Bu gündən etibarən "Telegram" messencerində hekayələrin pulsuz paylaşması funksiyası mərhələli şəkildə tətbiq olunmağa başlayacaq.
Sozcu.az Trend-ə istinadən bildirir ki, bu barədə "Telegram" kanalında messencerin əsasını qoyan Pavel Durov deyib.
"Telegram" yalnız ödənişli "Telegram Premium"a abunəsi olanlar üçün iyul ayında paylaşmaq imkanını işə saldı. Eyni zamanda, digər istifadəçilər abunə sahiblərinin hekayəsinə baxa və şərh verə bilər.
"Bu gün bütün istifadəçilər üçün hekayələrin mərhələli şəkildə tətbiq edilməsi "Telegram" tarixində bu yeni mərhələnin başlanğıcını əks etdirir", - deyə P.Durov bildirib.