Gürcüstanda "qırmızı səviyyə" elan olundu - Təcili

2024.05.01 - 20:21

Gürcüstanın paytaxtı Tiflisdə "Xarici agentlər haqqında" qanunun qəbuluna qarşı növbəti mitinq keçirilir.

Sozcu.az xəbər verir ki, mitinqə çox sayda insan Gürcüstan və Avropa Birliyinin bayraqları ilə gəlib və izdihamın arasında ABŞ bayrağı da dağlalandırılıb.

Hazırda parlamentin qarşısındakı meydan insanlarla doludur.

***

Gürcü Arzusu Partiyasının deputatları parlament binasından çıxdıqdan sonra xüsusi təyinatlılar ərazini tərk ediblər.

Onlar binanın Gürcüstan Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında yerləşən həyətinə keçiblər.

Xüsusi təyinatlıların meydanı tərk etməsi etirazçıların alqışları ilə müşayiət olunub.

***

Tiflisdə keçirilən aksiyada etirazçılara qarşı rezin güllələrdən istifadə edilib.

Nəticədə bir neçə nəfər xəstəxanaya aparılıb.

***

Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib.

"Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlament Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib.

Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib", - məlumatda qeyd olunub.

Share on Facebook