcü - Bürclər arasında ən qısqanc olan Xərçənglər bu hissin əsiridirlər. O qədər paxıllıq duyurlar ki, hətta sevdikləri insanları da incitdiklərinin fərqində olmurlar. Yaxşı yalan fantaziyaları olur. Paxıllıq onların ikinci adı kimidir. Şir bürcü - Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər. Qız bürcü - Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edirlər. Tərəzi bürcü - Onlar son dərəcə şən həyat sürməyi sevdikləri üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğularıdır desək yanılmarıq. Kişi Tərəzilər daha sadə və təmkinli olur, paxıllıq hissindən uzaqdırlar. Amma qadınlar üçün paxıllıq hissi dəhşətli intiqam alətinə çevrilə bilər. Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar. Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır. Oğlaq bürcü - Onlar lider olmağı sevdikləri üçün geridə qaldıqları zaman qısqanc olurlar. Sevgidə etibar hissləri çox zəifdir, Oğlan qadınla münasibət çətindir. Dolça bürcü - Digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək. Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Balıqlar elə paxıllıq hissi duyurlar ki, sanki yer üzündə son xoşbəxtlik qırıntısını kimsə onlardan alıb və bir daha verməyəcəkmiş kimi davranırlar. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Azadlıqlarına düşkün insanlar olurlar. Özlərini güvəndə hiss etdikləri zaman qısqanclıq və paxıllıq hissindən uzaqdırlar. (metbuat.az)