Tovuzda oteldən qadın meyiti tapıldı

Tovuzda oteldən qadın meyiti tapılıb.

Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İkin araşdırmalara nəticəsində ölən şəxs 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

Share on Facebook