Məmurlar xalqın sosial-iqtisadi durumunun, rifahının yaxşı olması üçün çalışmalıdır...
Əksər ailələr çox ağır, çox çətin durumdadır.
Burbaşa mətləbə keçək. Hər birimizin gözümüzün önündədir ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda kasıb, yoxsul, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrin sosial durumu çox-çox aşağı səviyyədədir.
Deməli, belə məlum olur ki, əgər yüksək vəzifəli şəxslər, məmurlar və bu məsələlərə aidiyyatı olan qurumların rəhərləri, XALQı düşünsəydilər Xalq kasıblıq içində, səfalətdə zülüm çəkərək çabalamazdı.
Demək olar ki, əksər ailələr kasıblıq, işsizlik, çarəsizlik, yoxsulluq burulğanına düşərək qanadları qırılmış quş kimi çırpına-çırpına qalıb. Çox-çox təəssüflər olsun.
Ailə başçıları işsiz olan ailələrin uşaqları səfalət içində, dilənçi günündə əzablarla sürünərək yaşayır. Belə hal isə çoxlu sayda təbii sərvəti olan ölkə üçün xoşagəlməz hallardı. Bu, birmənalı olaraq belədir.
Şair-jurnalist kimi və bir VƏTƏNDAŞ kimi bu fikirləri özümə də aid edirəm. Elə mən də Azərbaycan vətəndaşıyam. Çünki ölkənin digər çoxlu sayda kasıb vətəndaşı kimi mənim də sosial-iqtisadi vəziyyətim çox dözülməz və çox acınacaqlıdır.
Ürək ağrıdan bir məsələni də qeyd edək ki, yavan çörəyə möhtac qalan aztəminatlı və çoxuşaqlı ailələr hətta bir çox hallarda demək olar ki, çörək də ala bilmir.
Çünki ölkədə yeni iş yerləri açılmır ki, işsiz vətəndaşlar işləyib çörək pulu qazansınlar. Zavodlar, fabriklər tikilmir, yeni istehsalat sahələri, iri sənaye müəssisələri yaradılmır.
İşsizliyin əsas səbəblərindən biri də budur.
Həmçinin ölkədə çox bahılıqdır. Eləcə də kommunal qiymətlər çox-çox yüksəkdir.
Hətta ailələr var ki, mətbəxdə soyuducusu tamamilə boşdur. Ailə başçıları var ki, işsiz olduğu üçün evinə ərzaq ala bilmir, həyat yoldaşının, övladlarının qarşısında utanır, başıaşağı olur və düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmir.
Vətəndaşlar kasıb, pulsuz olduğu üçün vaxtlı-vaxtında yaxşı qidalanmaqda çətinlik çəkirlər. Bu kimi səbəblərdən vətəndaşlarda bəzi xəstəliklər yaranır. Əlbəttə, bu da bir çox ciddi problemlərə yol açır desək, qəti yanılmarıq.
Onu da vutğulayaq ki, yeni iş yerləri yaradılmadığına görə Azərbaycanda işsizlik gündən-günə çoxalır. Ölkənin vətəndaşları məcburiyyət qarşısında qalaraq öz doğma Vətənini tərk edib xarici ölkələrə üz tuturlar.
Belə hallar nəvaxtadək davam edəcək axı?
Xalqın kasıb, yoxsul zümrəsini də, çoxuşaqlı və aztəminatlı ailələri də düşünmək lazımdı. Kasıblıq məngənəsinə düçar olan, min-bir əzab içərisində çətinliklə yaşayan ailələrin sosial-iqtisadi vəziyyəti çox dözülməzdir.
Ölkə əhalisinin yaxşı yaşamasını, həmçinin vətəndaşların sosial durumunun, rifah halının yaxşılaşdırılması istiqamətində məmurlar, vəzifəli şəxslər mütləq şəkildə yubanmadan təxirəsalınmaz və lazım olan tədbirləri görməlidir.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist