Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.

Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, 

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.

Share on Facebook