Azərbaycan İsrailin bu silahı ilə Qarabağda qalib gəlib

"Azərbaycanın son illərdə xaricdən aldığı silahın 70 faizi İsrail mənşəlidir..."

Sozcu.az xəbər verir ki, bu barədə Stoqholm Sülh problemlərinin örənilməsi üzrə Beynəlxalq İnstitutunun məlumatlarına istinadən "Mako" saytı məlumat verib.

Sayt İsrailin müdafiiə şirkətlərinin və Azərbaycana tədarük edilən silahların siyahısını təqdim edib.

IWI- Lynx yaylım atəşli raket sistemi, uçuş məsafəsi 150 km-dir.

"Taasiya tsvait" - LAR-160 raketləri, uçuş məsafəsi 45 km-dir.

"Elbit" ATMOS-2000 özüyeriyən artilleriya qurğuları, 120 mm-lik minaatanlar, "Hermes-450" və "Hermes-900" tipli PUA-lar (həmçinin Azərbaycanın tank parkının modernləşdirilməsi).

"Taasiya avirit" - "Neron" PUA-rı, Harop seriyaından olan planlaşdırıcı döyüş sursatları, LORA ballistik raketləri, "Barak" HHM raketləri, "Elta" istehsalı olan radarlar, RAFAEL- "Spayk" tankəleyhinə raketlər.

"Marko" qeyd edir ki, söhbət qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqdan gedir.

Belə ki, İsrailin istehlak etdiyi neftin 30 faizini yəhudi dövləti Bakıdan alır.

Qüdsdə İsrailin Azərbaycanın silahlandırılması prosesində fəal iştirakı şərh edilərkən, qeyd edilir ki, İrəvan hazırda ayətüllah rejiminin tərəfindədir.

Bundan öncə məlumat verilib ki, İrandan Suriyaya Ermənistan vasitəsilə İranyönümlü qruplaşmalara qaçaqmalçılığın yeni marşrutu açılıb.

Məhz bu, Suriyada son zamanlarda İsrailin adına yazılan hücumların sayının artmasının səbəbidir.

Share on Facebook