Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu şəhid olub, 1 nəfər yaralanıb.
Sozcu.az Medianews.az-a istinadla xəbər verir ki, ondan bir gün öncə də Türkiyə ordusu həmin bölgədə 6 şəhid vermişdi.
Sosial şəbəkədə 12 şəhidi və Türkiyə ordusunu təhqir edən O.K. adlı şəxs Antalya Təhlükəsizlik Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Keçirilən əməliyyatın görüntülərini dərc edən Daxili İşlər Naziri Ali Yerlikaya, “Müqəddəs dəyərlərimizi təhqir edənlər bundan sonra da Ali Türk ədaləti qarşısında cavab verəcəklər”,-deyə bildirib.