İranın Kirman əyalətinin Rəfsəncan şəhərində SEPAH polkovniki Məhəmmədrza Bəyazipur həlak olub.
Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Rəsmi məlumatlarda polkovnikin atış poliqonunda hadisə nəticəsində öldüyü bildirilib.
Qeyri-rəsmi məlumatlarda isə Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub.