“Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü” - Şəhidin qardaşı

“Atam son nəfəsində qardaşımın şəklini qucaqlayıb dünyadan köçdü”.

Bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna mayın 8-də İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Ayaz Həbibulla oğlu Ağayevin qardaşı Eynulla Ağayev bildirib.

O, atasının ötən illər ərzində bir dəqiqə də olsa, ümidini üzmədiyini və oğlunun yolunu gözlədiyini bildirib:

“Atamın uzun illər ərzində qardaşımı tapmaq üçün döymədiyi qapı, müraciət etmədiyi qurum qalmadı. Həmişə də bizə dönə-dönə deyirdi ki, əgər ömrüm vəfa etməsə, məndən sonra da qardaşınızı axtarıb tapın. Bu gün artıq atamın da ruhu şad və rahatdır”.

Share on Facebook