Erməni iş adamı və xeyriyyəçi, 2021-ci ildə koronavirusa qarşı peyvənd istehsal etməsi ilə məşhurlaşan “Moderna” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nubar Afeyan beynəlxalq oyunçuların “artsax”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın “Azərbaycan hakimiyyəti tərəfindən həbsinə qarşı çıxacaqlarına ümidvar olduğunu” bildirib.
Sozcu.az xəbər verir ki, erməni milyarder bu haqda "CNN”-in aparıcısı Kristian Amanpoura müsahibəsində danışıb.
Ruben Vardanyanla 23 il ərzində Ermənistanda onlarla humanitar və xeyriyyə layihələrində işlədiyini xatırladan Nubar Afeyan “Ruben əslində bütün ermənilərin simvoludur. Onların onu həbs edə bilmələri, bunu nümayiş etdirmələri və sonra ona ittiham irəli sürmələri əslində dünyada on milyon erməniyə psixoloji işgəncə vermək məqsədi daşıyan bir şeydir. Mən həqiqətən ümid edirəm ki, beynəlxalq güclər dayanmayacaq, çünki bütün bu cür işlər cəzasız olaraq bu cür ədalətsizliyi daha çox təşviq edir və düşünürəm ki, həqiqətən də buna qarşı çıxış etməliyik”,- deyə çərənləyib.
Erməni iş adamı hayların kütləvi, amma könüllü şəkildə Qarabağdan köçməsini həyasızcasına “klassik etnik təmizləmə” adlandırmaqdan da çəkinməyib. moderator.az)