Qadın borclarına görə uşağını satdı

Dağıstanda qadın borc əvəzi uşağını moskvalı qadına satıb.

Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, 2019-cu ildə dünyaya gətirdiyi uşağı Moskvadan olan qadına verib və sənədlərdə də ana kimi həmin qadının adı gedir.

Özü hamilə qala bilməyən qadın 15 uşağı övladlığa götürüb. O, sənədlərin saxtalaşdırılması ilə məşğul olub və bu yolla yeni doğulan uşaqları bioloji valideynlərindən alıb.

İşin üstü dağıstanlı qadının hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı açılıb. O, uşağını borca görə satdığını deyib.

Uşaqları alan qadın insan alveri ittihamı ilə tutulub, istintaq gedir.

Share on Facebook