Tanınmış Amerika yazıçısı Qəzzadakı insanlıq faciəsini müşahidə etdikdən sonra xanımı ilə birgə Ramazanın ilk günündə İslamı qəbul etdi...-VİDEO

Tanınmış amerikalı fəal, yazıçı və keçmiş pastor Şaun Kinq və həyat yoldaşı İslamı qəbul etdiklərini elan ediblər.

Moderator.az-ın "TRTWORLD"a  istinadla verdiyi xəbərdə deyilir ki, bu maraqlı olay mübarək Ramazan ayının ilk günü, bazar ertəsi baş verib.

Kinq sosial şəbəkədə həyat yoldaşı ilə birlikdə məsciddə imamın arxasındakı şəhadəti (şəhadət) oxuduğu bir video-çarx yerləşdirib. O, paylaşıma necə müsəlman olduğunu izah etdiyi videonu əlavə edib.

King öz yazısında yazıb: “Həyat yoldaşımla mən yenicə axşam namazından evə qayıtmışıq. Texas ştatının Dallas bölgəsindəki məscidimizdə Ramazan ayı üçün şəhadət oxuduq. Bizim üçün heç vaxt unutmayacağımız gözəl, güclü və mənalı bir gün oldu”.

44 yaşlı amerikalı camaat qarşısında çıxış edərkən fələstinlilərin  milli keffiyə geyimini geyinib və Ramazan ayının ilk günündə İslamı qəbul etmək qərarını son altı ay ərzində Qəzzada gördükləri "iztirab, ağrı və travma" ilə əlaqələndirib.

Share on Facebook