İki gün əvvəl Tehranda saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur. Bu barədə fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, Əkbər Nəimi yaxalanmadan əvvəl bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarsa, birinci dəqiqədən aclıq aksiyasına başlayacaq. Fəalın yaxınları əlavə edib ki, Əkbərin mobil telefonu təhlükəsizlik qüvvələrinin əlindədir,...
Qəzvin sakini olan Kavə Darülşəfa mülki vəsiqə qarşılığında Tehranın Evin zindanından azadlığa buraxılıb. O iki ay saxlandıqdan sonra yanvarın 23-də müvəqqəti olaraq sərbəst buraxılıb. Kavə, qardaşı Yaşar saxlandıqdan 5 gün sonra 2019-cu il noyabrın 25-də öz evində Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu korpusuna aparılmışdır. Azərbaycanlı öyrənci və siyasi fəal Yaşar...
Təbrizdə məktəblərin birində azərbaycanlı şagirdlər milli şüarlar səsləndirib. İctimai tələblərlə bağlı şüarları əks etdirən video virtual məkanda geniş yayılıb. Şagirdlərin milli şüar səsləndirməsi sosial şəbəkələr istifadəçilərinin xüsusi diqqətini çəkib. Azərbaycanlı məktəblilər “Traxtur” futbol komandasının görüşlərində olduğu kimi, gur səslə “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və “Azərbaycan var...
Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi, birinci instansiya məhkəməsinin güney azərbaycan fəal barəsində çıxardığı 27 ay həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Məlumata görə, Məhəmməd Əbdülməhəmmədzadə “rəhbəri təhqir etmək” və “müxalif qrupların xeyirinə olaraq İslam Cümhuriyyətinin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb. O sıralama ilə birinci ittihama görə 15 ay, ikincinə görə...
Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı saxlanılan güney azərbaycanlı fəalların həbs və sürgün edilməsi barədə qərar çıxarıb. Məlumata görə, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarli hər biri 2 il həbs və 2 il sürgün edilmə cəzasına məhkum edilib. Hökm, yanvarın 20-də...
Atası Mehdi Kərrubinin İranın “dini lider”i Əli Xamneyiyə yazdığı məktub səbəbindən tutulan oğlu Hüseyn Kərrubi təkadamlıq kameraya salınıb. Sozcu.az xəbər verir ki, Bu barədə Twitter səhifəsində məlumat verən onun qardaşı Məhəmməd Tağı Kərrubi bildirib ki, hazırda ifadəsi alınan Hüseynə qarşı təzyiq tətbiq olunur. O, qeyd edib ki, “Sepah”ın Kəşfiyyat Təşkilatı və...
İranda son vaxtlar güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Hal-hazırda ölkənin müxtəlif şəhərlərində yerləşən həbsxanalar və müvəqqəti saxlanma təcridxanalarında çox sayda azərbaycanlı fəal saxlanılır. Onlardan 32-nin kimliyi dəqiq olaraq müəyyən edilib. Fəalların hamısı ana dili və türk kimliyini müdafiə etdiyi üçün bir çox qondarma ittihamla üzləşib. Kimliyi müəyyən edilmiş həbs olunan...
Azərbaycanlı milli-mədəni fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək olmaq üçün Təbriz şəhərinin hər bir nöqtəsində divarlara minlərlə etiraz posteri yapışdırıblar. Həmin posterlərdə hazırda saxta ittihamlarla məhkumluq həyatı yaşamağa məcbur olan 22 milli fəalın şəkli ilə yanaşı, türk dilində “niyə azadlığa çalışanlar zindan çəkirlər” cümləsi də əks olunub. Hazırda həbsxanada və ya...
Azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə Güney Azərbaycandakı insan haqları fəalları məlumat yayıb. Məlumata görə, İran hökumətinin təhlükəsizlik qüvvələri Zeynəb Həmrəngin Tehrandakı evinə gələrək axtarış aparıblar. Axtarış əməliyyatı çərçivəsində bir sıra şəxsi əşyaları götürüb, mədəni fəalı və eləcə də onun qızını yanvarın 14-ü həbs...
İranda 2019-cu il noyabr ayında benzinin bahalaşması ilə əlaqədar keçirilən kütləvi etirazlar zamanı bütün şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində çox sayda etirazçı, bəzən isə etirazlara qatılmayan insanlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı. Urmiyada saxlanılan soydaşlarımız arasında güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da olub. O yanvarın 15-də Qərbi Azərbaycan...