Babayan sirləri açıb-tökdü: Araik, Ruben – hamısı rus agentidir

Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayan Xankəndidəki separatçılar haqda bir çox etiraflar edib.

Sozcu.az xəbər verir ki, Ermənistan İctimai Televiziyasına müsahibəsində o, separatçı-terrorçu rejim başçılarının hamısının Rusiya FSB-sinə bağlı olduğunu deyib.

O bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan hamısı FSB casuslarıdır:

“Keçmiş “prezidentlər” də casuslardır: Araiki çıxarıb, yerinə başqa casusu (Şahramanyan nəzərdə tutulur – red.) gətirdilər. Ruben Vardanyanı (Xankəndiyə göndərilən və burada bir müddət “dövlət naziri vəzifəsini” tutan rusiyalı milyarder – red.) da Rusiya göndərib. İndi Rusiya (Azərbaycana – red.) müraciət edib ki, Ruben Vardanyanın ölkədən çıxmağına imkan verilsiun. Niyə o, əvvəllər Rusiyanın agenti olmadığını deyirdi?”

Share on Facebook