Ukrayna Rusiya donanmasını məhv edir - Britaniya

Ukrayna son 4 ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-ni məhv edilib. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukrayna ordusunun Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisini vurması haqda X sosial şəbəkəsində yazıb. “Dekabrın 26-na keçən gecə Ukrayna ordusunun ilhaq edilmiş Krımda Rusiya hərbi gəmisinə hücumu göstərir ki, Ukraynada müharibənin dalana dirəndiyinə inananlar yanılırlar”, - o qeyd edib. O bildirib ki, bu iddianı səsləndirənlər son dörd ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-nin məhv edildiyini görmürlər: “Rusiyanın Qara dənizdəki hökmranlığı indi sual altındadır və Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz İmkanları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək edir”

Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi

Ukrayna Hərbi Hava Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə hücumdan sonra iki Rusiya gəmisi Krımın Feodosiya buxtasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, gəmilər “Novoçerkassk” vurulduqdan bir neçə saat sonra ərazini tərk edib. Qeyd edilib ki, duman və böyük məsafə səbəbindən gəmiləri müəyyən etmək mümkün olmayıb. Ehtimal edilir ki, bunlar Rusiya Qara dəniz Donanmasının bir döyüş gəmisi və bir hərbi kateri olub.

Ukraynanın vurduğu nəhəng “Novoçerkassk” - Foto

Xəbər verdiyimiz kimi, bu gün Krımdakı Feodosiya limanında Rusiya Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, gəmi 1987-ci ildə Polşanın Qdansk şəhərində inşa olunub və həmin ilin 30 noyabrında istismara verilib. Gəmi desant çıxarmaları və dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub. Müxtəlif növ zirehli texnikaları, o cümlədən tankları daşımaq qabiliyyətinə malikdir. “Novoçerkassk”ın uzunluğu 112.5 metr, eni isə 15 metrdir. Gəminin ağırlığı adi vəziyyətdə 3450 ton, yüklə birlikdə isə 4080 tona çatır. Gəminin heyəti 87 nəfərdən ibarətdir. “Novoçerkassk” iki ədəd 57 mm-lik 2 lüləli AK-725 pulemyotu, iki ədəd 20 lüləli 122 mm-lik “Qrad” reaktiv yaylım atəş sistemi və “Strela” zenith-raket kompleksi ilə silahlanıb. Qeyd edək ki, 2022-ci ilin martın 24-də Berdyansk limanında da gəmiyə hücum olunmuşdu. Həmin vaxt gəminin 3 heyət üzvü ölmüşdü.

Köngərlidə dəhşətli cinayət - 17 yaşlı qızı...

Bu il iyunun 18-də Kəngərli rayonunun Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib. İstintaqla 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun həmkəndlisi Aysun İbrahimovanın yaşadığı fərdi yaşayış evində tək olmasından istifadə edərək zorla evə daxil olub ona qarşı qanunsuz hərəkətlər etməsinə, bundan sonra isə sonuncunu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və digər maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) antiterror əməliyyatı nəticəsində PKK qruplaşmasının İraqın Süleymaniyyə bölgəsi üzrə “məsul şəxsi” sayılan Mehmet Şefa Akman məhv edilib. Məlumatı MİT yayıb. Bildirilib ki, o, Türkiyəyə qarşı yeni silahlı terror hücumu hazırlayırmış. Məlumata görə, “Bahoz Zagros” kod adlı M.Ş.Akman 2005-ci ildə PKK qruplaşmasına qatılıb. O, İraqın şimalında 18 il fəaliyyət göstərib. M.Ş.Akman terror qruplaşmasının “özünü müdafiə birlikləri”nin Süleymaniyyənin şimalı üzrə “başçısı” olub.

Prezident gələn ilin büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. Sozcu.az xəbər verir ki, qərar prezidentin rəsmi saytında dərc olunub. Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib.

Qətlə yetirilən hansı tanınmış vəkilin qardaşıdır?

Xəbər verdiyimiz kimi, tanınmış vəkilin qardaşını tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən keçmiş məhkum Rəsul Ağazadənin məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, qətlə yetirilən şəxs vəkil, 2020-ci ildə keçirilən parlament seçkilərində namizəd kimi iştirak edən Vasif İsrafilovun qardaşıdır. V.İsrafilov 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub, iki ali təhsili var, 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib. 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.

Ukrayna Rusiyanın desant gəmisini məhv etdi

Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Teleqramda bildirib. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb. Xatırladaq ki, 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalmışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırmışdı.

Bakıda QANDONDURAN QƏTL: kişini girov götürüb amansız işgəncələrlə öldürdülər

2019-cu il iyunun 7-də Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları Qaraçuxur qəsəbəsində “Mersedes 190” markalı avtomobilin arxa oturacağnda üzərində çoxsaylı xəsarətlərlə 33 yaşlı Ədalət Əliyevin meyitini aşkar ediblər. Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İyunun 9-da Azər Mustafayev, Emin Cəfərzadə, Anar Ağabalayev, ayın 10-da Tərlan Məmmədov, ayın 11-də Rinad İsmayılov və 20-də şübhəli şəxs qismində Əyyub Cabbarov tutulublar. Sozcu.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, Anar Ağabalayev tanışları Emin Cəfərzadə və Azər Mustafayevlə birlikdə iyunun 6-ı saat 17 radələrində Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 6 nömrəli binanın arxasında yerləşən kafedə narkotik vasitə istifadə etmək qərarına gəliblər. Ədalət Əliyevdə narkotik maddə olduğunu düşündüklərindən Azər Mustafayev ona, Emin Cəfərzadə isə ümumi tanışları olan Rinad İsmayılova zəng vurub. Kafeyə tanışı Musa Soltanovla gələn Ədalət Əliyev üzərində “metamfetamin” olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib. Buna baxmayaraq, Ədalət Əliyevdə 1 kiloqram “metamfetamin” olduğunu bildirməklə, bunu onlara verməsini tələb ediblər. Həmin ərəfədə kafeyə onların dəvəti ilə tanışları Əyyub Cabbarov və Tərlan Məmmədov da gəliblər. Üzünə yumruqla zərbələr vuraraq, Ədalət Əliyevin üzərində olan 11 manat pulu və arvadı Vüsalə Paşayevaya məxsus bank kartını ələ keçiriblər. Aralarındakı razılığa əsasən onları oğurlayıb, Anar Ağabalayevin yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova küçəsi, 68 ünvanına aparıb, orada saxlamağı qərarlaşdırıblar. Ədalət Əliyevi özünə məxsus “Mersedes 190” markalı (10-LK-473) avtomobilin arxa oturacağına əyləşdiriblər. Azər Mustafayev qabaq oturacaqda oturaraq, Musa Soltanova sükan arxasına keçməsini bildirib. Emin Cəfərzadə və Əyyub Cabbarov Tərlan Məmmədovun idarə etdiyi digər “Mersedes” markalı (90 MN 961) avtomobillə onların arxasınca hərəkətə edib. Buzovna qəsəbəsində yerləşən evə çatandan sonra girovlardan külli miqdarda narkotik vasitəni gizlətdiyi yeri demələrini tələb ediblər. Ədalət Əliyev onda narkotik maddə, Musa Soltanov isə bu barədə ümumiyyətlə məlumatının olmamasını bildirmələrinə baxmayaraq Anar Ağabalayev, Azər Mustafayev və Emin Cəfərzadə axşam saat 21 radələrindən başlayaraq iyunun 7-i səhər saat 4-ə qədər, ağrı və iztirab verdiklərini dərk edərək, Ədalət Əliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və kəmərlə zərbələr endiriblər. Azər Mustafayev Tərlan Məmmədovun tapıb gətirdiyi məftili elektrik xəttinə qoşub, topuq nahiyyəsinə toxundurmaqla, Emin Cəfərzadə isə bıçağı alışqanla qızdırıb, ayağının alt hissəsinə basmaqla, müstəsna dərəcədə rəhmsizliklə Ədalət Əliyevi qəsdən öldürüblər. Eyni zamanda, Musa Soltanova yumruq və təpiklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə, onu qanunsuz azadlığdan məhrum ediblər. İş üzrə dindirilmiş Azər Mustafayev bildirib ki, 2001-ci ildən narkotik vasitələr qəbul edir. Əvvəllər Sumqayıt şəhərində yaşayıb, sonradan isə Bakıya, Yeni Günəşli qəsəbəsinə köçüb: “İyunun 6-da günorta tanışım Emin Cəfərzadə ilə qəsəbədə fəaliyyət göstərən “Araz” kafesinə gedib, pivə sifariş verdik. Bundan əvvəl hər ikimiz narkotik maddə qəbul etmişdik. Orda olanda tanışıma zəng edib, “metamfetamin” tapmağda köməklik etməsini xahiş etdikdə, o, Ədalət Əliyevin nömrəsini verdi. Dedi ki, tanışlıq verim və ondan narkotik maddə alım. Ədalətə zəng edib, Yeni Günəşliyə gəlməsini, “metamfetamin” gətirməsini və 25 manat pulumuzun olduğunu dedim. Emin mənim mobil telefonumdan tanışı Rinad İsmayılova zəng edib, kafeyə çağırdı. Bir müddətdən sonra Ədalət və Musa adlı şəxslər kabinetə daxil oldular. Narkotik vasitəni istəyəndə, Ədalət “pulunuzu verin, gedim maşından gətirim” dedi. Bu söz bizə pis təsir etdi, çünki hiss etdik ki, narkotik Ədalətin üstündədir və o, yalan danışır. Aramızda narazılıq yarandı. Narkotik vasitələr satmaqla, camaatı zəhərlədiyini bildirəndə, Ədalət yaxşı edib satdığını dedi. Bu ərəfədə Emin Anar adlı tanışına zəng edib, onu da kafeyə dəvət etdi. Anar gələndən sonra, aramızda olan söhbət qızışıb mübahisəyə çevrildi. Anar, ardınca mənimlə Emin də Ədalətin üzünə sillə, habelə yumruqla zərbələr vurduq. Həmin şəxsin burnundan qan axırdı, gözünün altı göyərmişdi. Kafedə çox səs-küy yaranmaması üçün, həm də Rinadın ad günü olduğundan dənizə getməyi qərarlaşdırdıq. Bizim tələbimizlə Ədalət, cibindən bank kartını çıxardıb, masanın üzərinə qoydu. Daha sonra kafedən çıxdıq. Ədalətin üzü şişdiyi üçün, öz eynəyimi ona verdim”. Ədalətin avtomobilini Musa idarə edib, o, arxada, Rinad isə qabaqda əyləşib. Tərlan, Emin, Əyyub və Ədalət Anarın maşınına oturublar. Buzovna istiqamətində hərəkət ediblər. Yolda olarkən Musadan avtomobili saxlamağını tələb ediblər. Rinadla birlikdə narkotik tapmaq üçün maşını axtarsalar da, heç nə tapmayıblar: “Mərdəkanı keçəndən sonra, yolun sağında yerləşən məhəlləyə daxil olduq və binanın qarşısında təxminən 2 saata yaxın dayandıq. Hava artıq qaralmışdı. Sonra yenə yola çıxdıq. Bir az getdikdən sonra Rinad maşını saxlatdırdı. Bu vaxt Emin və Tərlan bizim avtomobilə yaxınlaşdılar. Emin Musanı sükandan düşürdüb, arxada otuzdurdu. Nəqliyyat vasitəsini Tərlan idarə etməyə başladı. Yolda Emin Musanın başını aşağı salıb, gözlərini yummağını tələb etdi. 5-6 dəqiqədən sonra Tərlan avtomobili saxladı və Anara məxsus həyət evinə daxil olduq. Masa arxasında əyləşib, yeyib-içdik. Musa ilə Tərlandan başqa, hamı araq içdi. Ədalətdən nəyə görə yalan danışdığını, narkotik maddənin yerini niyə gizlətdiyini soruşduq. Emin belindəki kəməri çıxarıb, onu vurmağa başladı. Ədalətin hər iki gözünün altı şişib rəngi qaralmışdı. Ədalət Anarla Eminə dedi ki, guya həyətində 1 kq “metamfetamin” var və canını qurtarmaq üçün, onu onlara verəcək. Ədalətin dostu Musa qorxduğundan sakit dayanıb müdaxilə etmədi. Daha sonra Ədalət huşunu itirdi. Ağzından və burnundan qan gəldi. Rinadla birlikdə, Ədaləti sürüyüb, hamama apardıq. Əl-üzünü yusaq da, o, ayılmadı, halı daha da pisləşdi. Sonra onun bədəninə tok vermək qərarına gəldik. Tərlanın gətirdiyi naqili elektrik xəttinə qoşub, 3-4 dəfə ayaqlarına toxundurub, çəkdik. Lakin Ədalət özünə gəlmədi. Bundan sonra növbə ilə yatıb, dincəldik. Səhər oyananda, Ədalətin nəbzinin çox zəif vurduğunu gördük. Süni nəfəs verib, sinəsini masaj etdik. Qorxduğumuzdan onu həkimə aparmaq qərarına gəldik. Ədaləti Anarın gətirdiyi odeyala büküb, maşının arxa oturacağına uzatdıq. Musa sükan arxasına keçdi, Azər yanımda əyləşdi. Anar bizə “Ədaləti aparıb, Təcili Yardıma təhvil verməyimizi” tapşırdı. 3 saylı xəstəxananın yanından keçəndə, Musaya acıqlandım ki, nəyə görə maşını xəstəxanaya sürmür. Musa qorxduğunu söyləyəndə, ona Qaraçuxur qəsəbəsindəki poliklinikaya sürməsini tapşırdım”. Poliklinikanın yaxınlığında, ara küçədə avtomobili saxlamasını və Musaya həkim çağırmasını deyib, ordan uzaqlaşıb: “Emin zəng edəndə, ona yalandan Ədaləti həkimə apardığımızı dedim. Tanışım, Anar, Əyyub və Rinadla Yeni Suraxanıda, kafedə Rinadın ad gününü qeyd etdiklərini deyərək, məni də ora çağırdı. Kafeyə gedib, tanışlarıma Ədaləti xəstəxanaya aparmadığımızı və küçədə, avtomobildə qoyduğumuzu dedim. Rinad Eminlə Anara, onu və digər uşaqları işə saldığımızı, bizim ucbatımızdan həbsxanaya düşəcəklərini bildirdi. Bundan sonra kafedən çıxdıq. Səhərisi gün bildim ki, Ədalətin meyiti Qaraçuxur qəsəbəsində avtomobildə aşkar edilib. Ayın 9-da mən, sonra da Eminlə Anar 32-ci bölməyə gedərək, təslim olduq”. Zərərçəkmiş Musa Soltanov ifadəsində göstərib ki, Ədalət Əliyevi hadisədən 8 ay əvvəl taksi sürücüsü kimi tanıyıb və aralarında dostluq münasibəti yaranıb: “İyunun 6-ı saat 16 radələrində yanıma gələn Ədalət, avtomobilinin cərimə meydançasında olduğunu bildirməklə, birlikdə gedib onu götürməyi xahiş etdi. Yolda dostumun telefonuna zəng gəldi. Kiminləsə danışandan sonra Ədalət dedi ki, Azər adlı Sumqayıt sakininə 15 manat borcu var, həmin şəxs dostları ilə birlikdə Yeni Günəşlidə yerləşən kafedə oturub və onu, ora çağırıb. Kafeyə girəndə, 5-6 nəfərin əyləşdikləri masada oturduq. Azər üzərində narkotik maddə olub-olmamasını soruşanda, Ədalət olmadığını dedi. Belə olan halda Azər Ədalətə “necə ola bilər ki, narkotik alverçisisən, ancaq səndə mal yoxdur?” dedi. Cavab olaraq dostum narkotik satmadığını söylədi. Emin “bariqalıq” (alver) etdiyi müddətdə həbsxanalarda cəza çəkən dustaqlara yardım edib-etmədiyini soruşanda, Ədalət həbsxanalara heç nə göndərmədiyini dedi. Sonra Emin telefonla kiminləsə danışdı. 15-20 dəqiqədən sonra adlarını sonradan bildiyimiz Anar, Tərlan və “Malış” ləqəbli Əyyub içəri daxil oldular. Başlanan mübahisə zamanı, Anar Ədalətə sillə vurub dedi ki, söyüş söyməsin. Eminlə Anar Ədalətdən oturduqları masa üçün konkret nə qulluq edə biləcəyini soruşduqda, dostum içərisində 82 manat pul olan bankomat kartını onlara verdi. Mən, Azər və Emin Ədalətin maşını ilə kafedən 500 metr aralıda yerləşən ticarət mərkəzinə yollandıq. Bankomatda kartı yoxladıqda, onun işlək vəziyyətdə olmadığını bildik. Kafeyə qayıdanda, Ədalətin burnundan qan axdığını və gözünün altının göyərdiyini gördüm. Kartın işləmədiyni öyrənən Azər Ədalətə sillə vurdu. Dostumun və mənim telefonumu əlimizdən aldılar. Sonra Emin mənə “Ədalətin maşınını işə salıb, üzü yola saxla, biz də gəlirik” dedi. Nə baş verdiyini və hansı istiqamətdə gedəcəyimizi anlamadım. Azər yanımda, arxa oturacaqda Ədalət, sağımda Anar, solumda isə Rinat əyləşdilər. O biri şəxslər arxamızca digər avtomobillə gəldilər. Suraxanıda dəmiryolunu keçərək, Ramana, sonra isə Mərdəkan istiqamətində hərəkət etdilər. Buzovna qəsəbəsində bir həyət evinə daxil olduq. İçəri girən kimi Anar məndən oturmağımı tələb etdi. Ədalətin halsız vəziyyətdə olduğunu gördüm. Emin alışqanla bıçağı qızdırıb Ədalətin ayağının alt hissəsini yandırdı. Sonra Ədalətin əynindəki yaş paltarları çıxarıb bir torbaya yığdılar. Anar Ədalətdən narkotik maddənin harda olduğunu soruşdu, sonra isə boğazından əlləri ilə tutub, onu boğmağa başladı. Yumruqla 2–3 dəfə qabırğalarından zərbələr vurdu. Soyunmağını tələb etdikdə, o, köynəyini, şalvarını və corablarını çıxarıb ona verdi. Anar paltarlarını yoxlayıb, narkotik vasitə olmadığını gördü və əşyalarını özünə qaytardı. Səhərə yaxın Ədalətin vəziyyətinin daha da pisləşdiyini gördük. Ona süni nəfəs versək də, müsbət nəticə olmadı. Sonra Ədaləti maşının arxa oturacağına uzatdıq. Anar göstəriş verdi ki, onu Sabunçu xəstəxanasına aparaq. Azər yanımda əyləşdi. Maşını yüksək sürətlə idarə edirdim. Aeroport yolu ilə şəhərə doğru hərəkət edərkən, Azərdən nə edəcəyimizi soruşdum. Beləliklə də, gəlib Qaraçuxur qəsəbəsinə çatdıq və Ədaləti arxa oturacaqda qoyub avtomobildən düşdük. Yoldan keçən taksiyə əyləşdik. Azər Yeni Günəşlidə, kafenin yanında maşından düşdü, mən də “Gənclik” metrosunun yanına getdim. Anamın iş yerinə gedib, hadisə haqa ona məlumat verdim və həmin gün onunla birlikdə Ağsu rayonuna getdim. Rayonda baş verənləri atama danışdım. İyunun 12-də xəbər portallarının birindən Qaraçuxur qəsəbəsində “Mersedes” markalı avtomobilin sürücüsünü öldürən şəxslərin tutulmasını öyrəndim. Buna görə növbəti gün Ağsu rayon Polis Şöbəsinə gedərək, Bakıda baş vermiş hadisə barədə məlumat verdim”. Zərərçəkmiş şəxsin hüquqi varisi Ələkbər Əliyev ifadəsində göstərib ki, kiçik oğlu Ədalət Əliyev ailəsi ilə Hövsan qəsəbəsində yaşayıb, 3 övladı var. Bir günlük 15 manata icrayə avtomobil götürüb, taksi fəaliyyəti ilə məşğul olub: “Axırıncı dəfə onu iyunun 4-də görmüşəm. Ayın 7-də Samid adlı oğlum yaşadığı evə gələrək, ona “Ədalət maşınla hadisə törədib, gedək xəstəxanaya” dedi. Oğlumla xəstəxanaya gedəndə, zəng edən polis əməkdaşı, bizi 32-ci bölməyə çağırdı. Orda bildim ki, Ədalətin meyiti öz maşınında Qaraçuxur qəsəbəsində tapılıb. Oğlumun hansı səbəbə görə öldürüldüyünü bilmirəm. Onu qətlə yetirənlər tutulandan sonra polis əməkdaşları gəlib, yaşadığı evdə axtarış apardılar. Həyətdə müəyyən yerləri qazdılar, lakin narkotik vasitə tapmadılar. Tutulan şəxslərin sözlərinə görə, narkotik maddə istədikdə, guya Ədalət deyib ki, narkotik vasitələri evinin həyətində saxlayır. Güman edirəm ki, oğlum həmin şəxslərdən canını qurtarmaq üçün, yalandan belə bir söz deyib”. Şahid Seymur İskəndərov bildirib ki, Ədalət Əliyevin idarə etdiyi “Mersedes” markalı (10- LK-473) avtomobilin sahibidir: “Onu tanışıma icarəyə vermişdim. İyunun 6-da mənə zəng edən Azər adlı şəxs, Ədaləti tanıyıb-tanımadığımı soruşdu. Ədaləti tanıdığımı söyləyəndə, həmin oğlan ondan şikayət edəcəyini, tanışının narkotik maddə satdığını və bu səbəbdən nəqliyyat vasitəsini əlindən aldıqlarını dedi. Ədalətin sürdüyü maşının mənə məxsus olduğunu bildirəndə, Azər “narahat olmamasını və avtomobili qaytaracağını” söylədi. Ədalətə zəng edib, kimlərin maşını əlindən aldığını soruşanda, o “heç kəs, bir dəqiqə dayan” dedi və əlaqəni kəsdi. 2 saatdan sonra yenidən tanışıma zəng edəndə, artıq telefonu sönülü vəziyyətdə idi”. Şahid Nigar Həşimova ifadəsində göstərib ki, Musa Soltanovla 2015-ci ildə tanış olub: “Yaxın müasibətdə olduğum şəxs əvvəllər mühafizəçi işləyirdi, son vaxtlar isə heç yerdə işləməyib. İyunun 6-da bir neçə dəfə zəng etsəm də, ona məxsus nömrəyə zəng çatmadı. Səhəri gün saat 13 radələrində Musa zəng edib, “28 may” metrosunun yanında məni gözləməsini xahiş etdim. Bir müddətdən sonra gələn tanışım məndən 120 manat pul istədi. Şok vəziyyətində idi. Ondan heç nə soruşmamağımı söyləyərək, pulu aldı və taksiyə əyləşib getdi. Bir neçə gündən sonra məni 32-ci polis bölməsinə çağırdılar. İzahatımda heç nədən məlumatım olmadığımı göstərdim”. Məhkəmə iclasında Anar Ağabalayev, Azər Mustafayev, Emin Cəfərzadə, Rinad İsmayılov, Əyyub Cabbarov, Tərlan Məmmədov ittiham üzrə özlərini təqsirli bilməyiblər. Zərərçəkmiş şəxsin hüquqi varisi Ələkbər Əliyev təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib. Zərərçəkmiş Musa Soltanov bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur. Məhkəmə, Ağabalayev və qeyrilərinin məhkəmə prosesində verdikləri ifadələrini inandırıcı saymayaraq, bunu müdafiə xarakterli ifadələr kimi qiymətləndirib. Məhkəmə nəticəyə gəlib ki, Anar Ağabalayev, Azər Mustafayev və Emin Cəfərzadənin Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü ( adam oğurluğu, ağır nəticələrə səbəb olduqda), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 235.4.2 və 235.4.3-cü (zor tətbiq etməklə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri hədə‐qorxu ilə tələb etmə) maddələri ilə, Rinad İsmayılov, Əyyub Cabbarov və Tərlan Məmmədovun CM-nin 144.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübüta yetirilib. 2021-ci il fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Emin Cəfərzadə 19 il, Anar Ağabalayev və Azər Mustafayev 18 il, Rinad İsmayılov, Əyyub Cabbarov və Tərlan Məmmədov 12 il müddətinə azadlıqdan məhrum olunublar. 2023-cü ilin sentyabr ayında Ali Məhkəmənin qərarı ilə onların kassasiya şikayətləri təmin edilməyib.

Belqradda müxalifətçilər paytaxtın polis qərargahına doğru yürüşə başlayıblar - YENİLƏNİB

"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasının 1,5 mindən çox tərəfdarı Belqradın mərkəzində avtomobillərin hərəkətini bağlayıb və paytaxtın polis idarəsinin binasına doğru hərəkət edib.  Sozcu.az TASS-a istinadən xəbər verir ki, polis etirazçıların hərəkət marşrutu boyunca bütün küçələri bağlayıb, ictimai nəqliyyat da dayandırılıb. Yürüş müxalifətin Respublika Seçki Komissiyasının binası yaxınlığında keçirilən mitinqi ilə başlayıb. İndi etirazçılar Serbiya parlamentinin üzvü Srdjan Milivojeviçin çağırışı ilə bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının "taleyini öyrənmək" niyyətindədirlər.  *** 22:52 "Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasını dəstəkləyən "Mübarizə" tələbə təşkilatının bir neçə yüz tərəfdarı Belqradın mərkəzində Respublika Seçki Komissiyasının yaxınlığında yerləşən Kralja Milana küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Sozcu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, etirazçılar binanın əsas girişinin yaxınlığında dayanıblar. Onlar tütəklərdən, nağaralardan istifadə edir, həmçinin meqafonlarla hökumət əleyhinə şüarlar səsləndirirlər. Eyni zamanda etirazçılar heç bir əşya atmır və binaya girməyə cəhd etmirlər. "Mübarizə" müxalifətin "Serbiya zorakılığa qarşı" koalisiyasını dəstəkləyir və Dövlət İdarəçilik Nazirliyindən dekabrın 17-də keçirilən parlament seçkiləri zamanı qanun pozuntularına görə seçki siyahılarının yenidən yoxlanılmasını tələb edir.  Bundan əvvəl tələbə təşkilatının fəalları Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası təşkil edərək Serbiya Nazirlər Kabinetinin iqamətgahına doğru yürüş ediblər. 

Qəzzada ölənlərin sayı 20.5 mini keçib

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb. Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.

"Rusiya ordusunun yarısı Ukraynada məhv edilib" - ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı

"Ukrayna müharibəsində Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib..." "Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır..." Rusiya Ukraynada çox böyük itkilərə məruz qalıb. Əslində, gerçək fəaliyyət Kiyev və Vaşinqtonda baş verir. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin sabiq Baş Komandanı, istefada olan admiral Ceyms Stavridis bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb. 2023-cü ilin dekabrın 25-nə olan məlumata görə, düşmənin itkiləri çox böyüldür. Ukraynada müharibə müddətində Rusiya ordusunun yarısı məhv edilib. Amerika hakimiyyəti Ukraynaya hərbi dəstək verməlidir, onların mübarizəsi ədalətlidir. "Bu, çox təhlükəli vəziyyətdir və əslində gerçək fəaliyyət Kiyevdə baş verir, gerçək fəaliyyət Vaşinqtonda baş verir", - o, bəyan edib. İstefada olan admiral əlavə edib ki, Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb və hətta riskə də məruz qalmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib. Jurnalistlərin fikrincə, Amerika Konqresi, böyük ehtimalla, Yeni ilədək toplaşmayacaq və Ukraynaya yeni yardım paketi haqqında danışıqlar 2024-cü ilə qalacaq. Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 25 dekabr 2023-cü ilə olan məlumatına görə, düşmənin ümumi itkiləri təxminən 354 min nəfər təşkil edib. ABŞ-dan Ukraynaya yardım-bəlli olanlar Birləşmiş Ştatlar Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə fəal şəkildə yardım edib, o cümlədən silah və texnika tədarük edib. Lakin son zamanlar ABŞ-da prezident seçkiləri fonunda daxili siyasi ixtilaflar səbəbindən Kiyevə dəstək məsələsində problemlər yaranıb.  Qeyd etmık lazımdır ki, Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır. Dekabrın 22-də bəlli olub ki, Co Bayden ölkənin rekord məbləğdə-886 milyard dollarlıq müdafiə büdcəsini təsiq edib. Onun 800 milyon dolları Ukraynara ayrılıb.

“Şoyqunun sözündən belə çıxır ki, Rusiya, doğrudan da, Qarabağda hərbi baza yaratmaq yolunu tutub...”

“Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir...” “Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər...” “Təbii ki, bütün idman oyunları kimi “Qarabağ” komandasının Xankəndindəki oyunu da bir şou idi. Ancaq Rusiyanın Qarabağdakı oyunlarına gəldikdə, hesab edirəm ki, həmin oyunlar nəinki bitmək üzrədir, hətta yeni fazaya keçməkdədir”.  Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının bir neçə gün öncə öz köşəsində qoyduğu “Xankəndində futbol da oynadıq, bəs Rusiyanın Qarabağdakı oyunları bitdimi?” sualını cavablandırarkən ifadə edib. “Biz bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqunun dilindən 2020-ci ilin noyabrından “sülhməramlı” kimi  Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin “sülhməramlı” olması haqda bir ifadə də eşitmədik. Amma Rusiya rəsmisi həmin kontingenti “Rusiya hərbi qüvvələri” adlandırdı. Belə çıxır ki, Rusiya doğrudan da,  Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində bizim də ehtimal etdiyimiz və təəssüflə qeyd etdiyimiz hərbi baza yaratmaq yolunu tutubdur. Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər. Hər şey, hər bir əməl, hər bir addım onun adının dəyişdirilməsindən başlayır. Və Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir. Bu, o deməkdir ki, Moskvanın həmin hərbi qüvvələri hələ yaxın illərdə Azərbaycan torpağında qalacaqdır. Və mən düşünürəm ki, Rusiyanın bu oyunu davam edir və təəssüf ki, bu, Azərbaycanın xeyrinə yox, ziyanınadır...”, - deyə analitik vurğulayıb.

Şəhidləri təhqir edən şəxs SAXLANILDI

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu şəhid olub, 1 nəfər yaralanıb. Sozcu.az Medianews.az-a istinadla xəbər verir ki, ondan bir gün öncə də Türkiyə ordusu həmin bölgədə 6 şəhid vermişdi. Sosial şəbəkədə 12 şəhidi və Türkiyə ordusunu təhqir edən O.K. adlı şəxs Antalya Təhlükəsizlik Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Keçirilən əməliyyatın görüntülərini dərc edən Daxili İşlər Naziri Ali Yerlikaya, “Müqəddəs dəyərlərimizi təhqir edənlər bundan sonra da Ali Türk ədaləti qarşısında cavab verəcəklər”,-deyə bildirib.

Ərəstun Oruclu da prezidentliyə namizəd oldu

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat paylaşıb. “Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”,- politoloq qeyd edib.

Hacıqabulda maşın məktəblini vurub öldürdü

Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Əlisoltan Əli oğlu Rzayevi vurub. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı. Sozcu.az xəbər verir ki, məlumatda ünvanlı sosial yardımların 22 dekabra kimi ödəniləcəyi deyilsə də, ödənişlər hələ də yekunlaşmayıb. Dövlət Sosial Müdafiə Fondundan saytımıza bildirilib ki, əlavə məlumat veriləcək. Qeyd edək ki, ünvanlı sosial yardımın ödənilməsi adətən hər ayın 25 və 26-da tamamlanırdı. Belə çıxır ki, vəd edilən “tez ödənilmə” baş tutmadı.axar)

Rusiyada hərbi aerodromda partlayış - Təcili

Rusiyada hərbi aerodromda partlayış olub. Sozcu.az xəbər verir ki, hadisə Yeysk şəhərində qeydə alınıb. Partlayışdan sonra aerodrom üzərində tüstü qalxıb. Hadisənin səbəbi və təfərrüatları hələ ki açıqlanmayıb.

Yağış, güclü külək, qar - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub. Xidmətdən Sozcu.az-a bildirilib ki, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 12 sm, Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm, Kişçayda (Şəki) 1 sm olub. Düşən yağıntının miqdarı: Ordubadda 12 mm, Daşkəsən, Şəkidə 7 mm, Gədəbəydə 6 mm, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 mm-dək olub. Külək: Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.

Dünyanın ən böyük 5 böhranından biri İrandır – Kemeron

Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdəki toqquşmalar, terrorizm və iqlim dəyişikliyi ilə yanaşı, İran təhdidi dünyanın ən mühüm beş böhranından biridir. Sozcu.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib. O, İran rejiminin Britaniyada fəaliyyət göstərən iranlı jurnalistlərə qarşı təhdidləri ilə bağlı çox sayda sübutların olduğunu bildirib: “İrana bağlı HƏMAS, Hizbullah və Husi müxtəlif bölgələrdə Tehranın dəstəyi ilə şiddətli böhranlar yaradır”.

Samvel "dqr"i “bərpa etdi”: İrəvanda mübarizə başlayır

Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb. Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra – oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür. Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi, lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda “özünübərpası” da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma “artsax” ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək: - daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu Qarabağ klanının inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir; - separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə, Azərbaycanla münasibətlərin normallaşması çətin görünür. Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır.axar) Asif Nərimanlı

PKK-nın 29 hədəfi MƏHV EDİLDİ

Dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib. Həyata keçirilən əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib. Qeyd edək ki, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında 12 Türkiyə hərbçisi şəhid olub.

Rusiyanın itkiləri 353 mini ÖTDÜ

Ukrayna müharibənin 669-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 353 190 hərbçi, 5 858 ədəd tank, 10 888 ədəd zirehli döyüş maşını, 8 314 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 11 022 ədəd avtomobil texnikası, 6404 ədəd PUA, 1 614 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 229 xüsusi avadanlıq itirib.

"Rusiya casus, agentura şəbəkəsi yüz illər boyu Azərbaycanda saysız-hesabsız cinayətlər törədib"

“Burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib…”   Son bir neçə ildə ölkəmizdə bir sıra iri dövlətlərin, o cümlədən İranın, Fransanın, hətta ABŞ-ın kəşfiyyat-agentura şəbəkələrinin ifşası barədə informasiyaların tezliyi artıb. Görəsən, yaxın dövrdə Azərbaycanda, ümumiyyətlə, Güney Qafqazda, azı, 300 ilə yaxın dayaqlara malik olan və xalqımıza qarşı bəlkə də on minlərlə cinayətlər törətmiş və sözsüz ki, hazırda da buna davam edən Rusiya imperiyasının kəşfiyyat-agentura şəbəkəsinin ifşası haqda xəbərlər eşidəcəyikmi?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri ifadə edib: “Digər iri dövlətlərinki ilə müqayisədə Rusiya kəşfiyyatı, Rusiya casus, agentura şəbəkəsi yüz illər boyu Azərbaycanda saysız-hesabsız cinayətlər törədib. Özü də burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib.  Xalqın tarixini dəyişmək, saxtalaşdırmaq, onun dini, milli-mənəvi ənənələrini, mədəniyyətini, elmini gözdən salmaq, Azərbaycan xalqının və dövlətinin daxilində müxtəlif sabotajçı, özü də uzunmüddətli əməliyyatlar həyata keçirmək, ölkədə “5-ci kalon” yaratmaq və s. Bax, bütün bu işləri görmüş Rusiya kəşfiyyatının casuslarının, onun əməllərinin ifşa olunması üçün, ən başlıcası,  Azərbaycandakı keçmiş “KQB” arxivləri açılmalıdır.  Və bundan sonra həmin arxivlərdən çıxan agentura mənsublarının, casusların bu gün dövlət, hökumət qurumlarında hansı vəzifələrdə yerləşdirildiyi açkarlansın və həmin qurumlar onlardan təmizlənsin... Bundan başqa dövlətlə bağlı bir neçə digər şərtə də əməl olunmalıdır... Yalnız bu halda biz Rusiya casus şəbəkəsinin, özü də nəhəng bir casus şəbəkəsinin ifşasının şahidi olacağıq.  Və nəticədə Rusiya kəşfiyyat-agentura şəbəkəsi üzvlərinin törətdiyi cinayətlərin də, hamısının olmasa da, xeylisinin üstü açılacaq...”