Redaktor seçimi

Babayan sirləri açıb-tökdü: Araik, Ruben – hamısı rus agentidir

Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayan Xankəndidəki separatçılar haqda bir çox etiraflar edib. Sozcu.az xəbər verir ki, Ermənistan İctimai Televiziyasına müsahibəsində o, separatçı-terrorçu rejim başçılarının hamısının Rusiya FSB-sinə bağlı olduğunu deyib. O bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan hamısı FSB casuslarıdır: “Keçmiş “prezidentlər” də casuslardır: Araiki çıxarıb, yerinə başqa casusu (Şahramanyan nəzərdə tutulur – red.) gətirdilər. Ruben Vardanyanı (Xankəndiyə göndərilən və burada bir müddət “dövlət naziri vəzifəsini” tutan rusiyalı milyarder – red.) da Rusiya göndərib. İndi Rusiya (Azərbaycana – red.) müraciət edib ki, Ruben Vardanyanın ölkədən çıxmağına imkan verilsiun. Niyə o, əvvəllər Rusiyanın agenti olmadığını deyirdi?”

"Rusiyanın Qarabağdakı Araik, Bako kimi cinayətkarların əlimizə keçməsinə imkan verəcəyini düşünmürəm...”

“Əlbəttə, Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu rejimlə bağlı digər şərtlərlə yanaşı, Azərbaycana qarşı cinayət törətmiş  və axtarışda olan şəxslərin təhvil verilməsi şərtinin də irəli sürülməsində biz haqlıyıq...” “Mən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti orada ola-ola Qarabağdakı separatçı terrorçuların Azərbaycana təhvil veriləcəyi ilə də bağlı optimist deyiləm. Ola bilsin ki,  azərbaycanlıların qətlində iştirak etmiş hansısa kiçik çaplı cinayətkarlar təhvil verilsin. Hərçənd, bu da real görünmür”.  Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Rusiyanın Yuxarı Qarabağın bir hissəsində faktiki hərbi mövcudluğu şəraitində Azərbaycanın danışıqlar zamanı irəli sürdüyü şərtlərə uyğun olaraq separatçı-terrorçu rejim Araikləri, Bakoları, Qukasyanları, Balasanyanları və s. bizə doğrundan da təhvil verəcəkmi?” sualını cavablandırarkən ifadə edib. “Erməni terrorçularının həbsi daha çox  Azərbaycanın müvafiq qurumlarının özünün bilavasitə müstəqil şəkildə keçirdiyi əməliyyatlarla mümkündür. Deyək ki, məsələn, onlar Qarabağdan çıxarkən, Laçın sərhəd-buraxılış məntəqəsindən keçərkən kiçik çaplı cinayətkarları ələ keçirə bilərik. Amma Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi böyük çaplı terrorçulara, cinayətkarlara gəldikdə Rusiya “sülhməramlı”larının onların Azərbaycanın əlinə keçməsinə şərait yaradacağını, imkan verəcəyini düşünmürəm. Əlbəttə, Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu rejimlə bağlı digər şərtlərlə yanaşı, Azərbaycana qarşı cinayət törətmiş  və axtarışda olan şəxslərin təhvil verilməsi şərtinin də irəli sürülməsində biz haqlıyıq. Və biz buna ümid edə bilərik, bunun üçün çalışa bilərik. Lakin bu o demək deyil ki, digər şərtlərlə yanaşı, terrorçuların təhvil verilməsi də baş tutacaq. Mənə bunlar inandırıcı görünmür”- deyə ekspert davamında bildirib.

Paşinyana sui-qəsd hazırlayan şəxs həbs edildi

“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın Baş naziri Nikol Paşinyana sui-qəsd hazırladığına görə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan məlumat yayıb. Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub. Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun evində axtarış aparıb, bəzi əşya və sənədləri götürüblər. Bundan sonra o, Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Daxili İşlər Nazirliyinin İrəvanın Erebuni rayonundakı təcridxanasına aparılıb. O, hakimiyyəti qəsb etmək cəhdində şübhəli bilinirdi. Albert Bazeyanla birlikdə “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü saxlanılıb. Sentyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib.

"Putin həm fiziki, həm də mənəvi cəhətdən xəstədir və payızın sonunadək ölə bilər..."

"Bizim bir-iki fürsətimiz olub, lakin ya zamanı doğru seçməmişik, ya da adamlarımız Putinin olduğu yeri dəqiq nişan ala bilməyib..." "Putini aradan götürmək nə Ukrayna ordusu, nə də Qərbin xüsusi xidmət orqanlarının deyil, bizim vəzifəmizdir..." "Putin həm fiziki, həm də mənəvi cəhətdən xəstədir və payızın sonunadək ölə bilər..." Mişustin Çinə niyə gedib? Rusiya müxalifəti Yeni ilədək Putini məhv etməyi qarşısına məqsəd qoyub. Bundan sonra 10 gün müddətində kreslonu Rusiya hökumətinin sədri Mixail Mişustin tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi Vyaçeslav Maltsev bəyan edib. Məlumatı "patrioty.org.ua" nəşri yayıb. "Biz Putini bitirəcəyik, bunu çox, həm də çox istəyirik. Bizim bir neçə imkanımız olub, amma,  yumşaq desək, "ləngimişik", ya zamanı düzgün seçməmişik, ya da adamlarımız olmayıb. Bir epizodda iki gün öncə 100 faizlik məlumat əldə etdik. Bizim hazırlıq görməyə xeyli zamanımız olub, amma bacarmadıq, çünki heç kimi tapa bilmədik və bu, böyük qüsurumuzdur. Mən öz partizanlarımla danışmışam və indi onlar əvvəlcədən hazır olduqları və hansı ərazidə yerləşdiyi harədə məlumat verir. Mən belə adamlarla şəxsən ünsiyyətdəyəm, amma hələlik uyğun gəlməyib, hazır olan adamlar Putinin olduğu yeri nişan ala bilmir", - Maltsev deyib. Siyasətçi əmindir ki, Rusiya diktatorunun aradan götürülməsi şansı hələ olacaq. "Vəzifəmiz dəyişməz olaraq qalır-Yeni ilədək biz Putini bitirməliyik. Bu, Ukrayna ordusu və ya Qərbin xüsusi xidmət orqanlarının deyil, bizim vəzifəmizdir. Hər kəs öz işilə məşğul olmalıdır, bizim işimiz də Putini fiziki olaraq məhv etməkdir", - müxalifətçi qeyd edib. Onun sözlərinə görə, bundan sonra ölkə rəhbərliyi indiki baş nazir Mixail Mişustinə keçəcək. "Putindən sonra kim olacaq? Aydındır ki, Mişustin olacaq, çünki o, Konstitusiyaya görə 100 gün ərzində prezident vəzifələrini icra etməlidir, ona görə də çinlilər onunla fəal surətdə ünsiyyətdədir. Bu ilədək Si Tszinpin Mişustinlə görüşməyib. O, Rusiyaya gələndə, özü xüsusi olaraq onunla görüşə gedib, sonra Mişustin özü Çinə səfər edib. O, saat 12:00-da Si Tszinpinin kabinetinə daxil olub, saat 13:00-da isə onun təyyarəsi artıq Moskvaya uçub", - Maltsev deyib. Putinin ölümü-ekspertlərin proqnozu KİV-lər artıq dəfələrlə Rusiya prezidentinin müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngdən əziyyət çəkdiyindən yazıb. 2022-ci il avqustun sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib ki, Putin həm fiziki, həm də mənəvi cəhətdən xəstədir, bu zaman şizofreniya barəsində də deyilib. 2023-cü il avqustun ortalarında KİV-lərə bəlli olub ki, son zamanlar Rusiya prezidentinin səhhəti uzun müddət çəkən xəstəliklər fonunda pisləşib. Öz növbəsində politoloq Valeri Solovey sentyabrın 12-də deyib ki, Putin payızın sonunadək ölə bilər.

Xocalı qatili Balasanyan Qarabağdan getmək istəmir

Xankəndidəki xunta rejiminin rəhbərliyində olmuş separatçı Vitali Balasanyan Qarabağı tərk etmək fikrində deyil. Sozcu.az xəbər verir ki, bu barədə o, Tert.am saytına bildirib. “Mən 5 mart 1959-cu ildə Əsgəranda anadan olmuşam. İndi mən də burada yaşayıram və yaşamağa davam edəcəyəm”, - o deyib. Qarabağı tərk edən separatçılar və mülki ermənilərlə bağlı o qeyd edib: “İndi bu haqda danışmayaq, qoy hər kəs özü qərar versin. Gedən gedir, qalmaq istəyən qalır. Harada yaşayacağına hər kəs özü qərar verir”, - deyən Vitali Balasanyan əlavə edib ki, hər kəsin qərarına hörmət edilməlidir. Qeyd edək ki, V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. “Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı soyqırımınən törədilməsində iştirak edib.

Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb

Sentyabrın 25-də, səhər saatlarında Xankəndini tərk etmək istəyən separatçıların keçmiş lideri Ruben Vardanyan bunun üçün qeyri-adi üsula əl atmağa çalışıb. Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsini (SBM) rahat keçmək üçün qadın qiyafəsinə girib. Lakın SBM-ə çatmamış anlayıb ki, kimliyi texniki vasitələrlə müəyyənləşdiriləcək, buna görə də avtomobili geri çevirərək yenidən Xankəndiyə qayıdıb. Vardanyanın qadın geyimi seçməsi təsadüf deyil. Hiyləgər separatçı çox gözəl bilir ki, Azərbaycan əsgəri mülki əhaliyə, xüsusilə də qadın və uşaqlara humanist münasibət göstərir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanlarının da zərgər dəqiqliyi ilə işlədiyindən xəbərdardır. Buna görə də qadın paltarı ilə qaçmaq niyyətinin puça çıxacağını, gec də olsa, anlayıb.(oxu.az)

Paşinyandan Qarabağ ermənilərinə SENSASİON ÇAĞIRIŞ

"Bir daha təkrar edirəm ki, əgər "Dağlıq Qarabağ"da aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq". Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, qondarma "Artsax" sakinlərinin təhlükəsiz yaşaması üçün beynəlxalq mexanizmlər tapılmasa, o zaman Ermənistan Respublikası onları ölkədə qəbul etməyə hazırdır. Ermənistanın Baş naziri əlavə edib ki, Qarabağ ermənilərinin öz yaşadığı yerləri tərk etməsinin məsuliyyəti Azərbaycanın və Rusiyanın üzərindədir. Bundan başqa, Paşinyan heç vaxt müttəfiqlərinə xəyanət etmədiyini deyib: "Lakin müttəfiqlərimiz təhlükəsizlik zəifliyimizdən istifadə edərək, etika, əxlaq, öhdəlik və müqavilələrə zidd olaraq qeyri-dost hərəkətlər edirlər. Biz ötən ilin dekabrında Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik, məhz o zaman anladıq ki, KTMT və digər strukturlar bizim təhlükəsizliyimizə təminat verə bilmir. Qeyd etmək lazımdır ki, Roma Statutunun ratifikasiyası üçüncü tərəfə qarşı yönəlməyib".

Azərbaycan İsrailin bu silahı ilə Qarabağda qalib gəlib

"Azərbaycanın son illərdə xaricdən aldığı silahın 70 faizi İsrail mənşəlidir..." Sozcu.az xəbər verir ki, bu barədə Stoqholm Sülh problemlərinin örənilməsi üzrə Beynəlxalq İnstitutunun məlumatlarına istinadən "Mako" saytı məlumat verib. Sayt İsrailin müdafiiə şirkətlərinin və Azərbaycana tədarük edilən silahların siyahısını təqdim edib. IWI- Lynx yaylım atəşli raket sistemi, uçuş məsafəsi 150 km-dir. "Taasiya tsvait" - LAR-160 raketləri, uçuş məsafəsi 45 km-dir. "Elbit" ATMOS-2000 özüyeriyən artilleriya qurğuları, 120 mm-lik minaatanlar, "Hermes-450" və "Hermes-900" tipli PUA-lar (həmçinin Azərbaycanın tank parkının modernləşdirilməsi). "Taasiya avirit" - "Neron" PUA-rı, Harop seriyaından olan planlaşdırıcı döyüş sursatları, LORA ballistik raketləri, "Barak" HHM raketləri, "Elta" istehsalı olan radarlar, RAFAEL- "Spayk" tankəleyhinə raketlər. "Marko" qeyd edir ki, söhbət qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqdan gedir. Belə ki, İsrailin istehlak etdiyi neftin 30 faizini yəhudi dövləti Bakıdan alır. Qüdsdə İsrailin Azərbaycanın silahlandırılması prosesində fəal iştirakı şərh edilərkən, qeyd edilir ki, İrəvan hazırda ayətüllah rejiminin tərəfindədir. Bundan öncə məlumat verilib ki, İrandan Suriyaya Ermənistan vasitəsilə İranyönümlü qruplaşmalara qaçaqmalçılığın yeni marşrutu açılıb. Məhz bu, Suriyada son zamanlarda İsrailin adına yazılan hücumların sayının artmasının səbəbidir.

Azərbaycan Qarabağa tam nəzarət edir! - Vardanyan

Azərbaycan Qarabağa tam nəzarət edir. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyan “Frans 24” telekanalına müsahibəsində deyib. “Hesab etmək olarmı ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olan ərazidir?” - deyə jurnalist Vardanyana sual ünvanlayıb. “Bəli, onlar bölgəyə tam nəzarət edirlər”, - deyə o cavab verib. Ruben Vardanyanın sözlərinə görə, Qarabağın erməniəsilli sakinləri orada qalmaq istəmirlər və Ermənistana getməyə çalışırlar.

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər. Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.

“Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazımdır” – Calavyan

Qanunsuz erməni hərbi birləşmələrin rəhbərlərindən biri (əvvəllər Ermənistan Silahlı Qüvvələrinin Ağdərin istiqamətində 7-ci müdafiə rayonuna komandanlıq edirdi) Polkovnik Karen Calavyan bildirib ki, erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil. O, bu barədə Ermənistanın "Hraparak" qəzetinə müsahibəsində bildirib. "Erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil, o qədər. Hamı kənara çəkildi. Gedin Nikola deyin ki, gəlib Qarabağı müdafiə edərdi. İstəyirsiniz Nikola deyin, istəyirsiniz Köçəryana, istəyirsiniz Serjikə", - Karen Jalavyan bildirib.

Qarabağda atəş səsləri…

Erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışacaqlar. Qarabağda atəş səslərinin hələ də eşidilməsi buna xidmət edir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloqun sözlərinə görə, onların məqsədləri vaxt qazanmaqdır: “Onlar bu müddətdə Azərbaycana beynəlxalq təzyiqin artmasını, BMT və digər strukturların Azərbaycana qarşı müzakirələrə başlamasını istəyirlər. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq. “Xarici mərkəzlər” dedikdə yalnız Qərbdəki dairələri nəzərdə tutmuram. İşin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq edərək mane olublar. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, Ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır”.