Türkiyənin Tunceli vilayətində polis əməkdaşlarının atəş poliqonunda təlim zamanı 1 polis əməkdaşı həlak olub. Hadisə atış prosesində baş verən səhlənkarlıq uzbatından meydana gəlib.
Sozcu.az xəbər verir ki, ölən polis Can Yiğit torpağa tapşırılıb. Faktla bağlı araşdırma başlanıb.
Hadisəyə tapança silahında baş verən tutulmanın səbəb olduğu deyilir. Polis əməkdaşı nasazlığı aradan qaldırarkən yanlışlıqla özünü vurub.