Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda ardıcıl 4,7 və 4,5 bal gücündə zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli saatla 04:34-də baş verən zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində, saat 05:13-də baş verən ikinci zəlzələnin ocağı isə yerin 8 kilometr dərinliyində yerləşib.