Qərbyönlü Moldova hakimiyyətini zəiflətməyə çalışan Rusiya agentura şəbəkəsi ifşa edilib.
Sozcu.az xəbər verir ki, bu barədə polis rəisi Viorel Çernautyanu “Şpigel”ə danışıb.
O bildirib ki, ötən gün 25 şübhəli dindirilib və onlardan 7-si saxlanılıb:
“İfşa edilən qrup Rusiyadan konkret tapşırıqla gəlmiş şəxslərdən ibarətdir”.