Belqradda müxalifətçilər paytaxtın polis qərargahına doğru yürüşə başlayıblar - YENİLƏNİB

"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasının 1,5 mindən çox tərəfdarı Belqradın mərkəzində avtomobillərin hərəkətini bağlayıb və paytaxtın polis idarəsinin binasına doğru hərəkət edib. 

Sozcu.az TASS-a istinadən xəbər verir ki, polis etirazçıların hərəkət marşrutu boyunca bütün küçələri bağlayıb, ictimai nəqliyyat da dayandırılıb.

Yürüş müxalifətin Respublika Seçki Komissiyasının binası yaxınlığında keçirilən mitinqi ilə başlayıb. İndi etirazçılar Serbiya parlamentinin üzvü Srdjan Milivojeviçin çağırışı ilə bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının "taleyini öyrənmək" niyyətindədirlər. 

*** 22:52

"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasını dəstəkləyən "Mübarizə" tələbə təşkilatının bir neçə yüz tərəfdarı Belqradın mərkəzində Respublika Seçki Komissiyasının yaxınlığında yerləşən Kralja Milana küçəsində nəqliyyatın hərəkətini bağlayıb.

Sozcu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, etirazçılar binanın əsas girişinin yaxınlığında dayanıblar.

Onlar tütəklərdən, nağaralardan istifadə edir, həmçinin meqafonlarla hökumət əleyhinə şüarlar səsləndirirlər. Eyni zamanda etirazçılar heç bir əşya atmır və binaya girməyə cəhd etmirlər.

"Mübarizə" müxalifətin "Serbiya zorakılığa qarşı" koalisiyasını dəstəkləyir və Dövlət İdarəçilik Nazirliyindən dekabrın 17-də keçirilən parlament seçkiləri zamanı qanun pozuntularına görə seçki siyahılarının yenidən yoxlanılmasını tələb edir. 

Bundan əvvəl tələbə təşkilatının fəalları Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası təşkil edərək Serbiya Nazirlər Kabinetinin iqamətgahına doğru yürüş ediblər. 

Share on Facebook