Ali təhsil müəssisələrə qəbul sistemində problem var.
Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:
"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gəlib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyentlər belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur”.