İranın 80 yazıçı, ziyalı, tanınmış mədəni və siyasi xadimi ölkənin dini lideri Əli Xameneiyə açıq məktub yazaraq, onun yanlış siyasəti il bağlı xəbərdarlıq ediblər.
Sozcu.az xəbər verir ki, bu barədə məktub müəllifləri sosial media hesablarında paylaşım ediblər.
Məktubda Əli Xameneinin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı siyasəti tənqid olunub.
İlahə Əmirintizam, Rza Əlixani və Əbdüləli Bazərqan kimi məşhurların imzaladığı məktubda Əli Xamenei “macəraçı” adlandırılıb.
Onlar ölkə rəhbərindən macəraçı, düşünülməmiş və qeyri-milli mövqeyinə son qoymasını, ölkəni İsrail-HƏMAS müharibəsinə sövq etməməsini tələb ediblər.