Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Teleqramda bildirib.
“Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalmışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırmışdı.