Xankəndidəki xunta rejiminin rəhbərliyində olmuş separatçı Vitali Balasanyan Qarabağı tərk etmək fikrində deyil.
Sozcu.az xəbər verir ki, bu barədə o, Tert.am saytına bildirib.
“Mən 5 mart 1959-cu ildə Əsgəranda anadan olmuşam. İndi mən də burada yaşayıram və yaşamağa davam edəcəyəm”, - o deyib.
Qarabağı tərk edən separatçılar və mülki ermənilərlə bağlı o qeyd edib:
“İndi bu haqda danışmayaq, qoy hər kəs özü qərar versin. Gedən gedir, qalmaq istəyən qalır. Harada yaşayacağına hər kəs özü qərar verir”, - deyən Vitali Balasanyan əlavə edib ki, hər kəsin qərarına hörmət edilməlidir.
Qeyd edək ki, V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. “Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı soyqırımınən törədilməsində iştirak edib.