Ukrayna Rusiya donanmasını məhv edir - Britaniya

Ukrayna son 4 ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-ni məhv edilib.

Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukrayna ordusunun Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisini vurması haqda X sosial şəbəkəsində yazıb.

“Dekabrın 26-na keçən gecə Ukrayna ordusunun ilhaq edilmiş Krımda Rusiya hərbi gəmisinə hücumu göstərir ki, Ukraynada müharibənin dalana dirəndiyinə inananlar yanılırlar”, - o qeyd edib.

O bildirib ki, bu iddianı səsləndirənlər son dörd ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-nin məhv edildiyini görmürlər:

“Rusiyanın Qara dənizdəki hökmranlığı indi sual altındadır və Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz İmkanları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək edir”

Share on Facebook