Baxmutda 6 gündə 1100-dən çox rus öldürülüb - Zelenski

Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə martın 6-dan bəri Rusiya ordusunun 1100-dən çox hərbçisi öldürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı məlumat verib.

Onun sözlərinə görə, çoxlu sayda rus hərbçi ağır yaralanıb. Zelenski bildirib ki, Rusiyanın onlarla texnikası və 10-dan çox silah-sursat anbarı məhv edilib.

Qeyd edək ki, Baxmut istiqamətində döyüşlər 7 aydan çoxdur davam edir. Rusiya şəhərin bir hissəsini ələ keçirdiyini iddia edib.

Share on Facebook