Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
Sozcu.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.
Rahim Həsənov (55 kq) 1/4 final mərhələsində Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Ziya Babaşov (63 kq) təsnifatda Sahak Hovannisyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.
Xasay Həsənli (77 kq) təsnifatda Şahan Acarla (Türkiyə), Məhəmməd Əhmədiyev (87 kq) eyni raundda Açika Bolkvadze (Gürcüstan) ilə, nəhayət, Sərxan Məmmədov (130 kq) Mixaylo Vişnivetski (Ukrayna) ilə görüşəcək.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.