Suraxanıda kuryerlərin mopedlərini oğurlayan şəxs tutulub

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-dən məlumat verilib. Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.

Bu nazirliyə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

"Azərsu" qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib?

“Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. Sozcu.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.

Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürəcək. Sozcu.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. Rahim Həsənov (55 kq) 1/4 final mərhələsində Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Ziya Babaşov (63 kq) təsnifatda Sahak Hovannisyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq. Xasay Həsənli (77 kq) təsnifatda Şahan Acarla (Türkiyə), Məhəmməd Əhmədiyev (87 kq) eyni raundda Açika Bolkvadze (Gürcüstan) ilə, nəhayət, Sərxan Məmmədov (130 kq) Mixaylo Vişnivetski (Ukrayna) ilə görüşəcək. Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

“Google”dan tərcümə ilə bağlı möhtəşəm yenilik

"Google Translate"in masaüstü veb-səhifəsinə şəkillərin tərcüməsi funksiyası əlavə edilib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl mobil versiyada mövcud olan şəkillərin tərcüməsi funksiyası, nəhayət, masaüstü kompüterlərdə də tətbiq edilib. Əslində "Google Lens" uzun müddətdir fotoları tərcümə edir. Lakin bu funksiya yalnız hansısa sayta yüklənmiş fotoşəkillər üçün mövcud idi, kompüterdə olan fotonun tərcüməsi mümkün deyildi. "Translate.google.com" bu problemi həll edib və yüklənən fotolardakı mətnlərin tərcüməsini mümkün edib. "Google Translate" səhifəsini açdığınız zaman yuxarıdakı "Text"in yanında "İmage" seçimini görəcəksiniz. "İmage"ə keçdiyiniz zaman sizdən kompüterinizdən bir şəkil yükləməyiniz istəniləcək. "Tut-burax" seçimi olmadığı üçün şəkli kompüterinizdən bu formada yükləyə bilərsiniz. Şəkli yüklədiyiniz zaman mətni tərcümə etmək istədiyiniz dili seçin. "Google" avtomatik olaraq şəkildəki mətni aşkar edib tərcümə edəcək. Əgər yuxarı sol tərəfdəki "Orijinalı göstər"i seçsəniz, fotonun həm orijinalını, həm də tərcümə edilmiş versiyasını eyni zamanda görə bilərsiniz. "Google" burada sizə iki seçim təklif edir. Siz mətni kopiyalaya və ya tərcümə edilmiş şəkli yükləyə bilərsiniz. Bununla belə internet üzərindən etdiyiniz bu tərcümədə mətnin səsli versiyasını dinləmək mümkün deyil. 

Brendan Freyzer "ən yaxşı aktyor" nominasiyasında "Oskar"-ı qazanıb

Amerikalı Brendan Freyzer "Balina" (The Whale, 2022) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını qazandı. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib. O, əvvəllər bu rola görə ABŞ-ın Kino Aktyorları Gildiyası Mükafatını (Screen Actors Guild Award, SAG) qazanıb.

Göz miqreni korluğa səbəb olur?

Miqren - hamımızın bildiyi paroksismal baş ağrısıdır. Lakin bu xəstəliyin başqa bir forması da var. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, Ggöz miqreni və ya atrial skotoma adlanan xəstəlik miqrenin digər formasıdır. Bu xəstəlik zamanı insanın görmə sahəsinin müxtəlif yerlərində müvəqqəti olaraq təsvir itir və titrəmə effekti yaranır. Bu xəstəliyə daha çox 30 yaşdan yuxarı qadınlarda rast gəlinir. Bu, görmə funksiyasının kəskin pozulması kimi baş verir. Bu zaman görmə sahəsində "kor nöqtələr" görünür, işıq parıltıları ilə əhatə olunur. Göz miqrenində görmə sistemində aşkar qüsurlar olsa da, bu patoloji nevroloji xarakter daşıyır. Onun simptomları beyində yerləşən vizual analizatorun pozulması ilə bağlıdır. Göz miqreninin ümumi simptomları parıldıyan ləkələr, yaxud həmin ləkələr yanıb - sönür və yenidən parlayır. Obyektlərin bulanıq konturları və bulanlıq görmə də göz miqreninin simptomlarıdır. Bu simptomlarla bərabər başqa simptomlar da özünü biruzə verir ; başın bir tərəfində cəmlənmiş silkələyici xarakterli baş ağrısı (belə bir simptom aura ilə migreni xarakterizə edir); • vizual hallüsinasiyalar; • görmə funksiyalarının pozulması; • ürəkbulanma və qusma; • çəpgözlüyün görünüşü; • yuxarı göz qapağının sallanması.

Ali məktəbə qəbul sistemində problem var - Nazir

Ali təhsil müəssisələrə qəbul sistemində problem var. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, bunlardan əsası ixtisas seçimidir: "Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gəlib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyentlər belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur”.

Rusiyanın Ukraynadakı son itkiləri AÇIQLANDI

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 159800 (+710) nəfər canlı qüvvəsi, 3474 (+8) tank, 6774 (+5) ədəd zirehli döyüş maşını, 2503 (+16) ədəd artileriya sistemi, 493 (+0) reaktiv yaylım atəşi sistemi, 259 (+0) hava hücumundan müdafiə sistemi, 304 (+0) təyyarə, 289 (+0) helikopter, 2109 (+1) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5354 (+6) avtomobil texnikası və avtosistern, 251 (+9) xüsusi texnikası məhv edilib.

Ucarda dəmir yolu stansiyasında komada olan yaralı şəxs tapılıb

Ucarda dəmiryolu stansiyasından koma vəziyyətində olan yaralı şəxs tapılıb. Bu gün səhər saatlarında bir nəfər şəxsin dəmi yolu stansiyasında yaralı və huşsuz vəziyyətdə olması ilə bağlı Ucar Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinə müraciət olunub. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, koma vəziyyətində olan şəxs, Göyçay rayonunun Çərəkə kənd sakini, 1990-cı il təvəllüdlü Samir Faiq oğlu İbrahimovdur. Həkimlər S. İbrahimovun vəziyyətinin ağır olduğunu deyirlər. Zərərçəkənin hansı səbəbdən belə bir duruma düşməsi barədə hələlik dəqiq məlumat yoxdur. Fakt araşdırılır.

Bakıda ürəktutmasından ölən sürücü polis rəisinin qohumudur

Bu gecə Bakıda ağır yol qəzası baş verib. Saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq səkidəki insanlara və ağaca çırpılıb. Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu,  Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb. İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub. Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb. Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır./Qafqazinfo

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır: “Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

Türkiyədə ard-arda iki zəlzələ baş verdi

Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda ardıcıl 4,7 və 4,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yerli saatla 04:34-də baş verən zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində, saat 05:13-də baş verən ikinci zəlzələnin ocağı isə yerin 8 kilometr dərinliyində yerləşib.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,12 dollara, yüngül neftin bir barreli isə 77,02 dollara təklif olunur.

Tovuzda oteldən qadın meyiti tapıldı

Tovuzda oteldən qadın meyiti tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub. “Dərhal polis əməkdaşları və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İkin araşdırmalara nəticəsində ölən şəxs 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

İran Türkiyədən oğurladığı şəxsə edam hökmü verdi

İsveç hökuməti İran Ali Məhkəməsinin İsveş-İran vətəndaşı Həbib Əsyud barədə edam hökmünə etiraz edib. Sozcu.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi açıqlama yayıb. İsveçin xarici işlər naziri Tobias Billström İran məhkəməsinin qərarına etiraz edib və edam hökmünü pisləyib. Nazir məhkəmədə İsveç səfirliyinin nümayəndələrinin iştirakına icazə verilmədiyini deyib və Tehran rejimindən bu qərarı barədə hesabat tələb etdiklərini vurğulayıb. Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq İrana aparılıb və terror əməliyyatlarını planlaşdırmaqda günahlandırıb.

Ruslar qadın məhbusları döyüşə göndərir

Müharibədəki ağır itkilərdən sonra ruslar məhbusları, o cümlədən qadın dustaqları cəbhə bölgəsinə gətirir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Müharibədə şəxsi heyətin ağır itkiləri fonunda düşmən canlı qüvvəsini artırmaq üçün alternativ mənbələrdən istifadə edir. Belə ki, ötən həftə məhbusların daşınması üçün ayrılmış sərnişin qatarı Donetsk vilayətinə doğru hərəkət edib. Vaqonların birində qadın məhbuslar olub”, - məlumatda qeyd olunub.

Rumıniyada 4,1 bal gücündə zəlzələ olub

Rumıniyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 11 min 300 nəfərin yaşadığı Nexoyu şəhərindən 9 kilomtr şimal-qərbdə yerləşib. Zəlzələ ocağın yerin 110 km dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

İrana "işlədikləri" üçün tutulan şəxslər görün kimlərdir - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar keçirilib. Nəticədə daha bir şəbəkə ifşa olunub. Saxlanılanların olduğu deyilir. Sosial şəbəkələrdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan vətəndaşların fotokollajı yayılıb. Mənbə iddia edir ki, əməliyyat Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilib.(Bizim.Media)

Bu ölkədə Rusiya agent şəbəkəsi ifşa edildi

Qərbyönlü Moldova hakimiyyətini zəiflətməyə çalışan Rusiya agentura şəbəkəsi ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə polis rəisi Viorel Çernautyanu “Şpigel”ə danışıb. O bildirib ki, ötən gün 25 şübhəli dindirilib və onlardan 7-si saxlanılıb: “İfşa edilən qrup Rusiyadan konkret tapşırıqla gəlmiş şəxslərdən ibarətdir”.

Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb. Sozcu.az xəbər verir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.report

Gürcüstanın Baş naziri ümid edir ki, ölkəsi ilin sonunadək Aİ üzvlüyünə namizəd olacaq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ümid edir ki, ölkəsi 2023-cü ilin sonuna kimi Aİ-yə namizəd statusu alacaq. Sozcu.az xəbər verir ki, hökumət başçısı bu barədə "İmedi" televiziyasına müsahibəsində bildirib. "Biz gözləyirik ki, əlimizdən gələni etdiyimiz üçün ilin sonuna kimi status alaq. Əgər söhbət layiqli qəbuldan gedirsə. Ölkəmiz namizəd statusuna layiqdir", - Qaribaşvili deyib.

Goranboyda avtomobil qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Goranboy rayonunun Borsunlu kəndində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.  "Report"un Qərb bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan Ayxan İsgəndərov hadisə yerində, Rəşad Hüseynov isə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.  Faktla bağlı araşdırma aparılır. 00:25 Goranboy rayonunun Borsunlu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Baxmutda 6 gündə 1100-dən çox rus öldürülüb - Zelenski

Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə martın 6-dan bəri Rusiya ordusunun 1100-dən çox hərbçisi öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı məlumat verib. Onun sözlərinə görə, çoxlu sayda rus hərbçi ağır yaralanıb. Zelenski bildirib ki, Rusiyanın onlarla texnikası və 10-dan çox silah-sursat anbarı məhv edilib. Qeyd edək ki, Baxmut istiqamətində döyüşlər 7 aydan çoxdur davam edir. Rusiya şəhərin bir hissəsini ələ keçirdiyini iddia edib.