Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi

Ukrayna Hərbi Hava Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə hücumdan sonra iki Rusiya gəmisi Krımın Feodosiya buxtasını tərk edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, gəmilər “Novoçerkassk” vurulduqdan bir neçə saat sonra ərazini tərk edib.

Qeyd edilib ki, duman və böyük məsafə səbəbindən gəmiləri müəyyən etmək mümkün olmayıb.

Ehtimal edilir ki, bunlar Rusiya Qara dəniz Donanmasının bir döyüş gəmisi və bir hərbi kateri olub.

Share on Facebook