Girovların azad edilməsinin daxil olmadığı istənilən atəşkəs çağırışına etiraz edirik. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri başçısı Benyamin Netanyahu deyib. “Bundan əlavə, İsrail hökuməti Qəzza zolağına yanacaq tədarükünə icazə verməyə hazır deyil. Biz əsgərlərimiz üçün təhlükəni minimuma endirməyə çalışırıq, lakin düşmənlərimizi məğlub etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə o əlavə edib.
Rusiya beynəlxalq ictimaiyyəti Ukraynadakı müharibədən yayındırmaq ümidi ilə HƏMAS-ın İsrailə hücumundan ən iyrənc şəkildə istifadə edir. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın yəhudi dövlətini işğalda ittiham etməsinə cavab olaraq deyib. “Məhz Rusiya nümayəndəsindən İsrailin ünvanına insan haqları və beynəlxalq hüquqla bağlı əxlaqi sözlər eşitmək gülməlidir. BMT-nin İnsan Haqları Şurasından xaric edilən ölkənin nümayəndəsi əxlaqdan danışır. Bizə nəsə öyrədəcək ən son ölkə Rusiyadır”, - deyə Erdan bildirib. Onun sözlərinə görə, minlərlə vətəndaşı terrorçular tərəfindən öldürülsə və ya qaçırılsa, Moskvanın necə reaksiya verəcəyini hamı anlayır. Erdan hesab edir ki, Rusiya nümayəndəsinin bu cür ritorikasının əsas məqsədi dünyanın diqqətini Rusiyanın Ukraynaya təcavüzündən yayındırmaqdır.
Qaçaq Dəli Alı Müəllif: Nağı bəy Şeyxzamanlı (Keykurun) Dəli Alı Gəncənin Qarasuçu kəndindəndir. Gəncliyi çobanlıqda keçmişdir. Çobanlıq etdiyi sürünün sahibi Gəncə şəhərinin əşrəfindən Cəfəroğlu Rüstəm ağadır. Rüstəm ağanın qoyun sürüsü artdıqca çobanlarıda çoxalır və Dəli Alı baş çoban olur. Ağası ona vilayətdən tüfəng daşımaq icazəsi alır. Alı çiynində tüfəng bəzən kəndlərə, bəzən isə xırdavat almaq üçün şəhərə gedir. Dəli Alının çobanlardan, qoyunlardan, sürü itlərindən qat-qat çox sevdiyi, daşıdığı tüfəngi olmuşdur. Şəhərdə iki tərəfli fişənglik düzəltdirdiyi kimi, məşhur dəvə şalıdan arxalıq düzəltdirmişdir. Bəslədiyi ən yaxşı at ilə, silahlı xalq arasında keçərkən hər kəsin nəzər-diqqətini çəkir və insanlar Dəli Alıdan çəkinməyə başlayırlar. Alının bu halından kəndlərdə çəkinməyənlər də peyda olurdu. Aradan bir müddət keçir ətraf kəndlərdən bir varlının evinə basqın edilir, ev soyulur və basqınçılar kənddən uzaqlaşırlar. Dəli Alının adı bədxahlar tərəfindən hallandırılır. Bir gün jandarma çavuşu bir neçə jandarma ilə Alının qoyun yatağına gəlir və Alını tüfəngi ilə polis idarəsinə aparırlar. İstintaqda ifadəsi alınır, Alını həbsxanaya göndərirlər və təhqiqat başlayır. Rüstəm ağa var qüvvəsi və pulu ilə Alını qurtarmağa çalışır, sonda azad olunur, ancaq Alı günahsız yerə 4 ay həbsxanada çilə çəkir. Böyük vilayət həbsxanası məhbuslarla doludur. Alının 4 ay həbsxana həyatı təhqiqat ilə keçir, bir dəfə nə qədər ölüm cəzası verilmiş qaçaq varsa hamısı ilə görüşür, etdikləri işlərdən, həbslərinin səbəblərindən, haqlarında oynanılan oyunlardan, qurulan tələlərdən məlumat toplayır və onlara deyir ki, görürəm ki, qaçaqlıq həyatınızda sizdən əvvəlki qaçaqların həyatlarını, hərəkətlərini və necə tələyə düşürülüb həbs edildiklərini öyrənmisiniz. Dəli Alı 4 aylıq həbs müddətində, həmin vaxt və ondan əvvəllər bir sıra qaçaqların Rus idarəsinə qarşı etdiklərini həbsxanada olan yaşlı məhbuslardan təfsilatı ilə öyrənir. Dəli Alı həbsxanadan çıxır, kəndinə gəlir və öz işləri ilə məşğul olmağa başlayır. Ziyarətinə gələnlərə: Həbsxana zindandır, orada günəş işığı belə azdır, dustaqları həmişə bağlı otaqlarda saxlayırlar. Gündə bir-iki saat çölə çıxarırlar, oda həbsxana nəzarətçilərinin nəzarəti altında. Oradakı məhbuslar məni çox sevdilər, həmişə mənə qulaq asardılar. Mən orada qəhrəmanlıqlar etmiş igidlər gördüm, onlarla danışdım. Bir neçəsini edam etdilər, onlara yas tutduq, dualar oxuduq. Həbsxananın ən ağır, dəhşətli tərəfi hər gün səhərdən axşama rusların üzünü görməkdir. Mən onlar qədər sevimsiz məxluq görmədim. Onları görməmək üçün şəhərə belə getmirəm. Tanrının yaratdığı dağlar, qayalar, sevimli çiçəklər, otlar, qoyunlar, quzular və sadiq itlər mənim həyatım və nəşəmdir. Dəli Alı təkrar sevimli kəndinə qayıdır. Məsud yaşarkən bir gün axşam tərəfi kənddəki evinin önünə silahlı yad adam gəlir, Alını soruşur, adamı evə alırlar, ağırlayırlar, rahat edin biz indi adam göndərər Alını çağırarıq, qoyun yatağındadır. Yad adam, Alının yanına gedən adamla qoy məndə gedim deyir. Dəli Alının yanına gəlirlər. Alı ilk baxışda onu tanımır, diqqətlə baxır, həbsxana dostu Hüseyn olduğunu görür. Hüseyn ağa məhkum olaraq Sibirə sürgün edilmiş və oradan bir yolunu taparaq qaçmışdı. Məmləkəti olan Naxçıvana getmiş, yaz aylarını qaçaq olaraq yaşamış və qış yaxınlaşanda sıxışmış və qışı səssiz keçirmək üçün Dəli Alının yanına qonaq gəlmişdir. Alı, Hüseyn ağaya dəstək olmuş və yazda o, öz yurdu Naxçıvana dönəcəkmiş. Bundan xəbər tutan jandarma rəhbəri göstəriş vermiş və nahiyə müdiri 4 jandarma ilə yatağa gəlmişdir. Jandarmaların gəldiyini görən Hüseyn ağa hərəkət etmək istəmiş və gec qaldığını görüb müqavimət göstərməmişdir. Dəli Alı onlara qoyun kəsmiş, yemək yedizdirmiş, Hüseyn ağaya dəyməməyi rica etmiş və buna uyğun olaraq hamınızı məmnun edəcəm demişdir. Rəd cavabı alan kimi Dəli Alının gözü dönmüş və vəhşi bir aslan kimi hücuma keçmiş və nahiyə müdirini vurmuş, jandarmalara meydan verməmiş, silahlarını alaraq şəhərə yola salmışdır. Qoyunları çobanlara buraxaraq, Qaçaq Hüseyn ilə bərabər yoxa çıxmışdır. Bir neçə gün sonra bir kənddə kənar evlərin birində Dəli Alı ilə Qaçaq Hüseynin yanına Alının qardaşı Aslan, yeznəsi Məmməd gəlirlər və görüşdükləri əsnada jandarma bölüyü evi mühasirəyə alır, atışma başlayır, bir yüzbaşı ilə 6 jandarma vurulur. Axşam olur, qaranlıq düşür jandarmalar dağılışır və 4 qaçaq isə oradan uzaqlaşır. Bu atışmadan sonra Aslan və Məmməd rəsmən qaçaq elan olunurlar. 1897-ci ildə baş verən bu hadisə Dəli Alını rus idarəsinə qarşı tam 14 il döyüşməyə sövq etmişdir. Ətrafına topladığı igidlərlə dastanlar yaradaraq mübarizə aparmışdır. Dəli Alının dəstəsi bir neçə dəfə mühasirəyə düşüb, qurtulmuşdur. Hər dəfə jandarma alayından bir neçə kişi tələf olur, ertəsi gün Gəncəyə gətirilərək rus məzarlığında dəfn edilirdilər. Bir tərəfdən Dəli Alı adamları ilə qalib gəlir, digər tərəfdən də Azərbaycan xalqı şənlik edirdi. Rus məzarlığının bir küncündə sıra ilə məzarlar, baş tərəfdə eyni yazı: Gəncə qaçağı Dəli Alının dəstəsi tərəfindən öldürülən falan-filan yazılırdı. Təbii ki, ilk sırada zabitlər, məmurlar, nahiyə müdirləri, arxa sırada jandarma nəfərlərinin məzarları yer alırdı. Dəli Alı mühasirəyə düşəndə Gəncə əhli Dəli Alıya zəfər arzulardı. Biz savaşın nəticəsini axşamüstü şəhər klubunda jandarma alayının atışmada iştirak edən zabitlərindən təfsilatı ilə öyrənərdik. Atışmanın dəhşətini unuda bilməyən zabitlər, Dəli Alının qorxulu nərəsini və əllərindəki silahları makinalı tüfəng kimi istifadə etmələrini, 30 nəfər deyil, 300 nəfər ilə döyüşürmüş kimi bizə danışardılar. Hamısının xüsusi olaraq üzərində dayandığı Alının qorxunc nərəsi idi. Təsirini soruşduqda: “Bağırma deyib, keçməyin. Dəli Alı bizə bağırıb atəş açarkən həmin an əsgərlərin əlindən silah düşür və qaçaqlar bu məqamda çəmbəri yararaq uzaqlaşırdılar. Biz onları təqib edə bilmirdik, yaralılarımızı, ölülərimizi toplayıb şəhərə dönürdük”, cavabını verirdilər. Bu döyüşün necə cərəyan etdiyini sonra şəxsən Dəli Alıdan dinlədim. Dəli Alı belə deyirdi: “Biz evimizə gəldikdə hamımız bir otaqda qalırıq, ancaq kəndin hər iki girişinə növbətçi qoyarıq, rus əsgəri kəndə girərkən növbətçilər işarət silahını atarlar, bizdə tez hazırlanıb, toplu halda döyüşmədən kənddən uzaqlaşardıq. Bir gecə jandarmalar kəndə girmiş, bizim evi mühasirəyə almışlar, sonra bildik, sabahdan günortaya qədər atışdıq. Ruslar bir ara atışmaya son verdilər, yarım saat sonra bacım Zeynəb evin balkonuna çıxdı, qapını açdıq, Zeynəb ağlayaraq içəri girdi və: Qardaş vəziyyət çox ağır və təhlükəlidir. Mindən çox Rus jandarması və kazakı ətrafı mühasirəyə alıb, içində olduğumuz evin 3 tərəfinə arabalarla ot yığıblar və jandarma komandanı mənə “Vəziyyəti görürsən, əgər təslim olmasalar evi yandıracağıq, hamısı yanacaq. Əgər təslim olarlarsa da bəlkə İmperator onları edam etdirməz, həbs cəzası verər”, dedi, indi məndən cavab gözləyir, “tez de, geri gəl”, – əmri verdi. Zeynəbi geri göndərdim və dedim ki: “Yarım saat gözləsinlər, müzakirə edək, əgər qərar versək, təslim olarıq”. Zeynəb çıxdı, dostları ətrafıma topladım. Vəziyyətin ciddi və ağır olduğunu hamımız bilirdik, vəhşi rusun bizi silahla deyil, yanğın ilə təslim alacağını düşünməmişdik. Zatən biz onları seyrək atışma ilə yola verib, axşamı gözləyirdik. Yanğın məsələsi çıxınca tez hərəkətə keçib və nə olarsa olsun Allahımıza və silahımıza güvənərək savaşa başlamağın zamanı gəlmişdi. Biz 25 nəfər idik. Aramızdan balaca boylu 9 nəfər ayırdım. Onlara evin bacasını genişlədərək damın üstünə çıxmalarını və oradan ətrafı yaylım atəşinə tutmalarını dedim. Bizdə, digər dostlar ilə hamımız çölə çıxacaq dedim və tənbeh etdim ki, bura bizim evimizdir, bir dənə rusun burnu qanamasın. Evin üstünə çıxanlar yaylım atəşi ilə ətrafı tararkən bizdə qapını açaraq çölə çıxdıq. Əvvəl mən çıxdım, bağıraraq havaya atəş açdım. Rus əsgərləri sipərlərə sinmişlər, başlarını qaldıra bilmirdilər, çəmbərə yaxınlaşmadan rusların silahsız olaraq qaçdıqlarını gördük, bir neçəsinin tüfəngi yerə düşmüşdü. Jandarmalar qaçırdılar, biz yerdə gördüyümüz silahları topladıq, arxamıza baxa-baxa yavaş-yavaş kənddən uzaqlaşdıq. O andan rus əsgəri görmədik, heç bir rusda vurulmadı. Nəticədə biz 12 tüfəng qənimət almış olduq, Ruslar isə kənddə qalan 21 atımızı biz uzaqlaşdıqdan sonra götürüb aparmışdılar. Bu atışmadan sonra Dəli Alı bir daha öz kəndinə getmir, ailəsi ilə birlikdə 5 ay yaylada qalır. Kənddə tarlasına, heyvanlarına, sürüsünə, ilxısına bacısı Zeynəb xanım baxırdı. Dəli Alıya qəhrəmanlığı ilə sevindirdiyi xalqımız tərəfindən çox qiymətli hədiyyələr göndərilirdi. Olduqca çox geniş ərazisi, bir neçə min qoyunu, bir neçə yüz inəyi olduğu kimi buğda və pambıq tarlası var idi. Gəliri bir kənd ağasının sərvətini keçməkdə idi. Kasıb kəndliləri qoruyurdu, kəndlilər Dəli Alıya baba deyirdilər. Kənd toylarına gedər, toy sahibinə nəmər, aşıqlara hədiyyələr verər, xalqın dərdini dinləyərdi. Alının təhsili yox idi, ancaq tanrı ona kəskin bir ağıl və zəka vermişdi. Danışmasında, fikir və mühakiməsində yetkinlik var idi, kimsə ona cahil deyə bilməzdi. Dəli Alının xalqla münasibəti elə dərəcəyə çatmışdı ki, kənd ağalarının qəhrinə və zülmünə məruz qalan kəndlilər rus idarəsinin məhkəmələrinə deyil, dərdlərini, məruz qaldıqları haqsızlığı kənd toylarında Dəli Alıya şikayət edərdilər. Dəli Alı həmin an dostlarından Cəfər bəyə (Dəli Alının təhsil almış silahdaşlarından) qeyd etdirərmiş “İlk fürsətdə sizin kəndinizə gələr, səni məmnun edərəm”, deyərmiş, kəndlinin Dəli Alıya şikayətini duyan kənd ağası, Alı kəndə gəlməmiş kəndlini məmnun edərmiş. Yerli rus idarəsi Dəli Alı ilə bacarmayacağını əvvəldən anlamışdı və bu səbəblə mücadilə formasını dəyişdirərək hiyləyə baş vururdu. Bütün xalqımız tərəfindən himayə görən Dəli Alının ruslara qarşı mücadiləsi asanlaşırdı. Rus ajanları Dəli Alının gecələyəcəyi kəndi müəyyən edir, gecə yarısı hərəkət edən jandarma alayı səhərə yaxın kəndi mühasirəyə alır, fəqər Dəli Alını tapa bilmirdilər. Dəli Alı əvvəldən xəbərdar edilmiş və kənddən uzaqlaşmışdı. Bir dəfə Gəncə Gənclik Təşkilatı polisin izləməsi ilə bağlı zamanında xəbər almış və məlumatı Dəli Alıya çatdırmışdı. Hər vasitə ilə Dəli Alını məhv etməyə çalışan rus idarəsi bir yolla kəndlinin birini aldatmağa müvəffəq olur. Həm çoxlu pul verir, həm də böyük vədlər verirlər. Ruslar aldatdıqları kəndliyə zəhər verirlər, aldadılmış kəndli fürsət gözləyir. Bir gün Dəli Alı 9 nəfər ilə kəndə gəlirlər, həmin kəndli onları qarşılayır və evinə aparır. Yemək hazırlanır, boşqablara qoyulmadan gizlicə zəhəri cibindən çıxarır və yemək qazanına atır. Bunu görən həyat yoldaşı çığırtı qoparır. Kəndlinin anası məsələni anlayır və oğluna “Allah bəlanı versin oğul, bu canlara necə qıyacaqdın?”, deyə çığırır. Dəli Alı baş verənləri xəbər alır, yaxınlaşır ağlayan gəlini, özündən gedən ananı sapsarı kəsilmiş görür və kəndlini tüfəngin arxası ilə vurub yıxır. Gəlin və ana ağlayaraq: “Bu xaini, sizləri qurtaran bizlərə bağışlayın!”, deyib, yalvarırlar. Alı yıxılan kəndliyə bir təpik vurub evdən uzaqlaşır. Hadisə xalq tərəfindən nifrətlə qarşılanmışdı. Nəticə sevindirici olduğu üçün kimsə xainə cəza verilməsini ağlına gətirməmişdi. Çar idarəsi Dəli Alı ilə qarşılaşmanın və atışmaların mənfi nəticələrində əhalini qəbahətli bildiyindən təzyiqini xalqın üzərinə çevirirdi. Hər kəndin bir neçə öndə gələni qubernatorun əmri ilə 1 ay həbsə məruz qalırdılar. Xalqımız bu qanunsuz və ədalətsiz idarənin basqısına dözürdü. Ancaq Dəli Alı xalqa edilən bu təzyiqlərə sinirlənir və çox narahat olurdu. Dəli Alı bir dəfə düşünür, götür-qoy edir, Gəncə şəhərinə yaxın bir kənddə gizlənir və şəhər ilə təmasa girir. Gəncə qubernatorunun fayton ilə Qazax şəhərinə gedəcəyini öyrənir. Mövqe alaraq qubernatorun dönüşünü gözləyir. Qubernator Qazax şəhəri ilə Gəncə arasında bir dərədən keçərkən Dəli Alı 25 silahdaşı ilə qubernatoru dayandırır. Qubernatoru mühafizə edən bir neçə jandarmanı əhatəyə alır və hərəkət etməyə imkan vermir. Jandarmaların tüfənglərini əlindən alır. Bu mənzərəni seyr edən qubernator, məmur və tərcüməçi saralmış halda müqəddəratlarını düşünürlər. Dəli Alı üzünü tərcüməçiyə çevirərək: “qubernatordan soruş, bizdən nə istəyir? Nə üçün bizdən əl çəkmir, mən və dostlarım bu 10 ildə hər hansı bir cinayətimiz, soyğunçuluğumuz və yaxud qeyri-qanuni hərəkətimiz idarəniz tərəfindən qeyd edilmişmidir, kəndlər arasında rast gəldiyim jandarmalara bir pislik etdiyim məlumdurmu, mən rus idarəsini təqib etmirəm, idarəniz məni məhv etmək istəyir, mən yalnız nəfsimi müdafiə edirəm!”. Tərcüməçi bunu qubernatora dedikdən sonra, qubernator hiss edir ki, Alı intiqam hissi ilə yaxınlaşmayıb, gileylənir. Qubernator dedi: “Mən qanunun tətbiqi ilə mükəlləfəm, qanun sizi qovalayır, siz qanundan qaçırsınız, mən başqa cür hərəkət edə bilmərəm!”. Alı qubernatora: “Sizin müsəlləh qüvvəniz məni sıxışdırır, qarşılaşırıq, istəməyərək bir neçə nəfərinizi öldürürük, bunun günahı sizin üzərinizdədir. Mən sizə heç bir pislik etməyəcəm, jandarmaların tüfənglərini arabaçının ayaqları altına qoydururam, bizdən ayrıldıqdan sonra irəlidə yenə silahlarını özlərinə verərsiniz, yenə onlar sizə Gəncə şəhərinə qədər mühafizlik etsinlər, ancaq sizdən bir ricam var (Əli ilə faytonun arxasındakı qarpızı göstərərək) o qarpızdan bir dilim mənə verin, deyir. Qubernator, bütün qarpızı götürün deyir. Dəli Alı, öz əliniz ilə verin, deyir. qubernator əli ilə qarpızı Alıya uzadır. Alı qarpızı alır və “qubernator, gördünüzmü, bu qarpızı siz mənə sevdiyinizdən deyil, vəziyyətə görə verirsiniz. Bir kərə bilmiş olun ki, bizləri evlərinə alanlar, bizə yemək verənlər, bizi istirahət etdirənlər sizin kimi məcbur qalırlar, onlarda sizin kimi edirlər. Sizin qanuna qarşı nə qədər günahlarınız varsa, onlarınkı da o qədərdir. Sizdən çox rica edirəm, Gəncə şəhərinə gedər-getməz məni qoruyurlar deyə həbsə atdıqlarınızı sərbəst buraxdırın, sizə uğurlar olsun !”. Arabaçıya: “Çək arabanı, jandarmalara, haydı atlarınızı sürün, qubernatorunuza çatın, silahlarınızı alın, qubernatoru Gəncə şəhərinə qədər mühafizə edin!”, deyir. Vali Gəncə şəhərinə gələr-gəlməz Dəli Alıdan ötrü həbsə atdığı kəndliləri azad edir. “Azərbaycan Türk Kültür Dərgisi”, 1961-ci il, 115-116-117-ci saylar, səh. 15-19 Təqdim etdi: Ceyhun Nəbi
"Əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək". Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın üçümcü Prezidenti Mixeil Saakaşvili 7 noyabr işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında onlayn iştirakı zamanı bəyan edib. "Bu, müvəqqəti ədalətsizlikdir, əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək. Mən buna tam əminəm, məni bu əsirlikdən xilas edəcəklər və bu əsirliyə son qoyulacaq", - deyə qeyd edib. Mixeil Saakaşvili Gürcüstandakı ruslardan danışıb və qeyd edib ki, onların əksəriyyəti hesab edir ki, bu torpaq artıq gürcülərə məxsus olmamalıdır. “Burada, əvvəlki sessiyadan sonra ruslar mövzusunda qeyri-müəyyənlik yarandı, niyə mən rusların əmlak satışının dayandırılması və ümumiyyətlə, rusların Gürcüstanda daimi yaşayışının dayandırılmasından danışdım. Biz rusları Gürcüstana dəvət edəndə turist kimi dəvət edirdik. Biz onları bura köçməyə dəvət etməmişik. Problem ondadır ki, 100 mindən çoxu artıq Gürcüstanda məskunlaşan bu rusların əksəriyyəti gürcülərin təsadüfən buraya gəldiyinə, bu torpaqların artıq gürcülərə aid olmamasına inanır və bu, bir təsadüfdür və mentalitetlərinə görə özlərini evdəki kimi hiss edirlər" , - deyə Mixeil Saakaşvili söyləyib.
Doğmasını itirən üçün ölüm haqqında tibbi şəhadətnaməni almaq Azərbaycanda müşkülə çevrilib. Bu sənədin tərtibi və təqdim edilməsi proseduru həddindən artıq qəlizləşdirilib. Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ən azı 5 tibbi instansiyadan keçmək lazım gəlir. Hansı ki, bu, vətəndaşlar üçün kifayət qədər vaxt itkisi deməkdir. Hələ şəhadətnamənin tərtibi üçün vətəndaşı saatlarla növbələrdə gözlədəndən sonra hansısa xırda sənədin gətirilməsi üçün bir neçə tibb müəssinə göndərdiklərini, müəyyən meyarlar uyğun gəlmədikdə isə təkrar sənəd tələb etmələrini demirik. Bir sözlə ölüsünün öldüyünü təsdiqləmək çətinliyi insanın sinirlərini əməlli-başlı tarima çəkir... TƏBİB-in qoyduğu anormal qayda... Belə bir anormal prosedurla bu günlərdə atasını itirən Sumqayıt sakini qarşılaşıb. Bizim.Media-ya müraciət edən vətəndaş atasının “ölüm kağızı”nı ala bilməsi üçün 6 ayrı-ayrı tibb müəssisəsinə yönləndirilib. Hansı ki, həmin tibb müəssisələri də ötür-ötür oyunu oynayaraq vətəndaşı get-gələ salıblar. Prosedurun lazımsız yerə mürəkkəbləşdirildiyindən gileylənən vətəndaş sistemsizlikdən və TƏBİB-in qoyduğu anormal qaydadan şikayətlənib: “Atam 5 gün əvvəl evdə insultdan dünyasını dəyişib. Ölüm faktı və səbəbi hadisə yerinə çağırılan TƏBİB-in təcili yardım həkimləri tərəfindən təsdiqlənib. Mənə bildirildi ki, ölüm haqqında şəhadətnamə üçün əvvəlcə Sumqayıt Tibb Mərkəzinə yaxınlaşmalıyam. Orada akt və müəyyən məlumatlar əsasında arayış hazırlandı. Həmin arayışla 13-cü mikrorayonda yerləşən 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə göndərildim. Atamın qeydiyyat kitabçası yoxlandı və mənə bildirildi ki, atamın bu tibb müəssisəsinə hər hansı şikayətlə bağlı müraciəti olmadığı üçün şəhadətnamə verə bilməzlər. Oradan 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinə göndərildim. Mərkəzdə əməlli başlı biabırçılıq yaşandı. Əvvəlcə sənədləşdirmənin aparılması üçün mənə 12 vərəqli dəftər aldırdılar. Bu azmış kimi xeyli sayda tibb personalının çalışdığı mərkəzdə cəmi 1 kompüter olduğu üçün onun boşalmasını gözləməli oldum. Sənədlər elektronlaşdırıldıqdan sonra TƏBİB-ə onlayn müraciət göndərildi. Hansı ki, TƏBİB müraciəti incələyib, təsdiqləyəndən sonra həmin cavab 4 nömrəli şəhər polinklinikasına göndəriləcək. Oradan isə Forma AZS-106 alıb ASAN Xidmətə təqdim etməliyəm ki, ölüm haqqında şəhadətnamə ala bilim. Hələki TƏBİB-in onlayn müraciəti təsdiqləməsini gözləyirəm”. Özlərinin təsdiqlədikləri ölüm səbəbinə inanmırlar? Vətəndaşın sözlərinə görə TƏBİB-in “ölüm kağızı” ilə bağlı bu cür bürokratik əngəl yaratması anlaşılan deyil: “Təsəvvür edin ki, çalışan vətəndaşlar üçün bu prosedur nə qədər çətin və əlavə vaxt itkisidir. Yaxınını itirmiş, mənəvi cəhətdən çökmüş birinin bir parça kağız alması üçün 6 instansiya gəzməsinə nə ehtiyac var? Vətəndaşları niyə bu qədər incidirlər? Onsuz da mərhumun ölüm anı və səbəbi təcili tibb yardım vasitəsilə təsdiqlənib. Bəs, TƏBİB daha nəyi təsdiqləyir?”, - deyə şikayətçi etiraz edib. Vətəndaşın işini yüngülləşdirəcək addımlar atılmalıdır Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa hesab edir ki, vətəndaşa sıxıntı verən proseslərin qarşısının alınması zəruridir: “Bu məsələlər daha dəqiq və müəyyən informasiya almaq, eləcə də ölüm aktının təsdiqlənməsi üçün zəruri olur. Çünki sonradan bu məsələlərlə bağlı məhkəməyə müraciətlər olur. Çox güman ki, bunu sığortalamaq üçün belə bir prosedur qoyublar. Amma fikrimcə, prosedur asanlaşmalıdır və vətəndaşın işini yüngülləşdirəcək addımlar atmaq barədə düşünülməlidir”. Xatırladaq ki, Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalıdır. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir. Ölümün başvermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir. Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq...
Müsavat rəhbərliyi Beynəlxalq tədbirdə iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib: "Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM- nin rəhbəri İsa Qəmbər və başqan müavini Səxavət Soltanlı Beynəlxalq tədbirdə iştirak etmək üçün Tbilisiyə səfər etdilər".
"Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir..." Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişinə hazırlıq görən bir dəstənin ifşa edilməsi ilə dünən yaydığı məlumatı iki aspektdə təhlil etmək olar. Birincisi, yazılanlar həqiqətdir, Ermənistanda hakimiyyət uğrunda son üç ildə gedən mübarizə əsasən yumşaq gücə hesablanmışdı, amma nəticə vermədi. Ona görə də, “Severnıy listopad” adlanan əməliyyatla Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi dağıntı, iğtişaş, vətəndaşlarda təlaş və qorxu yaratmaq, siyasi və mülki qətllər törətmək, dövlət idarələrinə basqın və nəhayət, hakimiyyətin oturduğu binanı ələ keçirib xalqa müraciət ünvanlamaq planlaşdırılıb. İki ay əvvəl Ermənistan Baş nazirinin mühafizə xidmətinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu sıradan bir vəzifə dəyişikliyi deyildi və Qərb kəşfiyyatının öncədən verdiyi məlumat əsasında baş verdi. Burada hədəfin, təbii ki, Paşinyan olduğu şübhə yaratmırdı. Fiziki cəhətdən onun məhv edilməsinə şərait yaradılması daha asan variant ola bilərdi, nəinki “ Severnıy listopad” əməliyyatı... Paşinyan hakimiyyətinin Rusiyanı qane etmədiyi, son aylar isə tam qıcıqlandırdığı açıq görünür. Rusiya Ermənistanda bu günədək hakimiyyət dəyişikliyinə rahat nail olub. İlk prezident Ter-Petrosyanın Yeltsin tərəfindən Rublyovkada aparılan bir söhbətlə istefaya göndərilməsi, 1999-cu il 27 oktyabrda Rusiyanın adamı Koçaryana mane olan parlament sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın Rostovdan göndərilən erməni qatil tərəfdən öldürülməsi, 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi kimi hadisələr birbaşa Rusiya ilə əlaqələndirilib. Son əməliyyatın "Severnıy listopad”- “Şimal xəzanı” adlandırılması və həbs olunanların mənzillərində RF -yə mənsib olan çoxsaylı və hələ işlədilməmiş telefon kartlarının aşkarlanması, planlaşdırılan çevrilişin ünvanını məhz şimala - Rusiyaya yönəltməyə imkan verir. Konkret olaraq Rusiyanın adının çəkilməməsi isə iki dövlət arasında olan gərginliyin pik həddinə çatması deməkdir və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir... Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Rusiyanın adını çəkmədən “ən yaxın təhlükəsizlik müttəfiqinin hakimiyyət çevrilişi “ hazırlaşdığını xüsusi qeyd etmişdi. Hər iki tərəf çılpaqlığı ilə danışmasa da, həqiqət hər iki dövlətə məlumdur. Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu sadə bir qruplaşmanın planladığı əməliyyat deyil, peşəkarcasına hazırlanmış standart çevriliş planıdır və adətən bu tip planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir... İkinci aspekt isə verilən məlumatın dezinformasiya olmasının mümkünlüyüdür. Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, ən əsası isə Qərbə sübut etmək istəyir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir və məqsədi baş tutarsa, Qərbin Ermənistan və bütövlükdə Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq. Bununla da özünün fiziki təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün bütün imkanların səfərbər edilməsini Qərbə xatırladır. Guya ifşa edilən çevriliş planını isə fakt olaraq Qərb qarşısında qoymuş olur. Verilən informasiyada şübhəli bilinən məqamlardan biri konkret adların verilməməsi, yalnız baş həriflərin göstərilməsidir. Eyni zamanda əməliyyatın “Şimal xəzanı” adlandırılması şübhə yaradır ki, əgər burada Rusiyanın əli varsa, açıq şəkildə özünü istinad verən bir addan istifadə etməz, çünki adətən peşəkarlar şərti adlardan, ləqəblərdən, uydurulmuş əfsanələrdən istifadə edərkən maksimum çalışılır ki, bu adlar real mənbəyə birbaşa və dolayısı yolla bağlı olmasın... Roma Statutunu qəbul etdikdən sonra "Moskva Paşinyan hakimiyyətinə olan səbrinə son verdi"- deyə bilirik. Yumşaq güclə üç il ərzində hakimiyyət çevrilişinə nail olmayan Rusiyanın bu tip əməliyyatlara üz tutması sonuncu olmaya bilir. Paşinyanın isə hakimiyyətdən uzaqlaşdırılması Rusiya üçün heç də asan olmur... Bəs Azərbaycanla sülh müqaviləsi imzalamadan Paşinyan iqridarı hakimiyyətdən uzaqlaşdırılarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər? Hazırda Rusiyayönümlü parlaq lider olmasa da, Arman Tatoyan tipli şovinist, revanşist, aqressiv birinin hakimiyyətə gətirilməsi mümkün variantdır. Şəxsin kimliyinin Azərbaycan üçün təhlükəsi olmasa da, sülh müqaviləsinin imzalanaması prosesi uzana bilər və bu zaman bölgəyə kənar qüvvələrin təzyiq və təsiri arta bilər... moderator) İlham İsmayıl
İkinci əl maşınlar satılarkən çox vaxt tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmır və satıcı alıcıya maşını idarə etməsi üçün etibarnamə verir. Daha sonra satıcının hansısa məhkəmə problemi olduqda, məsələn onun əmlakına həbs qoyulduqda həbs həmin avtomobilə yönləndirilir. Amma satıcı artıq maşını alıcıya satmış olsa da, arada bir yazılı alğı-satqı müqaviləsi olmadığına və maşın DYP-də alıcının adına keçirilmədiyinə görə, maşın hələ də rəsmi sənədlərdə satıcının adına olur. Bəs bu problem necə həll olunmalıdır? Məsələ ilə bağlı danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, baş inspektor, mayor Araz Əsgərli Referans.az-a açıqlamasında bildirib ki, etibarnamə verən şəxs əgər həmin əmlakı onun adına keçirməyibsə, o etibarnamə verənin adında qalır: "Yəni əgər sabah həmin adam ölsə, boşansa, adamın banka borcu olsa, cinayət məsuliyyətinə cəlb olunsa və ya hər hansı bir mülki mübahisə yaransa, avtomobili etibarnamə ilə alan şəxs problem yaşayacaq. Buna görə də biz hər dəfə vətəndaşlara müraciət edirik ki, əmlakınızı öz adınıza keçirin ki, əlavə problemlər yaranmasın. Etibarnamə ilə alınan avtomobil sizin əmlakınız sayılmır". Hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, daşınar və ya daşınmaz əmlakın şəxslər arasında bir birinə ötürülməsi yalnız alqı-satqı müqaviləsi əsasında həyata keçirilməlidir: "Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra müvafiq qeydin dövlət reyestrində qeydə alındığı andan həmin şəxsə həvalə olunmuş hesab olunur. Etibarnamə ilə hər hansı bir alqı-satqı əməliyyatının aparılması yalnız o halda nəzərdə tutukmuşdur ki, əmlakını digər bir şəxsin səlahiyyətinə etibar edən mülkiyyətçi həmin əmlakın yalnız tamamilə 3-cü şəxsə satışı üçün nəzərdə tutulmuş bir hərəkətlərin edilməsi icra edə bilər. Amma birmənalı şəxs hər hansı digər bir şəxsə etibarnamə verirsə, həmin şəxs əmlakı öz adına rəsmiləşdirə bilməz. Istənilən halda etibarnamə ilə alğı-satqının aparılması qanunvericiliklə yol verilmir". Hüquqşünas qeyd edib ki, etibarnaməni vermiş şəxs çox qısa bir müddətdə, pulu aldıqdan sonra gedib həmin etibarnaməni notariusda ləğv elətdirə bilər. Onun sözlərinə görə, şəxs ləğv elətdirdiyi andan da həmin əmlak etibar olunan şəxsin əlindən alınmış hesab olunur: "Eyni zamanda etibar edən şəxsin gələcəkdə hər hansı bir borcu olduğu təqdirdə icra xidməti tərəfindən onun əmlakının müəyyən olunması ilə bağlı müvafiq sorğular verildikdə həmin əmlak şəxsin öz adına çıxır və əmlakın üzərinə həbs qoyula bilər və ya qeydiyyatla bağlı məhdudiyyət qoyulə bilər". Bundan başqa şəxs boşunduğu zaman birgə nikah dövründə əldə olunmuş əmlakdırsa, bölünmə predmenti təşkil edir və nəticədə etibarnamə kimə verilmişdisə həmin şəxs öz əmlakından məhrum olunmuş olur - deyə Ramil Süleymanov əlavə edib.
Azərbaycanda qaz limitinin ləğv olunması təklif olunub. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib. "Kifayət qədər qazımız var və buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm", - deyə deputat bildirib.
İsrailin Qəzza zolağına məhdud reydləri genişmiqyaslı quru əməliyyatına çevrilir. Sozcu.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinin jurnalisti Lavdey Morris deyib. Onun sözlərinə görə, İsrailin Qəzzadakı quru hücumu haqqında məlumat məhduddur və jurnalistlər ora daxil ola bilmirlər: “Bununla belə, sakinlər, ekspertlər və İsrail əsgərləri ilə müsahibələr, eləcə də döyüş meydanından çəkilmiş videogörüntülər və peyk görüntüləri bir neçə cəbhədə qanlı əməliyyatın şiddətləndiyini göstərir”. Morrisin sözlərinə görə, İsrail bölmələrinin bir hissəsi anklavı iki yerə bölməklə şimal və cənubu ayırır, digəri isə şərqdən və şimal-qərbdən HƏMAS-ın qalasına doğru irəliləyir. Jurnalist bildirib ki, İsrailin kiçik hərbi reydləri mülki əhali üçün yeni təhlükələr yaradaraq, yerini genişmiqyaslı quru əməliyyatına verir. İsrail ordusunun hərbçilərindən biri ona verdiyi açıqlamasında deyib ki, artıq mülki əhaliyə zərər vermək qorxusu arxa plana keçib: “Əvvəllər biz elə hərəkət etməyə çalışırdıq ki, mümkün qədər az mülki insana təsir edək, amma indi bu, müharibədir”. İsrail kəşfiyyatının keçmiş əməkdaşı Avi Melda da hazırda Qəzzada əsl irimiqyaslı quru əməliyyatının getdiyini deyib.
İranın 80 yazıçı, ziyalı, tanınmış mədəni və siyasi xadimi ölkənin dini lideri Əli Xameneiyə açıq məktub yazaraq, onun yanlış siyasəti il bağlı xəbərdarlıq ediblər. Sozcu.az xəbər verir ki, bu barədə məktub müəllifləri sosial media hesablarında paylaşım ediblər. Məktubda Əli Xameneinin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı siyasəti tənqid olunub. İlahə Əmirintizam, Rza Əlixani və Əbdüləli Bazərqan kimi məşhurların imzaladığı məktubda Əli Xamenei “macəraçı” adlandırılıb. Onlar ölkə rəhbərindən macəraçı, düşünülməmiş və qeyri-milli mövqeyinə son qoymasını, ölkəni İsrail-HƏMAS müharibəsinə sövq etməməsini tələb ediblər.
Biz “Böyük Qayıdış” proqramını icra edirik. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri, Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”, - dövlət başçısı bildirib.
Separatçı Samvel Şahramanyan Ermənistanın keçmiş prezidenti, əli Xocalı sakinlərinin qanına bulaşmış Serj Sarkisyanla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Görüşün təfərrüatları barədə dəqiq məlumat verilmir. Bildirilir ki, təşəbbüs Serj Sarkisyandan gəlib. Görüş İrəvandakı “Mariott” Holetində keçirilib. Qapalı görüş təkbətək olub. Qəzetin ehtimalına görə, görüşün əsas müzakirə mövzusu Ermənistanda hakimiyyətin dəyişməsi məsələsi olub. Eləcə də Rusiyanın Cənubi Qafqazda sıxışdırlması siyasətinə etiraz olaraq Paşinyana güclü müqavimət yaratmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Qarabağ ermənilərinin Ermənistanda məskunlaşması problemləri də şərh olunub. Məsələ burasındadır ki, Serj Sarkisyan Samvel Şahramanyanı şəxsən tanısa da, münasibətləri elə də isti deyil. Ermənistanın 3-cü prezidenti Bako Saakyanla daha yaxın olub.
Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. O deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İrəvan üçün çox vacibdir. A.Mirzoyan Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələrinin olduğunu da xatırladıb: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədinin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”. XİN başçısı vurğulayıb ki, Ermənistan 4 qonşusu (Azərbaycan, Gürcüstan, Türkiyə və İranı nəzərdə tutur - red.) ilə müntəzəm münasibətlərdə maraqlıdır.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına təkliflər mübadiləsinin altıncı raundu keçirilir. Sozcu.az xəbər verir ki, bunu bu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında deyib. O bildirib ki, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir: “Bu sazişin birinci prinsipi ərazi bütövlüyünün iki ölkə tərəfindən qarşılıqlı tanınması ilə bağlıdır. İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədardır. Bu proses sovet dövrünün ən son və legitim xəritələri əsasında aparılmalıdır. Üçüncü prinsip isə regional nəqliyyat kommunikasiyaların açılması ilə bağlıdır”.
İsrail hərbçiləri HƏMAS hərəkatını məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyatlar keçirməyə davam edir, anklavda müvəqqəti atəşkəs mümkünlüyü nəzərdən keçirilmir. Sozcu.az verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. O, Qəzza zolağında müvəqqəti atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Hazırda atəşkəs konsepsiyası müzakirə edilmir. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır”.
Azərbaycan ordusunun sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı Rusiya sülhməramlılarının mövcudluğunu davam etdirməsi müzakirələrə səbəb olub. Vladimir Putinin də dediyi kimi, sülhməramlıların funksiyası Qarabağda atəşkəsi təmin etmək idi. Ermənistan ordusunun qalıqları antiterror tədbirlərindən sonra Azərbaycanı tərk etdiyi üçün artıq sülhməramlıların yerinə yetirəcəyi funsksiya qalmayıb. Sentyabrın 19-dan bu yana Qarabağda Rusiya sülhməramlılarına məxsus bir çox post ləğv edilib. Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda yaradılan təsisatlardan biri də Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzidir. Ağdam şəhərində yerləşən bu mərkəzin noyabrın 11-də Rusiya və Türkiyə Müdafiə Nazirlikləri arasında imzalanan razılaşma əsasında yaradılıb. Həm Rusiya sülhməramlı kontingentinin, həm də Birgə Monitorinq Mərkəzinin bundan sonrakı fəaliyyəti maraq doğurur. Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyənin keçmiş səfiri Hulusi Kılıç bildirib ki, monitorinq mərkəzinin gələcəyi Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müzakirə olunacaq. "19 sentyabrda baş tutan antiterror tədbirlərinin həyata keçirilməsindən sonra hər kəsin ağlında bir sual var. Bu da Rusiya sülhməramlılarının və Ağdamda yerlən Türkiyə-Rusiya monitorinq mərkəzinin bundan sonra fəaliyyətinin nə olması ilə bağlıdır. Çünki bölgədə təhlükə yaradacaq ünsür artıq ortadan qaldırılıb. 2020-ci ilin noyabr ayında Türkiyə və Rusiya müdafiə nazirlərinin qərarı ilə Ağdamda monitorinq mərkəzi yaradıldı. Bu monitorinq mərkəzi öz fəaliyyətini layiqincə yerinə yetirib. Təbii ki, monitorinq mərkəzinin gələcəyinə Azərbaycan, Türkiyə və Rusiya qərar verəcək. Ermənilərin əraziləri tam tərk etməsindən 1 ay keçib. İlk olaraq bölgədə təhlükəsizliyin bərqərar edilməsi lazımdıe", - deyə keçmiş səfir vurğulayıb. H.Kılıç qeyd edib ki, ruslar yaxın gələcəkdə Qarabağı tərk edəcək: "44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir qarşıdurma olmaması üçün Rusiya Federasiyası sülhməramlılarını Qarabağ ərazisinə göndərdi. Həmin ruslar zaman-zaman ermənilərə yaxın olduqlarını göstərən addımlar atsa da, ümumi olaraq vəzifələrini icra etdiklərini düşüncəsindəyik. 19 sentyabrda keçirilən antiterror tədbirlərindən sonra bölgədə təhlükə tamamilə aradan qalxmış oldu. Rus sülhməramlılarının 30-a yaxın postu qapandı, çünki buna ehtiyac qalmayıb. Azərbaycan hər dəfə orada yaşayan erməniləri vətəndaş kimi gördüyünü və istəyənlərin vətəndaşlığı qəbul edib, yaşaya biləcəklərini bəyan etdi. Bu çox normal bir açıqlama idi. Çünki Qarabağ Azərbaycan torpağıdır və orada yaşayanlar da Azərbaycan vətəndaşı olmalıdır. Düşünürəm ki, ruslar bölgədəki vəziyyətə baxaraq, yaxın gələcəkdə buranı tərk edəcəklər. Onsuzda onların 2025-ci ilə qədər onların Qarabağda qalacağı ilə bağlı bəyantda maddə var idi. Lakin indi şərtlər dəyişib. Rusiya ən ağıllı addımı ataraq sülhməramlılar üçün xərc çəkməməlidir. Rusiya sülhməramlılarından Türkiyənin tələbi bunlar idi ki, adından da bəlli olduğu kimi sülhü qorusun, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını inteqrasiyaya hazırlayaraq missiyalarını axıra qədər yetirməsi idi. Yəni sülhməramlıların buradan çıxarılması ilə bağlı qərarı Rusiya özü verəcək". Keçmiş polkovnik Ünal Atabay isə düşünür ki, ilk olaraq Rusiya sülhməramlıları bölgəni tərk etməli, daha sonra isə monitorinq mərkəzinin fəaliyyəti dayandırılmalıdır. "Mərkəzin yaradılmasında məqsəd Qarabağ bölgəsində xidmət edən Rusiya sülhməramlılarının fəaliyyətini asanlaşdırmaq və burada silahlı erməni quldur dəstələri ilə erməni ordusunun leytenantları tərəfindən atəşkəs rejimini pozması barədə məlumat vermək olub. Lakin sentyabrın 19-dan sonra vəziyyət dəyişdi. Mən hesab edirəm ki, bu mərkəzin artıq effektiv rolu yoxdur. Ancaq hesab edirəm ki, hələ də Qarabağda olan Rusiya sülhməramlı qüvvələri bölgəni tərk etmədən bu mərkəzin öz vəzifəsini davam etdirməsi məqsədəuyğun olardı. Çünki hərbi rolu olmasa belə, ən azı Türkiyə-Azərbaycan münasibətləri baxımından Rusiyaya qarşı siyasi missiyada lazım gəldikdə körpü missiyası kimi istifadə oluna biləcəyi düşünülə bilər. Ən azı hələlik bu, Rusiya sülhməramlılarının bölgəni tərk etməsi ilə bağlı dialoqa şərait yarada bilər. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin əvvəlcə Qarabağı tərk etməsi təmin edilməlidir, sonra isə müşahidə mərkəzinin funksiyasına xitam verilə bilər". Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı da Rusiya sülhməramlılarına ehtiyac qalmadığını düşünür. "19 sentyabrda Azərbaycan həyata keçirdiyi antiterror əməliyyatları ilə Qarabağ münaqişəsinin tamamilə bitdiyini rəsmi olaraq elan etdi. Məhz buna görə də həmin ərazilərdə hərhansı sülhməramlı qüvvəyə ehtiyac qalmayıb. Rusiya öz sülhməramlılarını Qarabağdan çıxarmalıdır. Çünki rus sülhməramlıları deyilən bir qüvvə artıq Azərbaycanın nəzarət etdiyi torpaqlardadır. Qeyd etdiyim səbəblərə görə, Azərbaycanın torpağında xarici bir gücün olmasına gətək yoxdur. Azərbaycan müstəqil bir dövlətdir və Qarabağ məsələsi də öz həllini tapdıqdan sonra orada hərhansısa bir qüvvənin qalması mənasızdır. Lakin Rusiyanın Qarabağda qaldığı müddətdə Türkiyə əsgərlərinin də həmin ərazidə qalmağı lazımdır. Problem aradan qaldırılıb, buna görə də Rusiya çəkilmə qərarı qəbul etməlidir. Bundan sonra isə əgər Azərbaycan istəyərsə, Türkiyə orada qalar. Yəni Qətər, Somali, Liviyadakı kimi Qarabağda da Türkiyəyə baza verə bilər. Onsuzda bizim Şuşa bəyannaməsi ilə silahlı qüvvələr baxımında tək dövlət kimi hərəkət etmək hüququmuz var. Yəni Azərbaycanın müdafiəsini gücləndirmək üçün Türkiyə Silahlı qüvvələrinə baza verilməsi qeydolunan bəyannamənin təbii əksi ola bilər".
İsrail hərbçiləri artıq birbaşa Qəzza şəhərinin ərazisindədir və onu müxtəlif tərəfdən mühasirəyə alıblar. Bu barədə jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi məlumat verib. “Əsgərlərimiz artıq Qəzza şəhərindədir, onu bir neçə istiqamətdən mühasirəyə alıblar və mən irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşmış ərazidə döyüşmək məcburiyyətindəyik”, - deyə o bildirib. Mənbə: TASS
Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmara reaksiya verib. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq Baş Qərargah rəisi qeyd edib ki, mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki? “Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam”, - deyə o qeyd edib.
Erməni iş adamı və xeyriyyəçi, 2021-ci ildə koronavirusa qarşı peyvənd istehsal etməsi ilə məşhurlaşan “Moderna” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nubar Afeyan beynəlxalq oyunçuların “artsax”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın “Azərbaycan hakimiyyəti tərəfindən həbsinə qarşı çıxacaqlarına ümidvar olduğunu” bildirib. Sozcu.az xəbər verir ki, erməni milyarder bu haqda "CNN”-in aparıcısı Kristian Amanpoura müsahibəsində danışıb. Ruben Vardanyanla 23 il ərzində Ermənistanda onlarla humanitar və xeyriyyə layihələrində işlədiyini xatırladan Nubar Afeyan “Ruben əslində bütün ermənilərin simvoludur. Onların onu həbs edə bilmələri, bunu nümayiş etdirmələri və sonra ona ittiham irəli sürmələri əslində dünyada on milyon erməniyə psixoloji işgəncə vermək məqsədi daşıyan bir şeydir. Mən həqiqətən ümid edirəm ki, beynəlxalq güclər dayanmayacaq, çünki bütün bu cür işlər cəzasız olaraq bu cür ədalətsizliyi daha çox təşviq edir və düşünürəm ki, həqiqətən də buna qarşı çıxış etməliyik”,- deyə çərənləyib. Erməni iş adamı hayların kütləvi, amma könüllü şəkildə Qarabağdan köçməsini həyasızcasına “klassik etnik təmizləmə” adlandırmaqdan da çəkinməyib. moderator.az)
“20 ildir ki, mətbuatda sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı yazılar yazılır. Onun adı nəinki “Tərtər işi”, yaxud Sumqayıtdakı 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə, ümumilikdə çox böyük maxinasiyalarda, kadr işlərində və korrupsiyada hallanır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. O, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmadan söz açıb. “Bizim düşüncəmizə görə, o, çoxdan həbs edilməli idi. Lakin neçə ildir ki, onu qoruyanlar var. Şükürlər olsun ki, indi onun adı çəkilir, adı hallanır. Onsuz da ordudakı satınalma ilə bağlı 143 milyonluq yeyintidə də onun adı hallanmışdı. Mən onun haqqında yayılan xəbəri gördüm. İnşallah, o cəzasını alar”, - əlavə edib. Jurnalistə görə, məhkəmə qərarı olmadan N.Sadıkova cinayətkar deyə bilmərik: “Lakin daxil olan məlumatlar və şikayətlər əsasında deyə bilərik ki, onun çox böyük korrupsiya və cinayət hadisələrində adı hallanır. Xüsusilə də Zakir Həsənov müdafiə naziri olandan sonra Nəcməddin Sadıkov geniş səlahiyyətlər əldə etdi. Amma Nəcməddin Sadıkovun keçmiş müdafiə naziri Səfər Əbiyevin dövründə də ordunun içərisindəki kadr məsələlərində maxinasiyaları olub. Doğrudur, Səfər Əbiyev bunun əl-ayağını yığmışdı, intəhası, 1993-cü ilin Kəlbəcər hadisələrində, eləcə də torpaqlarımızın müdafiəsi zamanı və sonrakı proseslərdə bunun adı hallanır”. “Orduda olan adamlar bilir ki, Nəcməddin Sadıkov ordu quruculuğuna mane olan biri kimi bir çox hərbi cinayətlərin başında durub. Ümidvaram ki, o, Azərbaycanın ədalət məhkəməsində cavab verəcək. Necə ki bu gün Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və digərləri məhkəmə qarşısında durursa, Nəcmnəddin Sadıkov da tezliklə onlarla birlikdə hakim qarşısında duracaq. O da bir gün bütün etdikləri əməllərinə görə cavab verəcək”, – fikirlərini yekunlaşdırıb.
Siyasi opponentlərin övladlarının həbsi hiddət doğurur - Müsavatın bəyanatı Noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bununla əlaqədar Müsavat Partiyası bəyanat qəbul edib. Sənəddə deyilir: Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib. Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, bu, adi bir yol nəqliyyat hadisəsidir və onun baş verməsinin səbəbkarı Orxan Hacılı deyil. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb. Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür. Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir. Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır. Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir. Hakimiyyətin öz siyasi opponentlərindən, övladlarını həbs etmək yolu ilə təzyiq etməsi Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib. Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, hadisə, başqa sürücünün yol hərəkəti qaydasını pozduğu üçün baş verib. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb. Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan başqa bir şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür. Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir. Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır. Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir. Hakimiyyətin öz siyasi opponentlərinə övladlarını həbs etmək yolu ilə təzyiq etməsi xüsusilə hiddət doğurur və bu, durdurulmalıdır.
Qarabağın Qərvənd kəndindən Saleh qardaşları və dostları, Nəzərəli kəndindən Əşrəf və qayınları, Qarabağın Alpoyt kəndindən Qazanpapaq oğullarından Yunis, qardaşları və əmisi oğulları, dostları, eyni kənddən Sarıtel Aslan, oğlu və dostları, Garısudan Saday bəy bizimlə birləşdi, 300 nəfər idik. Onlar da dəstə halında yeni hökümətlə mübarizə aparıb şəhidlər verməklə yanaşı qızıl imperialistlərə də qan uddurmuşdular. Lakin bundan sonra yeni güc toplamağa imkan qalmamışdı. Ona görə toplanmışdıq ki, son meydan savaşında onlara yenidən dərs verib İrana keçək. Qarabağın məşhur Vəzirov ormanında Göyüş adlı bir kommunistin əsgərləri və milislərilə üz-üzə dayanmışdıq. Sabahı gözləyirdik. Səhər tezdən ölüm-dirim mübarizəsi başladı. Elə ilk həmlədə də Göyüşü vurduq. Göyüş Azərbaycanın ən məşhur qaçaqlarından biri Qaçaq Qəmbərin də qatiliydi. Beləcə onun da intiqamını aldıq. Mücadiləmiz bitdikdə arayıb onun cəsədini tapdım. Cibindən öldürdüyü insanların siyahısı çıxdı. Qaçaqlara onun meyidi üzərinə quru odun toplamalarını tapşırdım və hazır olduqda əllərimlə od vurdum. Onun yanmasını xeyli seyr etdim. Ərzağımız tükənmişdi, Kür kənarındakı Qılıclı kəndinə bir nəfər göndərdik. O kəndə girəndə bir neçə kişiylə rastlaşır. Bu kişilər çayın o biri sahilinə keçirmişlər. Onlar üzbəüz gəldikdə - dur, deyə bizimkiləri saxlayırlar. Bu zaman həmin adamlardan biri – Oğlan məni tanımadınmı, mən dünyanı titrədən Hüsnü Qocayevəm – deyir. Qarabağın Alpout kəndindən Qazanpapaq oğullarından Səməd – səni çox yaxşı tanıyıram deyib, güllələri onun ağzına sıxır. Yanındakıları da öldürüb geri dönürlər. Onların tez qayıtması bizi şübhələndirdi. Bunun səbəbini soruşduqda kəndin kənarındakı hadisəni bizə danışdılar. Biz yerimizi dəyişib başqa kəndlərdən ərzaq toplaya bildik. Bu son çarpışmalarımız zamanı, məni Parisdən gələn iki kişi axtardığını eşitdim. Öyrəndim ki, biri erməni, digəri gürcüdü. Xaricdəki istiqlalçılar tərəfindən göndərilmişdilər. Onları sağ-salamat Bakıya yola saldım. Artıq elə bir gün olmurdu ki, davasız ötüşə bilək. Nəfəs almağa belə vaxtımız yox idi. Ona görə də tam gücümüzü ortaya qoymuşduq. Canlarından bezmiş rus zabitləri Moskvadan Sibir alayları göndərməyi xahiş edirdlər. Artıq müdafiə olunmaq yox, yalnız hücum edib şər qüvvələrdən daha çox öldürməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimiz vətənimizi tərk etmək olduğu üçün daha çox bolşevik öldürməyi qənimət sayırdıq. Yenidən Vəzirov ormanına gəldik. Kür çayı daşmış, ətrafı su basmışdı. Orada şiddətli döyüşlər başladı və Sarıtel Aslanın cavan oğlu şəhid oldu. Biz düşmən qüvvələrindən də xeyli öldürmüşdük. Bu döyüşlərdə vəhşi bir kommunist olan Əsədi də məhv etdik. Bir müddət sonra Sibirdən ordu birləşmələri də gəldilər. Biz bundan bir az gec xəbər tuta bildik. Bolşeviklər yanımza səliqəli bir adam göndərdilər. Onun məqsədi Samuxlu Arıqlı çopur Məmmədqasımın burda olub-olmamasını öyrənmək imiş. Həmin adamı Garıslı Saday bəylə görüşəndə Saday bəy ondan – Nə üçün gəldin – soruşduqda, o deyir – Məni bura Sibirdən gələn ordunun generalı göndərib. Deyib ki, Məmmədqasımın sizin yanınızda olub-olmadığını dəqiqləşdirim. Saday bəy məni göstərərək qarşınızda dayanan Məmmədqasımdı, yanındakılarda qaçaqlarıdı. Mənidəki, tanıyırsan – deyə cavab verir. Bu adam geri qayındanda Saday bəyin qaynı Musa onu vurdu. Mən – Musa, deyə qışqırdım. Nə üçün onu vurduğunu soruşdum. Dedim ki, axı bu adamı zorla göndəriblər. Üstəlik bu yazıq onların qüvvələri barədə bizə dolğun məlumat verdi. Sonra fikirləşdim ki, bu olaylar, ölüm-dirim mübarizəsi insanların düşüncələrini pozur və onlar yerli-yersiz intiqam hissiylə alovlanırlar. Muğan çölünün istisi, sivri tək uzanmış qamışlıqları həmişə olub. Orada ilan əlindən tərpənmək də mümkün deyildi. Deyilənə görə Böyük İsgəndər də Əhəmənilərə hücumu ordan başlamış, lakin ilanların ucbatından sonra istiqaməti dəyişmişdir. Yer üzünün cəhənnəmi olan bu ucsuz-bucaqsız səhralarda üç ay dolaşdıq. Bu yazdıqlarım sizə əfsanə gəlməsin. Hər şey həqiqətdi. Bu günləri mən yaşayıb görmüşəm. *** Araz çayında keçid olmadığı üçün İrana keçə bilmirdik. Keçid yerlərini rus əsgərləri tutmuşdu. Suların azalmasını gözləyirdik. Axşamlar düşəndə təhlükəli yerlərə qarovulçular düzüb, gecə üç-dörd dəfə yoxlayırdım. Daha heç kimə ümidim qalmamışdı. Mən səhərə yaxın özüm də növbətçi oldum və durbini əlimə alıb ətrafı seyr etməyə başladım və Ovçu yolu deyilən əraziylə Sibirdən gətirilmiş rus kazaklarının bizə doğru gəldiyini gördüm. Bütün qaçaqları oyatdım və vəziyyəti anlatdım. İrəliləyən əsgərlərin qarşısında əlverişli mövqe tutmaq üçün hazırlaşdıq. Yarım ay şəklində səngərlərə dolduq. Elə vəziyyət yarandı ki, gələn qüvvələr bizim pusqumuza düşdü. Onlar özlərini qurtarmaq üçün can atır, biz isə müdafiə olunduğumuza görə onları bir-birinin ardınca yerə sərirdik. Bu vuruşmada Alpoutlu Yunis bəyin qardaşı Nəbini vurdular. Bir neçə qaçaq da yaralandı. Fəqət həmin ərazi düşmən cəsədləri ilə doluydu. Qaranlıq düşənədək döyüşdük. Onlar tam hazırlıqlı olduğundan qaranlıqda projektorları bizə tərəf çevirdilər. Sanki gündüz idi, hər yeri görmək olurdu. Biz səngərlərə dolub başımızı çıxarmağa ehtiyat edirdik. Ardıcıl olaraq biz tərəfə bomba atmağa başladılar. Biz də səngərlərdə boş-bekar dayanmırdıq. Yaralıları isə tez arxaya aparırdıq. Bu on ildə topladığımız cəsarət və allahın bizi qoruması nəticəsində qorxu nə olduğunu bilmirdik. Qaçaq dəstəsinin rəisi olduğum üçün tez-tez səngərləri yoxlayırdım. Bütün qaçaq dəstələrinin rəislərinə bir addım da çıxmamağı əmr etdim. Bu kafirləri yalnız bu yolla məhv etmək mümkün idi. Qaçaq dəstələrinin rəisləri də mənim tövsiyyələrimə qulaq asırdılar. Artıq qaçaqlar canavara dönmüşdülər. Vuruşduğumuz yetmir kimi Saday bəylə yeni planlar cızırdıq. Bu dəfəki mübarizəmiz çətin olacaqdı. Onları geri qaytarmaq çətinləşmişdi. Biz, iki qrupa ayrıldıq. Mən qaçaqların bir hissəsiylə düşmən qarşısına çıxmalı, digər qrupdakılar isə düşmənə arxadan zərbə vurmalıydı. Rusların bizim planımızdan xəbəri yox idi. Döyüş zamanı mənim dəstəm onlarla üz-üzə gəldi. Əlimizdəki silahlar düşmənin üzərinə od yağdırırdı. İki atəş arasında qalan düşmən qüvvələri çaş-baş qaldılar. Nə edəcəklərini bilmirdilər. Onların hamısını öldürdük. İsti hava, ağcaqanadlar da bir yandan düşmən qüvvələrini əldən salırdı. Onlar : - Biz Azərbaycan partizanları ilə mübarizə apara bilmərik – deyərək öz generallarını da öldürdülər və tamamilə geri çəkildilər. Bizim isə hələ burada qalmağımız vacib idi. Qamışlıqların arasında dincəlirdik. *** 1932-ci ilin 25 avqustu idi. Bolşevik qoşunları tamam çəkilmişdi. Bir az dincələ bildik. Fəqət biz bilirdik ki, arxadan yeni qüvvələr gələcək. Buna şübhəmiz yox idi. Qaçaqların saç-saqqalı bir-birinə qarışmışdı. Mən bir kişini Araz çayına baxmağa göndərdim, o bir azdan qayıdıb Arazı keçmək olar deyə xəbər gətirdi. O yerdə toxumluq heyvanlar yetişdirən dövlət fermaları vardı. Ora hücum edib yıxıb uçurduq. Sonra dəmir yolundaki vağzala da hücum çəkdik. Günəş batanda isə Araz çayını keçib atla səhərə qədər xeyli yol getdik. Gün işıqlaşdığı zaman Çaxırlı kanalı yanındakı körpünü 8 nəfərlə nəzarətə götürdük. Rusların pusqusuna düşməmək üçün sakitcə keçməyimiz məsləhət idi. Sonra o birisi qaçaqlar da gəldilər. Ertəsi gün İrana keçdik. İranda varid olduğumuz qəsəbə rus postlarına yaxın idi. Artıq cənnət vətənimizdən ayrılmışdıq. Bir qurban kəsib ətini kasıb-küsuba payladıq və on iki illik mübarizəmizə son qoymalı olduq. Allah bizləri qorumuşdu. O məlunların əlində öldürməmişdi. Niyə ana yurdumuz bizə cəhənnəm olmuşdu ? Nədən vətənimizdə ailəmiz, uşaqlarımız insan kimi yaşaya bilmədi ? Tanrının bizə bu qədər güc verməsi, vətənimizi, dinimizi o kafirlərin əlindən qurtarmaq idisə bunu sona çatdıra bilmədik. Özümüz də bu mübarizənin qurbanı olduq. Son !!! Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
“Müəyyən müddətdən bir, yəni fasilə ilə belə olsa, hansısa həkim gəlib atam Oqtay Gülalıyevi müayinə etmir. Yalnız tibb bacıları hər gün səhər saat 09:00-dan 18:00-dək gəlib atamla məşğul olurlar. Təbii ki, atama müəyyən vaxtlarda həkim nəzarəti, onu müayinə etmək lazımdır”. Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib. “Həmçinin atam üçün gecə növbəsində tibb bacılarının təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciətimiz olmuşdu. Ancaq Səhiyyə Nazirliyindən hələ də tutarlı cavab almamışıq. Bildiyiniz kimi, sonuncu dəfə M.Topçubaşov adına xəstəxanada həkim səhlənkarlığı ucbatından atama infeksiya salınmışdı. Həmin həkimlə bağlı tədbir görülüb-görülmədiyi barədə də bizə hansısa məlumat daxil olmayıb. Görülsəydi, Oqtay Gülalıyevin ailəsi olaraq məlumatımız olardı”, - T.Gülalıyev deyib.