İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan ostanında İsrailin zərbələri nəticəsində ən azı 30 hərbçi və Qızıl Aypara Cəmiyyətinin bir əməkdaşı ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru məlumat yayıb.
O, hücum nəticəsində 55 nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyundan İranın nüvə və hərbi bazalarına zərbələrə başlayıb.