Goranboyda avtomobil qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Goranboy rayonunun Borsunlu kəndində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan Ayxan İsgəndərov hadisə yerində, Rəşad Hüseynov isə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

00:25

Goranboy rayonunun Borsunlu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook