Separatçı Samvel Şahramanyan Ermənistanın keçmiş prezidenti, əli Xocalı sakinlərinin qanına bulaşmış Serj Sarkisyanla görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Görüşün təfərrüatları barədə dəqiq məlumat verilmir. Bildirilir ki, təşəbbüs Serj Sarkisyandan gəlib. Görüş İrəvandakı “Mariott” Holetində keçirilib.
Qapalı görüş təkbətək olub. Qəzetin ehtimalına görə, görüşün əsas müzakirə mövzusu Ermənistanda hakimiyyətin dəyişməsi məsələsi olub. Eləcə də Rusiyanın Cənubi Qafqazda sıxışdırlması siyasətinə etiraz olaraq Paşinyana güclü müqavimət yaratmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Qarabağ ermənilərinin Ermənistanda məskunlaşması problemləri də şərh olunub.
Məsələ burasındadır ki, Serj Sarkisyan Samvel Şahramanyanı şəxsən tanısa da, münasibətləri elə də isti deyil. Ermənistanın 3-cü prezidenti Bako Saakyanla daha yaxın olub.