İsrailin Qəzza zolağına məhdud reydləri genişmiqyaslı quru əməliyyatına çevrilir.
Sozcu.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinin jurnalisti Lavdey Morris deyib.
Onun sözlərinə görə, İsrailin Qəzzadakı quru hücumu haqqında məlumat məhduddur və jurnalistlər ora daxil ola bilmirlər:
“Bununla belə, sakinlər, ekspertlər və İsrail əsgərləri ilə müsahibələr, eləcə də döyüş meydanından çəkilmiş videogörüntülər və peyk görüntüləri bir neçə cəbhədə qanlı əməliyyatın şiddətləndiyini göstərir”.
Morrisin sözlərinə görə, İsrail bölmələrinin bir hissəsi anklavı iki yerə bölməklə şimal və cənubu ayırır, digəri isə şərqdən və şimal-qərbdən HƏMAS-ın qalasına doğru irəliləyir.
Jurnalist bildirib ki, İsrailin kiçik hərbi reydləri mülki əhali üçün yeni təhlükələr yaradaraq, yerini genişmiqyaslı quru əməliyyatına verir.
İsrail ordusunun hərbçilərindən biri ona verdiyi açıqlamasında deyib ki, artıq mülki əhaliyə zərər vermək qorxusu arxa plana keçib:
“Əvvəllər biz elə hərəkət etməyə çalışırdıq ki, mümkün qədər az mülki insana təsir edək, amma indi bu, müharibədir”.
İsrail kəşfiyyatının keçmiş əməkdaşı Avi Melda da hazırda Qəzzada əsl irimiqyaslı quru əməliyyatının getdiyini deyib.