Xəbər verdiyimiz kimi, bu gün Krımdakı Feodosiya limanında Rusiya Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub.
Sozcu.az xəbər verir ki, gəmi 1987-ci ildə Polşanın Qdansk şəhərində inşa olunub və həmin ilin 30 noyabrında istismara verilib.
Gəmi desant çıxarmaları və dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub. Müxtəlif növ zirehli texnikaları, o cümlədən tankları daşımaq qabiliyyətinə malikdir.
“Novoçerkassk”ın uzunluğu 112.5 metr, eni isə 15 metrdir. Gəminin ağırlığı adi vəziyyətdə 3450 ton, yüklə birlikdə isə 4080 tona çatır.
Gəminin heyəti 87 nəfərdən ibarətdir.
“Novoçerkassk” iki ədəd 57 mm-lik 2 lüləli AK-725 pulemyotu, iki ədəd 20 lüləli 122 mm-lik “Qrad” reaktiv yaylım atəş sistemi və “Strela” zenith-raket kompleksi ilə silahlanıb.
Qeyd edək ki, 2022-ci ilin martın 24-də Berdyansk limanında da gəmiyə hücum olunmuşdu. Həmin vaxt gəminin 3 heyət üzvü ölmüşdü.